AZAL-ın inhisarına nə vaxt son qoyulacaq?

10:30 1.04.2019 462
AZAL-ın inhisarına nə vaxt son qoyulacaq?

Rəsmi Bakı yerində sayana qədər, Ermənistan Gürcüstanın ardınca Avropa Birliyi iləı bağladığı aviyasiya razılaşmasından xeyir götürməyə başlayıb.


"Azadlıq radiosu"nun verdiyi məlumata görə, "İrlandiyanın az büdcəli aviaşirkəti olan"Ryanair" İrəvana uçuşlar planlaşdırır". Ermənistan hökumətinin Mülki Aviasiya İdarəsinin rəhbəri Tatevik Revazyanın sözlərinə görə, aviaşirkət ilə danışıqlara artıq başlanıb.

Onun sözlərinə görə, "Ryanair" reyslərinə biletin qiyməti dünya üzrə 40 avro olsa da təbii onlar Ermənistana bu qiymətə uça bilməyəcək. "Amma istənilən halda aviabiletlər 350, 400 və 500 avrodan ucuz olacaq ", - deyə Tatevik Revazyan vurğulayıb.


Revazyanın sözlərinə görə, əgər "Ryanair" Ermənistan bazarına gırsə aviabiletlərin qiymətləri düşəcək və nəticədə Avropadan Ermənistana, eləcə də Ermənistandan Avropaya sərnişin daşımaları çoxalacaq.

Azərbaycan məmurları isə hələ də düşünür ki, Avropa Birliyi ilə necə anoloji razılaşma bağlayaq ki, ki, milli aviadaşıma şirkəti olan AZAL zərərə düşməsin.

Ümumilikdə bu razılaşmanın ətrafında unikal, hətta absurd vəziyyət yaranıb.

Bir tərəfdən razılaşmanı təklif edən Avropa Birliyi Avropa aviaşirkətlərinin yolunu Azərbaycan bazarına açmağa hazır olduğunu deyir. Bu şübhəsiz aviabiletlərin indiki yüksək dəyərinin enməsinə və ölkə vətəndaşlarının xeyrinə olacaq. Digər tərəfdən isə Azərbaycan rəsmiləri, AZAL-ın inhisarçı maraqlarının xeyri üçün avropalılar qarşısında hər cür maneə törədərək danışıqları uzadırlar.


Ekspertlər AZAL-ı Avropa Birliyi ilə danışıqları ləngitməkdə günahlandırır. Onların fikrincə, Azərbaycanın avia bazarının liberallaşması, yerli şirkətə bu sahədə monopoliyanı itirəcəyi üçün sərf etmir.


Hazırda AZAL yerli avia daşıyıcı şirkət olduğuna görə, hava limanını nəzarətdə saxlayır və bu ona Azərbaycan istiqamətində üçan digər avia şirkətlərə şərtləri diktə etməyə şərait yaradır.

Beləliklə inhisarçı olan AZAL aktiv şəkildə qiymət siyasətinə təsir edir. Bu səbəbdən Azərbaycan istiqamətinə uçan reyslərın qiyməti bölgə üzrə ən bahalı hesab olunur.

Qeyd edək ki, Avropa Birliyi ilə müqavilənin imzalanması nəticəsində Bakının hava limanı AZAL-dan alınacaq və müstəqil fəaliyyət göstərəcək. Azərbaycan Avropada yeganə ölkədir ki, avia daşıyıcı şirkət həm də hava limanının sahibidir. Razılaşmanın digər şərtlərindən biri də, Avropa aviaşirkətlərinin Bakının hava limanına pulsuz daxil olması, aviabiletlərin, vergi xidmətlərinin və tariflərin azaldılmasıdır.


Bütün tələblər avtomatik olaraq AZAL-ın indiki inhisarçı mövqeyinə ziddir.


Öz növbəsındə AZAL rəhbərliyi bildirir ki, şirkət digər aviaşirkətlərə maneçilik törətmir. Bu şirkət rəhbərliyi tərəfindən dəfələrlə vurğulanıb. İlk vaxtlar avropalı səlahiyyət sahibləri belə bəyanatlara inansalar da iki ildir ki, bu ifadələr onlarda yalnız kinayəli gülüş oyadır.

Avropa Birliyi indiyə kimi heç bir ölkə ilə aviasiya razılaşmasıla bağlı bu qədər uzun danışıqlar aparmayıb. Azərbaycana ilk dəfə bu razılaşma 2013-cü ildə təklif olunub. Heç bir nəticə əldə edilmədiyi üçün dayandırılıb. 2017-ci ildə Avropa Birliyi yenidən razılaşma bağlamağı təklif edib. Bu zaman kəsiyində Gürcüstan və Ermənistan artıq analoji müqavilə imzalayıb və bu yolla Azərbaycan vətəndaşları Gürcüstan hava limanından istifadə eədərək Avropaya səyyahət etmək imkanı əldə ediblər.

Hər iki tərəfin optimist fikirlər səsləndirməsinə baxmayaraq razılaşma barədə danışıqlar 2018-ci ildə də yekunlaşmayıb.

AZAL qürurla qeyd edir ki, Heydər Əliyev adına Beynalxalq Hava Limanı hazırda 50 dən çox istiqamətə uçan 30 -dan çox aviaşirkətə xidmət edir.


Cənubi Qafqaz ölkələrinə uçan avioşirkətlərin və reyslərin statistikasına baxanlda isə bəlli olur ki, bu rəqəmlər heç də ürəkaçan deyil. Belə ki, 10 milyondan çox vətəndaşı olan Azərbaycanın paytaxtında yerləşən hava limanı 50 dən çox istiqamətə uçan 30 dan çox avia şirkətə xidmət edirsə, 3 milyon əhalisi olan Ermənistana 20 aviaşirkət üçür. 3 milyondan bir az artıq əhaliyə malik Gürcüstanın paytaxtın Tbilisinin hava limanı isə 41-dən çox avia şirkətə xidmət edir. Bununla yanaşı, Azərbaycandan fərqli olaraq Gürcüstanın digər şəhərlərinin hava limanlarından da aktiv şəkildə istifadə olunur.


Batumidə hava limanı 23, Kutaisi isə 5 avia şirkətə xidmət edir və bu şirkətlərin uçuş istiqamətləri Azərbayacandakılardan qat-qat çoxdur.

Məsələn, Macarıstana məxsus "Wizzair" aviaşirktəti Bakıdan ancaq Budapeşdə uçursa, Kutaisidən Avropanın 8 şəhərinə uçuşlar həyata keçirir.

Azərbaycanın danışıqları uzatmasına baxmayaraq, Avropa Komissiyasının Nəqliyyat və Mobil rabitə üzrə direktoru Henrik Hololi öz ümidini itirmir. O Turan-a verdiyi eksklüziv müsahibədə tezliklə qarşılıqlı razılaşmaya qələcəklərinə ümidli olduğunu deyib.

"Avropa Birliyinin digər, yaxın tərəfdaşları ilə imzaladığı uyğun razılaşmanın müsbət nəticələri, Azərbaycanın Avropa Birliyinə olan güvənini daha da gücləndirib. Bu müqavilənin həm birbaşa, həm də dolayısı olaraq müsbət təsirləri var".

Henrik Hololi digər ölkələri nümünə gətirərək deyir ki, İsrail ilə müqavilə imzalandıqdan sonra birbaşa uçuş reyslərinin sayı üç dəfə artıb.


