Gəncə Dövlət Universitetində Təhsil Nazirliyinin əmri niyə icra olunmur - İDDİA

14:20 19.03.2019 516
Gəncə Dövlət Universitetində Təhsil Nazirliyinin əmri niyə icra olunmur - İDDİA
Bakunews.az xəbər verir ki, sosial səhifələrdə 11.02.2019-cu il tarixində Təhminə Musayeva adlı istifadəçinin paylaşdığı mövzu diqqət çəkib. Beləki GDU-da niyə təhsil nazirliyinin əmrlərinin icra edilməməsinə toxunan sosial istifadəçi universitet rəhbərliyinə sanki açıq məktub yazıb. Həmin məktubu olduğu kimi iszlərə təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegiyasının 16.06.2016-cı il tarixli (protokol 15-K) iclasında tədris-metodik işlərində böyük həcmli plagiat faktı aşkar edildiyindən ekspert şurasının mənfi rəyi nəzərə alınaraq Gəncə Dövlət Universitetinin Coğrafiya kafedrasının dosent əvəzi Əhmədli Arifə Abbasəli qızına coğrafiya kafedrasının dosenti elmi adının verilməsindən imtina edilmişdir.
Bu məsələ ilə bağli olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sədri ,akademik A.Ş.Mehdiyev tərəfindən Gəncə Dövlət Universitetinin rektoruna 06.10.2016-cı il tarixdə 48-01-426/16 nömrəli məktub göndərilmişdir. Bundan sonra, universitetdə keçirilən iclasda aşağıdakı məzmunda qərarlar qəbul edilmişdir:

1. Əhmədli Arifə Abbasəli qızının "Torpaq coğrafiyası fənnindən çöl təcrübələrinin aparılmasına dair" metodik göstərişi plagiat hesab edilsin.

2. Yuxarıda adı çəkilən dərs vəsaiti universitetin tədris prosesindən çıxarılsın, habelə kitabxanadan ləğv olunsun.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegiyasının 16.06.2016-cı il tarixli (protokol 15-K) iclasında tədris-metodik işlərində böyük həcmli plagiat faktı aşkar edildiyindən ekspert şurasının mənfi rəyi nəzərə alınaraq Əhmədli Arifə Abbasəli qızına coğrafiya kafedrasının dosenti elmi adının verilməsindən imtina edildiyindən Əhmədli Arifə Abbasəli qızı dosent vəzifəsindən baş müəllim vəzifəsinə keçirilsin.

4. Əhmədli Arifə Abbasəli qızının tədris-metodiki işlərində böyük həcmli plagiat faktlarının aşkar olunmasına görə Azərbayan Respublikası Təhsil Nazirliyinin 05.07.2016-cı il tarixli Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat hallarına qarşı mübarizə tədbirləri haqqında 464 saylı əmrinin 5-ci bəndini rəhbər tutaraq Arifə Abbasəli qızı Əhmədli ilə bağlanmış əmək müqaviləsinə xitam verilsin.
Maraqlıdır, verilmiş əmr bu günə kimi icra olunmamışdır.Rektor Yusif Yusibov humanistlik göstərərək bu əmri yerinə yetirməmiş, habelə Təhsil Nazirinin əmrinə qarşı çıxaraq bu əmrin 4-cü bəndini icra etməmişdir.

Bundan sonra, 10 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr vəzifəsini icra edən Vəli Hüseynov tərəfindən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova 48-03-166/16 nömrəli aşağıdakı məzmunda ikinci məktub göndərilmişdir:
Hörmətli Yusif müəllim!
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 15.02.2017-ci il tarixli (prot. 03-K) iclasında Sizin rəhbərlik etdiyiniz Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin Coğrafiya kafedrasının dosenti Əhmədli Arifə Abbasəli qızının apelyasiya ərizəsinə (25.06.2016) baxılmış və tədris-metodik işlərində böyük həcmli plagiat faktı aşkar edildiyi və yer elmləri üzrə ekspert şurasının təkrar mənfi rəyi nəzərə alınaraq,iddiaçıya "Coğrafiya" kafedrası üzrə dosent elmi adı verilməsindən imtina edilməsi haqqında Kollegiyanın 16.06.2016-cı il tarixli (prot.15-K) qərarı qüvvədə saxlanılmışdır.
Gələcəkdə Ali Attestasiya Komissiyası qarşısında Elmi adlar verilməsinə dair vəsatət qaldırarkən belə halların təkrar olunmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi diqqətinizə çatdırılır.

Hörmətlə, Sədr vəzifəsini mvəqqəti icra edən Vəli Hüseynov!

Bu əmr də icra olunmyıb.Cənab rektora xatırlatmaq istəyirik ki, nə Ali Attestasiya Komissiyasının qərarı, nə də cənab Nazirin əmri işə tikmək üçün deyil,icra üçündür. Deməli,Gəncə Dövlət Universitetində təhsil nazirinin əmrlərini sayan yoxdur,bu qərarlar yalnız kağız üzərində qalır. Müəllimliyə tam yararsız,ali təhsil haqqında diplomu saxta,elmi əsərləri saxta,dəfələrlə əlində rüşvət tutulmuş,qadına yaraşmayan nalayiq hərəkətləri dəfələrlə universitet elmi şurasında müzakirə obyekti olan,Yeni Azərbaycan Partiyasından qovulan və yenidən İslam partiyasına üzv qəbul edilən Əhmədli Arifə Abbasəli qızı üçün onun işlədiyi kafedranın razılığı olmadan yenidən dosent yeri üçün elan verilmişdir və o bu yeri tutmaq üçün sənəd təqdim etmişdir.Halbuki o bu yerə 5 ilə kimi sənəd təqdim edə bilməz və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə baglı qərar qəbul edilmişdir.Fakültənin dekanı,bir müddət bundan əvvəl universitetin nəzdində qeyri-qanuni kollec tipli kurslar açaraq dövlət əmlakını taladığı üçün işdən qovulan,Rusiyanın bazarlarında göy-göyərti və vaxtı ilə Gürcüstan üzərindən ermənilərə benzin satan dekan Urfan Həsənov bu müəlliməni saxta yollarla fakültə elmi şurasına üzv belə seçdirmışdir.
Maraqlıdır,bu biabırçılıqlara göz yumaraq təhsil nazirliyinin əmrlərinə tabe olmamaqda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun məqsədi nədir?

İddia olunanlarla bağlı dia.az olaraq bütün tərəfləri dinləməyə hazırıq...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”