GÖMRÜKDƏ SAHİBKARLARA “ANBAR TƏLƏSİ” – “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

12:21 11.03.2019 521
GÖMRÜKDƏ SAHİBKARLARA “ANBAR TƏLƏSİ” – “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

İllər uzunu sahibkarların ən çox haqsızlıqla üzləşdikləri və şikayət etdikləri əsas iki dövlət qurumunun Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi (DGK) olduğu mübahisə doğurmur. Siyasi hakimiyyətin qərarından və bu 2 qurumun rəhbərliyindəki dəyişiklikdən sonra vəziyyət əhəmiyyətli şəkildə dəyişdi. Xüsusən də Fazil Məmmədovun vergilər naziri postundan uzaqlaşdırılması və yerinə Mikayıl Cabbarovun təyin edilməsindən sonra vergi orqanında müsbətə doğru ciddi dəyişikliklərin olduğu şəksizdir. Ən azından hazırkı dövrdə vergi sarıdan sahibkarlar nisbətən rahat nəfəs almağa başlayıblar.

Ancaq bütün cəhdlərə baxmayaraq, təəssüf ki, Dövlət Gömrük Komitəsi eyni uğuru təkrarlamaqda çətinlik çəkir. Yəni bu qurumla bağlı şikayətləri tam aradan qaldırmaq hələ ki, mümkün olmayıb. Baxmayaraq ki, artıq 1 ilə yaxındır bu qurumun rəhbəri dəyişib və bu posta, Vergilər Nazirliyindən fərqli olaraq, kənardan yox, elə öz içindən sədr təyin olunub. Yəni hazırki DGK sədri işini çox yaxşı bilən bir kadrdır və bu səbəbdən də, DGK-dakı islahatlar daha sürətlə həyata keçirilməli və daha tez effekt verməli idi.

Əlbəttə, Səfər Mehdiyevin təyinatından sonra DGK-da heç nəyin dəyişmədiyini söyləmək insafsızlıq olardı. Çox ciddi dəyişikliklər qeydə alınıb. Ən azı gömrük üzrə daxilolmaların rəsmiləşdirildiyi, yəni “qara kassa”nın ləğv olunduğu şübhəsizdir.Bunu gömrük üzrə daxilolmaların kəskin artmasından da aydın şəkildə görmək olur.Lakin bir çox sahibkarlar ölkəyə gətirdikləri mal və məhsulların sənədləşdirilməsi zamanı alış qiymətlərinin gömrük əməkdaşları tərəfindən süni şəkildə şişirdilməsindən, bunun da nəticəsi olaraq, sahibkarların ödənişlərinin artmasından gileylənirlər. Yəni ki, uzun illər gömrük orqanı ilə təmasda olan sahbkarlar rəhbərliyin dəyişməsinə rəğmən, gömrük xərclərinin azalmadığını, hətta bir çox hallarda artdığını bildirirlər.

Doğrudur, yuxarıda da qeyd etdiyimiz kimi, bu ödənişlər əvvəllər qismən sənədləşdirilir, qalan hissəsi “qara kassa”ya gedirdisə, indi demək olar ki, tam rəsmiləşdirilir. Nədən “demək olar ki” dediyimizi aydınlaşdırmağa çalışacağıq. Məsələ ondadır ki, bir çox sahibkarlar öz mallarını gömrük qeydiyyatından keçirən zaman süründürməçilik və bunun nəticəsi olaraq, əlavə xərcə düşmələrindən şikayət edirlər. Misal üçün, laboratoriyadan keçirilərək, yoxlanılmasına ehtiyac olan malların əksəriyyətini rəsmiləşdirmək xeyli vaxt aparır. Bir çox hallarda bir malın laborator analizinin cavabı 7-10 günə verilir. Bu, olduqca uzun müddətdir və müvafiq laboratoriyaların nədən belə ləng işləməsi sual doğurur. Eyni zamanda, gecikmə həmin avtomobillərin gömrükdə saxlanılması ilə bağlı xərcləri artırır və hər maşın üçün təxminən 600-700 dollar təşkil edir. Sahibkar bu məbləği özündən asılı olmayan mənasız səbəblərdən nəqliyyat vasitəsinin sahibinə və digər xərclərə ödəməli olur.

Ancaq sahibkarın “çiləsi” bununla da bitmir. Əgər bir yük maşınında 2-3 cür, yaxud daha çox çeşiddə məhsul varsa, gömrük əməkdaşları heç bir izahat vermədən qaçaqmalçılıqla mübarizə adı altında həmin avtomobili anbara yönəldirlər. Bu da olur sahibkara qurulmuş növbəti “pul tələsi”. Sözügedən prosesi ən çox Bakı Baş Gömrük İdarəsində müşahidə olunur. Eyni situasiyanın Sumqayıt gömrüyündə də mövcud olduğu deyilir. Gömrük əməkdaşları əllərindən gələni edirlər ki, həmin anbarlar boş qalmasın. Hətta bir çox sahibkarlar inspektorların bunu könülsüz etdiklərini, “anbar boş qalan kimi, yuxarıdan zəng gəlir” deyərək, gileyləndiklərini bildirir, sözügedən anbarların daim yük dolu avtomobillərlə təmin olunmasına çalışdıldığını vurğulayırlar. Bu da təsadüfi deyil.

Belə ki, anbara daxil olan hər bir yük maşını boşaldılır, təbii ki, tam böyük əksəriyyətindən heç bir qaçaq mal – filan çıxmır. Sonradan həmin mallar yenidən “tırlara” yüklənilir. Bu “xidmət haqqı” isə yükün miqdarı və ölçüsündən asılı olaraq, 500-600 manatdan başlayır ki, onu da sahibkarın “belindən çıxarırlar”. Və heç kim də izahat vermir ki, malın çeşidinin çox olması onun qaçaq mal olduğuna necə dəlalət edə bilər? Yaxud qaçaq mal nədən elə 1 çeşiddə malın içində ola bilməz?

Yaxşı, deyək ki, əməkdaşlar doğrudan da nədənsə şübhələndilər və yükü boşaltdırdılar. Birincisi, bu soyğunçu “xidmət haqları”nı kim müəyyənləşdirib, hansı rəsmi sənədlə həmin məbləğlər əsaslandırılıb? İkincisi və ən əsası, nədən həmin “xidmət” üçün alınan vəsaitə görə sahibkara heç bir ciddi vergi sənədi, çek verilmir? Bəli, bir çox sahibkarlar iddia edirlər ki, anbarlarda yükün boşaldılıb, yenidən yığılmasına görə ödənilən pulun çeki verilmir(!). Eyni zamanda, sahibkar hər yük maşınının gömrüyə giriş-çıxışına görə, yükün çəkisindən asılı olaraq, təqribən 160-200 manat aralığında vəsait ödəyir ki, bu pula görə də ciddi vergi sənədinin təqdim olunmadığı bildirilir. Və sahibkarlar vergi hesabatı zamanı həmin məbləği özlərinin xərc maddələrində göstərə bilmirlər – kolxozdur yəni! Gün ərzində yüzlərlə belə avtomobilin boşaldıldığını təxmin etsək, rəsmiləşdirmədən, həm də vergidən yayındırılan və kimlərin cibinə axdığı məlum olmayan vəsaitin ayda bir neçə milyon manat olduğu qənaətinə gəlmək olar. Bəs bu, rüşvət deyil də, nədir?

Hansı ki, hörmətli Səfər Mehdiyev son açıqlamalarının birində deyirdi: “Mən tam məsuliyyətimlə bəyan edirəm ki, əgər burada oturanlardan kimsə, mən özüm də daxil olmaqla, heç olmasa 1 manat rüşvət alsaq, həbsxanada oturmağa hazırıq… Əgər korrupsiyaya bulaşmış əməkdaşımı həbs etdirməsəm, o zaman yaza bilərsiniz ki, mənim dediklərimin hamısı boş sözlərdir… Bizim məqsədimiz gömrük sferasında tam şəffaflığa nail olmaq və Avropa standartları ilə işləməkdir…”

Yaxşı, bəs yuxarıda sadalananların adı nədir? Onda yaxşı olar ki, gömrük sədri özü baş verən bu qanunsuzluğa və soyğunçuluğa ad qoysun. Hansı Avropa standartlarında sahibkarın başına bu cür ip salınaraq, fırladılması nəzərdə tutulub?

Sonda onu qeyd edək ki, sahibkara rəsmi və qeyri-rəsmi formada “yüklənilən” bütün bu pullar sonuc etibarilə biz alıcıların od qiymətinə aldığımız malların maya dəyərinə oturur. Nəticədə kimlərsə rəsmi və qeyri-rəsmi planları dolduraraq, “malades” və özlərinə güzəran qazanır, uduzan isə xərci artıb, qazancı azalan sahibkar və taleyilə barışmağa məcbur olan qara günlü sıravi alıcıdır./azpolitika.info/
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu