Natiq Cəfərlidən Sərdar Cəlaloğluna sərt cavab: “O, Azərbaycan siyasətində ən qeyri-ciddi siyasətçilərdən biridir”

17:51 19.04.2018 604
Natiq Cəfərlidən  Sərdar Cəlaloğluna sərt cavab: “O, Azərbaycan siyasətində ən qeyri-ciddi siyasətçilərdən biridir”
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”ın ötən sayına verdiyi açıqlamada REAL Partiyası və onun həbsdəki rəhbəri İlqar Məmmədov haqqında sərt ittihamlar səsləndirib. Onun dedikləri qalmaqala səbəb olub. Sosial şəbəkələrdə REAL tərəfdarları ADP sədrinin ünvanına ən sərt tənqidlər dilə gətirir, bəzi hallarda hətta təhqirə belə keçilir.

S.Cəlaloğlu vicdan məhbusunu vaxtilə Azərbaycana xəyanət etməkdə suçlayıb.

Sitat: “AMİP-in özündə belə İlqar Məmmədov tanınmırdı. Bu partiyadan çıxandan sonra Amerika səfirliyində işlədi. Ondan sonra bir QHT yaratdı və orada da Azərbaycana qarşı çox xəyanətkar bir sənədə qol çəkib. Mən, İsa Qəmbər, Əli Kərimli və Pənah Hüseyn Avropa Birliyinin nümayəndələri ilə görüşəndə dedik ki, bu birliyə inteqrasiyamızda əsas hədəflərdən biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasıdır. Onlar bizə həmin vaxt dedilər ki, siz heç vaxt Avropa Birliyi çərçivəsində Dağlıq Qarabağ məsələsini qaldıra bilməzsiniz. Səbəbini soruşduqda şok yaradacaq bu cavabı verdilər ki, siz bizə sənəd vermisiniz və bir şərtlə Avropa Birliyinə üzvlüyə razısınız ki, heç vaxt Dağlıq Qarabağla bağlı məsələ qaldırmayacaqsınız. Belə bir sənədə qol çəkmədiyimizi deyəndən sonra bildirdilər ki, sizin bir birliyiniz var, ora 29 təşkilat daxildir, sədri də İlqar Məmmədovdur, o bizə belə bir sənəd verib. Sonralar İlqar Məmmədovun özü də bunu təsdiqlədi. İqtidara alternativ deyilən İlqar Məmmədov bu qədər irəli gedib”.

S.Cəlaloğlu REAL-ın nəinki hakimiyyətə qarşı, hətta Azərbaycandakı ən zəif partiyaya belə alternativ olmadığını bildirib. Eyni zamanda ADP sədri İ.Məmmədovun təşkilatının kadr potensialının olmadığını, REAL sədrinin şəxsi keyfiyyətlərinin, qabiliyyətinin, həbsdə olmasının hakimiyyətə gəlməyə cavab vermədiyini də qeyd edib.

Bu və ya digər sərt ittihamlarla bağlı REAL-ın mövqeyini aldıq. Qurumun icraçı katibi Natiq Cəfərli ADP sədrinə sərt cavab verdi: “Sərdar Cəlaloğlu Azərbaycan siyasətində ən qeyri-ciddi siyasətçilərdən biridir. Onun bu günə qədər səsləndirdiyi fikirlər, tezislər çox zaman gülüş doğurur. Bu baxımdan, açığı, ona ciddi cavab verməyə çox çətinlik çəkirəm. Səsləndirdiyi ittihamlarla bağlı əlində sübutlar varsa, ortaya qoysun. İlqar Məmmədov təkcə Qarabağ deyil, hətta Zəngəzurun qaytarılması məsələsində ən sərt mövqe tutan siyasətçilərdən biri olub. Beynəlxalq konfranslarda dəfələrlə İlqar Məmmədov ermənilər tərəfindən ciddi təzyiqlərə məruz qalıb. Bunun şahidi olanlar az deyil. Hətta hakimiyyətin bu günə qədər ortaya qoyduğu sərt mövqedən daha sərt mövqeyini İlqar Məmmədov bu məsələdə səsləndirib. Bir faktı deyim, 2011-ci ildə NATO-nun Qafqaz Təhlükəsizlik Konfransı olmuşdu. Orada İlqar Məmmədovun Dağlıq Qarabağın qaytarılması ilə bağlı çox sərt çıxışı oldu. Dedi ki, nəinki Qarabağı, gec-tez Zəngəzuru da ermənilər geri qaytarmağa məcbur olacaqlar. Həmin çıxışından sonra konfransda İlqara ciddi təzyiqlər olub. Türkiyəli deputatların, xüsusilə MHP-dən olan millət vəkillərinin köməyi ilə oradan çıxa bilmişdi. Sərdar Cəlaloğlu İlqar haqqında çox şeylər deyə bilər. Amma bu məsələ ilə bağlı onun mövqeyi tamamilə absurddur”.

N.Cəfərli “Hamıya aydındır ki, Sərdar Cəlaloğlu seçkiyə niyə buraxıldı, o 40 min imza toplaya bilməzdi”, - deyə iddia etdi: “Heç imzatoplama kampaniyası belə aparmadı. Seçkidə iştirakı onun qarşısında öhdəlik yaratdı və o da öhdəliyinə əməl edərək belə mənasız fikirlər səsləndirir. Onun dediyi sənəd Sivil Toplum Platforması idi və orada heç REAL-ın adı da yox idi. Həmin vaxt REAL təzəcə yaranmışdı. Bu, adi bir platforma idi. Hakimiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh yolunu əsas sayır. Əslində düzgün də siyasət budur. Açıq şəkildə bəyan edə bilmərik ki, müharibə edəcəyik. Sərdar bəy bu mövqeyinə görə hökuməti niyə tənqid etmir? Sivil Toplum Platformasına o zaman çox nüfuzlu şəxslər daxil idi və onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə tez-tez mövqelər sərgiləyirdilər. Beynəlxalq aləmin belə məsələlərdə dili, siyasi üslubu tamam fərqlidir. Sərdar bəyin yəqin bunlardan xəbəri yoxdur. Onun nə beynəlxalq aləmdə nüfuzu var, nə də beynəlxalq konfranslarda iştirak edib. Bu günə qədər yalnız daxili auditoriya üçün çıxışları olub. Onu qınamıram, köhnə fikirli, dünyadan bixəbər insandır. REAL yarandığı gündən daim doğruları söyləyib. Hər hansı daxili və xarici gücü arxasına alıb dəyişiklik etmək fikri də olmayıb. Sadəcə olaraq, Sərdar Cəlaloğlunun da daxil olduğu köhnə nəsil hər zaman dəyişikliklərin xaricdən ola biləcəyinə inanıblar. Sərdar Cəlaloğlu ilə bağlı məhkəmə sənədlərində onun xarici orqanlarla əlaqələri, görüşləri barədə məlumatlar var. Onun tipində olan siyasətçilər prosesləri anlamaq iqtidarında deyillər. İlqar Məmmədovdan burada söhbət gedirsə, onu deyə bilərəm ki, nə zaman Azərbaycanda demokratik seçkilər keçiriləcəksə, REAL partiya şəklində iştirak edəcəksə, İlqar Məmmədovun nə qədər səs topladığını hamımız görəcəyik. Bunu indidən söyləmək üçün gərək Sərdar Cəlaloğlu ya Vanqa, ya da Nastradamus olmalıdır. O isə bunlardan heç biri deyil. Öncədən görmə qabiliyyəti onda olsaydı, indiyə qədər siyasətdə uğur qazanardı. Təşkilatımızın bir neçə nəfərdən ibarət olduğunu deyir, qoy desin. Buna haqqı da var. Amma ondan başqa ADP-də ikinci şəxsi tanımıram. Ən azından REAL-ın öndə gedən bir neçə isminin adını çəkə bilərəm.

Bir şəxsdən ibarət olan partiyanın sədrinin bu cür fikirlər səsləndirməsi doğrudan da çox qeyri-ciddilikdir. İlqarın həbsdə olmasını heç vaxt siyasi kapitala çevirmək istəməmişik. Bunlar bizdən asılı olmayan proseslərdir. Reallıqdır ki, İlqarın beş ildən artıq qanunsuz şəkildə həbsxanada olması insanlar arasında bir simpatiya yaradıb. Həbsdə olduğu üçün İlqarın lider olduğunu heç vaxt qeyd etməmişik. Gələcəkdə elə bir partiya qurmaq istəyirik ki, şəxsə bağlı olmasın. Təəssüf edirəm ki, Azərbaycanda siyasi partiyaların hamısı şəxs üzərində qurulub. Vaxtilə ADP də güclü partiya idi. Rəsul Quliyevlə bir yerdə idilər, ondan maliyyə alırdılar. Elə ki, bu əlaqələr kəsildi, ADP yox olub getdi. Həbsdə olmaq, əlbəttə, insanın hakimiyyətə gəlməsi anlamına gəlmir. Lakin bir insanın beş ildən artıq həbsdə olması ortalıqdadır. İlqarın siyasi fəaliyyətinə o, azadlıqda olandan sonra qiymət veriləcək. Onu insanlara sevdirən şəxsinə qarşı olan ədalətsizliklərdir. Sərdar bəyin dediyi kimi, əgər İlqara simpatiya həbsi üzərindən formalaşıbsa, o zaman hökumət onu azad etsin, bir neçə aydan sonra görək bu nüfuz qalacaq, ya yox? Əgər həbsdə saxlamağa davam etsələr, bu simpatiya artan templə gedəcək. Sərdar Cəlaloğlu bu fikirləri ilə dünyadan və siyasətdən bixəbər olduğunu bir daha göstərdi. Onun siyasətlə məşğul olması, sadəcə, vaxt itkisidir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür