Asif Ağayev və onun "ipəyatmaz" komandası... - İDDİA

16:36 11.03.2019 543
Asif Ağayev və onun "ipəyatmaz" komandası... - İDDİA
Azərbaycanda yüksək vəzifəyə təyin olunan şəxsin özünə yeni komanda formalaşdırması çoxdankı ənənədir desək, yanılmarıq. Doğrudur, istisnalar da yox deyildir.

Elə şəxslər vardır ki, vəzifə onları deyil, onlar tutduqları vəzifəni qiymətə mindirirlər. Ancaq belə hallar aşağı və orta vəzifələr tutan, əsas etibarilə öz işinin mahir biliciləri sayılan məmur-mütəxəssislərin əvəzsizliyini ehtiva edir. Bəzən də vəzifəli şəxs özünün əsas vəzifəsində heç də əvəzolunmaz sayılmasa da, daşıdığı ikinci, qeyri-rəsmi vəzifədə məharətlidir. Son illər Beyləqan rayon rəhbərliyində baş verən kadr dəyişiklikləri yuxarıda qeyd etdiyimiz tendensiyaları müşahidə etmək üçün əsl nümunədir. Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini - RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məhəmməd Qələndərov da bu mənada "əvəzolunmaz" kadrdır. Məsələ burasındadır ki, Asif Ağayev RİH-nə başçı təyin olunandan sonra sələfi Vaqif Abdullayevin kadrlarının işdən kənarlaşdırılmasına nail oldu: Aytən Mirzəyeva RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri (RİH başçısının müavini) vəzifəsindən, Xuraman Rüstəmova rayon Təhsil şöbəsi müdirliyindən, Əliyar Həsənov Yaşıllaşdırma İdarəsinin rəisi postundan təmtəraqsız yola salındı. Amma, Asif Ağayevin daha əvvəlki icra başçısı İrşad Əliyevin hakimiyyəti dönəmində "qara vəzir" kimi tanınan Məhəmməd Qələndərova gücü çatmadı. Bildirildiyinə görə, Qələndərov məhz hələ də hadisələrin gedişinə təsir imkanlarını saxlayan keçmiş kənd təsərrüfatı naziri İrşad Əliyevin və sabiq baş nazir Artur Rasizadənin himayədarlığı sayəsində möpvqeyini əldə saxlamağı bacardı. Özü ilə birgə hamilik etdiyi, gəlirli hesab olunan, korrupsiya üçün əlverişli mühit sayılan sahələrə nəzarət edən bəzi köhnə kadrları - RİH-nin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri (RİH başçısının müavini) İlqar Quliyevi, Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) direktoru Arzu Bəndəliyevi səhnədə və öz kurasiyasında saxlaya bildi. Bu yerdə xatırlatmağa dəyər ki, İlqar Quliyevin adı rüşvət olayında vasitəçilik etmədə hallanır və Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirildiyi bildirilir.
Arzu Bəndəliyevin rəhbərlik etdiyi strukturda isə çoxsaylı qanunsuzluqlara, neqativ hallara (yeyinti, mövsümi cəlb olunmuş kimi göstərilən işçilərə artıq əmək haqqı yazdıraraq mənimsənilməsi faktları və bu zəmində MKTB-nin yerli Məşğulluq Mərkəzi ilə korropativ əlaqələrinin mövcudluğu) yol verildiyi barədə də, KİV-də xeyli məlumatlara rast gəlinir. Başqa bir ilginc məlumat isə, Məhəmməd Qələndərovun RİH başçısının birinci müavini Telman Məstanovun vəzifədən alınmasına nail olmaq və onun postuna yiyələnmək üçün əlaltdan kampaniya aparmasıdır. Etibarlı mənbədən aldığımız məlumata görə, Qələndərovun bu niyyəti onun özünün onsuz da böyük olan səlahiyyətini artırmaq istəyindən, daha çox məhz toxunulmazlığını qorumaq istəyinə xidmət edir. Çünki "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnaməyə görə, icra başçılarının birinci müavinlərini icra başçıları özləri deyil, Azərbaycan Respublikasının Prezidenti təyin edir (Rayon, şəhər və şəhər, rayon icra hakimiyyəti başçısının ikinci dərəcəli müavinləri isə, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər). Belə olan halda A.Ağayevin də M.Qələndərova təsir imkanları azalmış olar. Bütün bu qeyd olunanlar belə düşünməyə əsas verir ki, yeni başçı Asif Ağayevin Beyləqan RİH başçısı vəzifəsində həyata keçirməyi nəzərdə tutduğu işlərin arzuolunan səviyyədə həyata keçməsi, Beyləqana və beyləqanlılara fayda verəcəyi sual altındadır.
GundemXeber.Az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...