Göygöldə yeyinti var... - İTTİHAM

13:55 12.03.2019 505
Göygöldə yeyinti var... - İTTİHAM

Göygöl Suvarma Sistemləri İdarəsində meliorasiya adına süni və çirkin maxinasiyalar davam etdirilir.

Göygöl SSİ-də indi nə varsa, kim varsa kimlərinsə gözünə potensial gəlir kimi görür. Son illər statistik hesabatlarla baş aldadan Göygöl "torpaqları yaxşılaşdırma" idarəsi rəisinin şəxsi maraqları ilə kənd təsərrüfatının inkişafı adına fərli bir iş görülməyib. Torpaqların suvarılması öhdəliyini daşıyan bir qurum rəhbəri yalnız öz cibini, şəxsi var-dövlətini cücərtməklə məşğuldur, sözümün bitən yeridir. Bu idarədə başını alıb gedən bir neçə mühüm problemə yenə diqqət çəkək.

İdarədə dövlət vəsaiti hesabına ağır tonnajlı texnikalara, traktorlara ayrılan dizel və benzin yanacağının, yağ və sürtkü materiallarının talanması açıq müşaiyyət olunur. İdarəyə ayrılan yanacaq müdirin ata-baba malı kimi hər gün havaya sovrulur, müxtəlif adda şəxsi yanacaqdoldurma məntəqələrində satılmaqla İlqar Məhərrəmovun cibinə pullar doldurur. Hələ sovetlər dönəmindən idarənin (Göygöl r, Totanlı-111) həyətində quraşdırılan xüsusi yanacaqdoldurma deposu illərdir ki, təyinatından kənar quru və lazımsız halda benzin özbaşınalığına şahidlik edir. Aldığımız məlumata görə, idarəyə ayrılan tonlarla yanacaq limiti Göygöl rayonunun Üçtəpə kəndində yol kənarında yerləşən, kəndin bələdiyyə sədrinə məxsus "Alik" petrolda fərdi müştərilərə satılır. Bu artıq toxunulmaz adət halını alıb. Tərəflər arasında müqavilənin mövcud olmadığı isə məsuliyyət yükünün ağırlığını bir az da artırır. Talançı idarə müdirinin göstərişi ilə bəzi adamlar, qonaq qismində idarənin qapısına gələnlər utanmadan "Alik" petroldan maşınlarına pulsuz yanacaq alaraq "yararlana" bilirlər. Aldığımız məlumata görə, idarənin yanacaq limitini öz şəxsi istəyilə talayan İ.Məhərrəmov idarənin texnikalarını arendaya verdiyindən, əksər texnikalar yanacaqla təminat öhdəliyi hiss etmir. Çünki həmin texnikalar öz yanacağını günəmuzd olaraq qapısında işlədiyi fərdi şəxslərin hesabına ödəyirlər. Traktorlar istənilən gün tikiləcək fərdi yaşayış evlərinin katlavanını, binəsini qazmaqla xeyli gəlir əldə edir. Sürücülər meliorativ işlərdən kənar karlı pullar qazanır, günaşırı İlqar Məhərrəmovla bölürlər. Yoxsa, "JEEP"lər, inomarka maşınlar alıb sürmək, otağında bahalı balıqları yemləmək xərcləri bu məəömura göydən tökülmür.
Aldığımız məlumata görə, idarənin balansında olan ən bahalı traktor texnikası da müdirin maxinasiyalarına cəlb edilib. İllər əvvəl ASC sədri Əhmədzadənin təşəbbüsü ilə Belarusiyadan alındığı iddia edilən və qiyməti yüz minlərlə ölçülən müasir texnika da lildəntəmizləmə işlərindən yayındırılaraq müdirin cibinə pul qazandırır. Məlumata görə, müxtəlif növ traktorlar çömçəsinin tutumuna, gördüyü işin hesabına kağız üzərində büdcədən vaxtaşırı "pul yeyir". İdarənin ən bahalı nəhəng buldozer texnikası isə guya axar suyun suvarılan torpaqlara təminatının yaxşılaşdırılması üçün meliorativ tədbirlər çərçivəsində ayda 1500-3000 manat civarında "pul qazanır". İllərin hesabatına baxsaq aydın olar ki, güya kanallarda minlərlə kilometrlik lildəntəmizləmə işləri görülüb. Texnikaların "işlətdiyi" yanacaq və təmir-servis haqqı sümürən texnikalara təəssüf ki, qurumun yuxarı şəxsləri tərəfindən inzibati nəzarət, hansısa təftiş həyata keçirilmir, nəticədə maxinasiyanın sərhədləri genişlənir. Göygöldə bütün çay məcrasına, kanalların durumuna baxılsa lillənmənin illərdir təmizlənmədiyi faktı zatən ortaya çıxar. (ayrıca mövzuda daha detallı yazacağam-O.N) Aldığımız məlumata görə, bu özbaşınalıqlara susqunluğun əsas səbəbi, İlqar Məhərrəmovun ASC-dəki himayədarı müavin Rafiq Aslanovun hesabınadır. İlqar Məhərrəmovun dediyi iddialara inansaq, bu məmur Rafiq Aslanova kvartalda, hesabatlarda karlı