Samir Şərifovun Yevlaxdakı TALAN QARANTI... - İTTİHAM

10:39 28.03.2019 450
Samir Şərifovun Yevlaxdakı TALAN QARANTI... - İTTİHAM

Gəncənin keçmiş meri Elmar Vəliyevin karyerasının sonu onun vaxtilə himayə etdiyi Yevlax rayon Maliyyə İdarəsi rəisi Rza Əliyevin vəziyyətini çətinləşdirib. Maliyyə rəisi E.Vəliyevin sayəsində Kürdəmirə icra hakimi gedəcəyinə ümidlənmişdi. Amma məlum hadisələr nəinki karyera yüksəlişinə olan arzularını dəfn edib, hətta hazırkı maliyyə rəisi postunda qalacağı imkanlarını da məhdudlaşdırıb. Bildirək ki, E.Vəliyevin vəzifəsindən kənarlaşdırılması Yevlax maliyyə rəisinin himayəsiz qalması ilə nəticələndiyi deyilir. R.Əliyevə “krişalıq” etmiş E.Vəliyevin erasının bitməsi onun da maliyyə rəisi kreslosundan gedəcəyini sürətləndirə bilər. Eyni taleni E.Vəliyevin xalası oğlu olduğu deyilən Bərdə maliyyə rəisi Mehman Allahverdiyevi gözləyir ki, bu haqda növbəti yazıda məlumat verəcəyik.
Hələliksə, cumhuriyyet.az olaraq bildirək ki, R.Əliyevin fəaliyyətinin təftiş olunacağı barədə məlumatlar dolaşmaqdadır. O, 15 ilə yaxın müddətdə Bərdə rayon Maliyyə İdarəsi rəisi vəzifəsində çalışıb. Maliyyə idarəsinin rəisi rayonda villa, Bakıda evlər və obyektlərə sahib olub. Hər bir idarədəki “ölü can”lar üçün Rza Əliyev öz hesabını alır. Lazım olanda isə büdcə təşkilatlarına ayrılan əlavə vəsaiti kəsməklə, bağlamaqla idarə müdirinin “belini qırır”. E.Vəliyevə güvənmiş Yevlaxın maliyyə rəisi bu postunda qalmasını ona borcludur. Yəni, nazir Samir Şərifovdan daha çox E.Vəliyevə güvənirdi. Adı müxtəlif maliyyə xəyanətlərində və maxinasiyalarda hallanmış R.Əliyev isə yenə də ənənəsinə sadiq qalaraq Bərdədəki talan siyasətini Yevlaxda əsirgəmir.
Maliyyə Nazirliyində onun yerinə kimin gətiriləcəyi barədə məsləhətləşmələr aparıldığı deyilir. E.Vəliyevə yaxın kadrların bir-bir vəzifələrdən “təmizlənməsi” prosesi start götürdüyü üçün növbənin Rza Əliyevə də çatacağı istisna edilmir. R.Əliyev Bərdədə maliyyə idarəsi olduğu dövrdə bütün idarə və müəsissə rəhbərləri onun icazəsi olmadan işə adam qəbul edə bilmirdi. Bildirilir ki, Rza Əliyevin icazəsi olmadan və ondan gizlin hansısa bir idarəyə işçi götürlərsə həmin müəsissə rəhbərinin günü qara olurmuş. Məsələn, abadlıq-quruculuq və yol tikintisi üçün Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən Bərdəyə 30 milyon manata yaxın pul vəsaiti ayrılmışdı. Həmin vəsaitlərin bir qismi (yəni 9,8 milyonu, əgər o da xərclənibsə) Alpoud-Mustafaağalı-Nazırlı və Kolayır-Otuzikilər yolunun tikintisinə sərf olunub. Qalan vəsaitin hara sərf olunması məlum deyil. Maliyyə İdarəsinin rəisi bu qanunsuz əməldə pay sahibidir. R.Əliyev həm də məktəb, bağça direktorlarının, idarələrin hər birində maliyyə maxinasiyaları etməkdədir.
Bu yeyintilər hesabına varlanmış, obyektləri, restoranları olan R.Əliyevin pullarını nəvəsi israf etməkdədir. Cumhuriyyet.az yazmışdı ki, nəvəsi Şahin Şahlarzadə Yevlaxda və Bərdədə “meydan sulayır”. İdarə rəisinin kürəkəni işində verdiyi nöqsana görə qovulub. Belə ki, sabiq polis zabiti Vüqar Şahlarzadə indi qayınatasının biznesini idarə edir. Onun oğlu olan Şahin isə babasına – idarə rəisi R.Əliyevə güvənərək kef məclisləri qurmaqdadır. İddialara görə, Şahinin ətrafındakı bəzi dostları arasında zərərli aludəçi olanlar var. Həmin gənclər R.Əliyevin nəvəsi ilə birlikdə kef-damaqda, müxtəlif yerlərdə istirahətdədirlər. Onlar Şahinin babasının hesabına Gürcüstanda, Türkiyədə, Qəbələ – İsmayıllıda gün keçirirlər. Üstəlik, Şahinin Feysbuk səhifəsində qeyri-etik fotolar paylaşdığı bildirilir. Prezident dəfələrlə məmurlara və övladlarına bahalı məclislər qurmamağı, israfçılılıq etməməyi barədə sərt xəbərdarlıqlar edib. Amma təqdim edəcəyimiz video fakt R.Əliyevin nəvəsinin hansı hoqqalardan çıxdığını görəcəksiniz. Qeyd edək ki, Maliyyə Nazirliyinin şöbələri əvəzinə, bir neçə rayonun birləşdiyi regional maliyyə departamentləri yaradılacaq. 11 maliyyə departamentinin yaradılması nəzərdə tutulur. Departamentin işçi heyəti isə, ləğv olunmuş şöbələrin birinin işçi personalının sayına bərabər olacaq. Yəni, ləğv olunmuş rayon şöbəsinin əməkdaşlarından, yalnız birində olan qədər işçi heyəti saxlanılacaq. Bu sırada Yevlaxın da adı çəkilir. (Cumhuriyyet.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI