Ermənistanda bunt qaldıran əsgərləri Qarabağa sürgün etdilər

15:24 25.03.2019 451
Ermənistanda bunt qaldıran əsgərləri Qarabağa sürgün etdilər

Ermənistanda martın 17-də qiyam qalxan hərbi hissənin əsgərlərinin bir qrupunu cəza olaraq Qarabağa sürgün ediblər.


Virtualaz.org "Kavkazskiy uzel”ə istinadən xəbər verir ki, buna etiraz olaraq əsgərlərin valideyinləri və yaxınları martın 23-də Yerevanda hökumət binası qarşısında aksiya keçiriblər.


Aksiya iştirakçıları Müdafiə Nazirliyinin hərbi hissədəki iğtişaşın iştirakçılarını bu cür cəzalandırmasından hiddətləndiklərini bildiriblər. Əsgər analarının bildirdiyinə görə Mehridəki hərbi hissədə baş vermiş insidentin günahkarı Qasparyan familiyalı zabitdir və onun hərəkətlərinə görə yüzlərlə əsgər hərbi hissəni tərk etmək istəyib. Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan isə deyib ki, insidentə görə həm zabitlər, həm əsgərlər cəzalandırılıb.Xatırladaq ki, Mehridəki hərbi hissədə zabitlər və əsgərlər arasında baş vermiş qarşıdurma zamanı yüzlərlə çağırışçı əsgər hərbi hissəni tərk etmək istəyib. Yolda onların qarısında polk komandiri çıxıb və əsgərləri dilə tutaraq geri qaytarmağa nail olub.


"Həmin gün gecə yarısı əsgərləri sıraya düzüblər. Onların arasından 20-ni seçiblər, hərbi formalarını cırıblar, telefonlarını əllərindən alıblar və avtobusla Qafandakı Hərbi polis bölməsinə göndəriblər. Oradan isə bir qismini Stepanakertə (Xankəndi-red.) aparıblar”-aksiya iştirakçılarından biri deyib.


Onun bildirdiyinə görə insident əsgərlərdən birinin Qasparyan familiyalı zabitə yaxınlaşıb onu başqa rotaya keçirməyi xahiş etməsindən sonra başlayıb. Zabit bu xahişə görə əsgəri söyüb, onu alçaldıb, bu zaman polkun bütün əsgərləri həmin əsgəri müdafiə edib. "Yüzlərlə əsgər hərbi hissəni tərk edib. Yolda onları polk komandiri qarşılayıb və hərbi hissəyə geri qaytara bilib”-aksiya iştiraçısı bildirib.


Qadın deyir ki, insident və oğlunun başına gələnlər haqda ancaq oğlu Dağlıq Qarabağdan ona zəng vuranda eşidib. Digər aksiya iştirakçısı isə deyib ki, özü hərbi hissəyə zəng vurub və oğlunun yerini soruşub. Oradan isə deyiblər ki, əsgərin yerini bilmirlər, ola bilsin Qafanda, hərbi polisdədir."Mən Gümrüdən Qafana getdim. Maraqlandım. Məlum oldu ki, oğlum orada yoxdur, soruşuram, bəs haradadır? Deyirlər yəqin Qarabağa göndəriblər”-həmin qadın bildirir.


Hökumət binası qarşısında aksiyadan sonra əsgər valideyinləri Müdafiə Nazirliyinin qarşısına gediblər və orada etirazlarını bildiriblər.


Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə hesab edir ki, hərbi hissədəki insidentlə bağlı vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə komissiya yaradılmalıdır. "Əsgrlərin başqa hərbi hissəyə göndərilməsinə yol vermək olmaz. Bu, baş verənlərin üstünü ört-basdır etməyə xidmət edir”-o bildirib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...