haqq verir. Ona görə də açıq himayə olunur. Rafiq Aslanovun ASC rəhbərliyi ilə qudalıq bağları isə "qalaqurma"nı lap bərkidir. Bu durumda, cənab Əhmədzadəyə təklif edərdik ki, bu idarəyə yanacaq limitini dayandırsın, əgər texnikalar özbaşına işlərə cəlb edilməklə pul-yanacaq qazana bilirsə, bu ad altında büdcə vəsaitinin talanmasını hökmən durdursun. Olmasın, qudası Aslanovun bir idarədən qamarladığı gəlirlər... Göygöl SSİ hazırda öz balansında 250-dən artıq artezianı birləşdirir, eləcə də müxtəlif gücə sahib aqreqatlı su-nasos qurğuları ilə 15 min ha yaxın əkin sahəsinə xidməti üzərinə götürür. İdarə təkcə bu resurs mövcudluğuna görə, il ərzində torpaqların suvarılmasına dövlət büdcəsindən yarım milyon manatdan artıq dotasiya alır. Təəssüf ki, bu idarə rəhbərinin zehni yanaşmasında talançılığa, varlanmağa şərait yarada bilir. Elektrik enerji sərfiyyatından da doğru istifadə etməyən, bütün su birliklərinin əli ilə müxtəlif məbləğlərdə yığımlar həyata keçirən Göygöl SSİ artezian sayını süni şəkildə artıraraq ayrılan dotasiyanın məbləğində aşkar büdcə maxinasiyası həyata keçirir. Əldə etdiyimiz məlumata görə, idarənin statistik rəqəmlərində 10-larla adı olub özü olmayan artezian sayına rast gəlinir. Gəncə və Göygöl rayonları ərazisində elə artezianlar var ki, illərdir yararsız vəziyyətdədir, lakin limit xərci yazılır və pulu yeyilir. Balansda yer alan əksər artezianların vurulmasının bu idarəyə ümumiyyətlə aidiyyatı yoxdur, özbaşınalığa meyillilik SSİ-nin illik statistik hesabatlarından da bəlli olur. "Demokratik.Az"-a verilən məlumata görə, idarə rəisi kağız üzərində sel və daşqınlardan yayınmaq məqsədilə Gəncə çayı, "Ərəbli" və "Xan Arx" su kanalları boyunca "sahil bərkitmə" işlərinin aparıldığını rəsmiləşdirməklə xeyli investisiya vəsaitini "xırıd" etmişdir. Təkcə, Gəncə çayının sahilində sovet dövründən yadigar qalan beton örtükləri, hətta köhnə körpüləri, plitələri yenisi kimi göstərməklə, ala-yarımçıq suvaq işləri gördürməklə aldatmalar edilir. Təsadüf deyil ki, Göygöl SSİ-nin heç bir hesabatında "görülmüş" bənd bərkitmə işinin konkret ölçüsü, uzunluğu, smeta xərcləri barədə hansısa geniş məlumata rast gəlinmir. Yalnız, "Ərəbli" və "Xan arx" su kanallarının Göygöl-Üçtəpə yolundan görünən bir neçə yüz metrlik hissəsində beton işlərinin aparıldığını görmək mümkündür.
Həmin "Ərəbli" kanalı ki, uzunluğu 25 km-dir, lakin talançı müdir televiziya qarşısında özünü reklam edərkən həmişə betonlanmış məhdud yerləri gözə soxur. 20 km-ə yaxın uzunluqda olan "Xan arx" su kanalı barədə də meliorativ uğurlardan danışmaq yersiz olardı. Bu kanal da kağız üzərində dəfələrlə təmizlənmiş, xeyli hissəsi guya betonlanmış kimi "pripiska"ya məruz qalıb. İldə bir dəfə arxasında traktor televiziya kamerasına pozlar verən idarə rəisinin və arendadakı traktorların çömçəsinin əslində ayrılan pulları qazıdığı faktı ortadadır. Hər açıqlamasında bu kanalların hər birində ildə bir kilometrlik betonlama işinin görüldüyünü "üfürən" İlqar Məhərrəmov bu maxinasiya hesabına 100 minlərlə manatı necə havaya sovurduğunu beləcə özü də etiraf edir. Bircə, qalır bu maxinatorun fəaliyyətini dərindən təftiş etmək və meliorasiya adına yaradılan korrupsiya bataqlığında İlqar Məhərrəmov kimiləri özünün çirkab sularında boğub başqalarına xoş nümunə aşılamaq. Azərbaycanda kənd təsərrüfatının inkişafı naminə bu tələb və istək təkcə bizim deyil, həm cənab Əhmədzadələrin, baş prokurorluq və korrupsiya orqanlarının, xüsusilə də bütün vicdanlı mətbuat nümayəndələrinin arzusu olmalıdır. Yoxsa, İqlar Məhərrəmovun korrupsiyalaşmış şoran torpağı hələ çox su aparacaq... (Demokrat.az)

Yuxarıda irəli sürdüyü ittihamlarla bağlı adları çəkilən qurum və şəxslərin mövqeyini işıqlanırmağa hazırıq!
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...