"İsrail ilə razılaşma imzalandıqdan sonra, İsrail ilə Avropa Birliyinin arasında sərnişin daşımalarının sayı hər il bir milyon artır. Mərakeşdə milli daşıyıcı şirkətlərin biznesi 60% , Serbiyada isə - 100%-dək çoxalıb. Aviasiya razılaşması rəqabət yaradıb. Halbuki, əvvəllər bu ölkələrdə də inhisarçılıq olub. Bu razılıaşma həmçinin indiyə kimi həyata keçirilməyən yeni birbaşa reyslər açıb. Nəticədə müştərilər daha ucuz və orta dəyərə malik tariflər əldə edib. Məsələn, Avropa Birliyi - Mərakeş reyslərində orta statistik qiymət 61%, Avropa Birliyi-ABŞ arasında isə 27% düşüb", deyə Avropa rəsmisi bildirib.

Bununla yanaşı Hololinin sözlərinə görə, bu razılaşma turistlərin sayının artmasına, ölkədə turizmin inkişafına kömək edəcək.

"Azərbaycanla bağlanacaq razılaşmada, ən vacib amil Bakı hava limanının tam potensialından istifadə etmək imkanı olacaq. Bu müasir 5 ulduzlu hava limanı sərnişinlərin rahatlığı üçün hər bir imkana malikdir. Amma gücünün heç 50% qədər işləmir".

Onun fikrincə, Bakı hava limanının mühüm qitələrarası nəqliyyati və logistika mərkəzinə çevrilməsi üçün bütün lazımi infrastrukturu var.


Azərbaycan tərəfinin təklif etdiyi şərtlərə gəldikdə H.Hololi deyir ki, Azərbaycan nümayəndələri razılaşmanın yerli şirkət olan AZAL-a heç bir şəkildə mənfi təsir göstərməyəcəyinə əmin olmaq istəyirlər.

"İndiyə kimi imzaladığımız aviasiya razılaşmalarında əldə etdiyimiz təcrübələrə əsasən deyə bilərik ki, bu razılaşmalar milli daşımaya çox müsbət təsir göstərib. Qiymətlərin aşağı düşməsi milli daşımaya zərər gətirmir, əksinə sərnişin axınını daha da gücləndirir. Bu məlumatları Azərbaycan tərəfi ilə paylaşdıq və düşünür ki, tezliklə problei aradan qalxacaq və onları razılaşmanın hər iki tərəf üçün xeyirli olacağına inandıra biləcəyik".

Bundan başqa cənab Hololinin sözlərinə görə, tərəflər keçid dövrünün tarixi barədə razılığa gələ bilmir və bu suallar hələ də həll olunmayan məsələ olaraq qalır.

Azərbaycan bazarı Avropa Birliyi üçün kiçik olsa da Avropa aviaşirkətləri ölkəyə maraq göstərir və yeni birbaşa reyslər açmağa hazırdılar.


Onun fikrincə, razılaşma Bakı hava limanının əla infrastrukturundan istifadə edərək, Azərbaycan daşıyıcıları üçün yaxşı bir imkan yarada, AB ilə Asiya arasında sərnişin daşımanı artıra bilər.


"Azərbaycanın yüksək rütbəli rəsmiləri ilə keçirilən bütün görüşlərimdə tezliklə aviasiya razılaşmasının imzalanması ilə bağlı eyni fikirdə olacağımızı düşündüm. Bu müqavilə hər iki tərəf üçün qələbə ola bilər", - deyə Avropa rəsmisi yekunlaşdırıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...

11:30

"Ucar xəstəxanasında insanları öldürürlər" - MÜRACİƏT

10:49

“Azəriqaz”dan absurd şəhid ailəsi ayrıseçkiliyi - Bu nə təfəkkürdür?

10:07

Elektromobillərə maraq durmadan artır: Bazara necə təsir göstərəcək?

09:46

Sabahdan tətil başa çatır

15:50

2 milyonluq tenderi uddu, amma 2,25 milyonluq müqavilə imzaladı - Müəmma

15:16

Araz Ağalarova məxsus bütün "Vegas" ticarət mərkəzləri bağlandı