“Alik, onun izahatını yaxşı al, sənin “hörmətini” necə lazımdır edəcəyəm” - İTTİHAM

12:20 7.03.2019 495
“Alik, onun izahatını yaxşı al, sənin “hörmətini” necə lazımdır edəcəyəm” - İTTİHAM

Onların amalı yaxşı tədris vermək, bilikli nəsil yetişdirmək yox, əyri yollara baş vurmaqla öz gələcəyini qurmaq, sonra nəvələrinə ziyalı, alim, elm adamı olması, təhsil üçün fədakarlıq göstərməsi haqda nağıllar, miflər, illuziyalar danışmaqdır. Belələrindən biri günlərdir elektron medianın gündəmindən düşməyən Tovuzun Əyyublu kənd 1 saylı orta məktəb direktoru Cəmşid Sadıqovdur.

Daxil olan xəbərə görə, 2000 manat rüşvət almaq, işçilərindən hər ay 20 manat idarə haqqı yığmaq, övladını, kürəkənini, gəlinini məktəbə yazdırıb dövlətdən maaş qoparmaq, texniki işçisi Aygün Əliyevanı etdiyi şikayətə görə prokurorluq, məhkəmə ilə təhdid etməklə gündəmə gəlmiş C.Sadıqovun xarakteristikası məhz yuxarıdakı fikirlərlə səciyyələnir.

Supermen yoxsa Validə Hüseynovanın adamı?

Onun barəsində ilk dəfə yazılmır. Dəfələrlə ayrı-ayrı mətbu səhifələrdə Əyyublu kənd 1 saylı orta məktəb direktoru Cəmşid Sadıqov barəsində faktlar, şikayətlər işıqlandırılıb.

Qəribədir ki, həmin məlumatlar Tovuz Rayon Təhsil Şöbəsi müdiri Validə Hüseynova tərəfindən araşdırılmayıb. Bu, nəyin işarəsidir əcəba? Doğurdanmı, məktəb direktoru “odda yanmaz, suda batmaz” gücə malik supermen şəxsdir, ABŞ prezidenti Tramp arxasında dayanıb yoxsa sadəcə Tovuzun təhsil şöbəsi müdiri Validə Hüseynovanın maraqlarını təmin etdiyi üçün ona dəyib-toxunmayıb?

Axı necə ola bilər ki, media bu qədər faktlar ortaya qoysun, müraciət edlisin, nə Təhsil Nazirliyi, nə yerli təhsil şöbəsi araşdırsın. Bəs Tovuz təhsil şöbəsinin tabe olduğu Ağstafa Regional Təhsil İdarəsi və rəisi Emin əfəndi hara baxıb?

Çünki C.Sadıqovun əməlləri haqda təqdim olunan dosye V.Hüseynova və regional idarə rəisini hərəkətə keçirməliydi. Belə görünür ki, artıq məsələyə Tovuz rayon icra hakimiyyəti müdaxilə etmək məcburiyyətindədir.

Hərçənd ki, bir məktəb direktorunun qanunsuz hərəkətlərini təftiş etmək Tovuz RİH-nin borcu və vəzifəsi deyil. Amma madam ki, müvafiq orqanlar deyilənləri araşdırmır, gərək yerli icra orqanı işə qarışsın.

2000 manat “şapka” və Cəmşid Sadıqovun güzəranı…

Söhbət ondan gedir ki, təhsil ocağının müdiri məktəbin Əliyeva Aygün Məhərrəm qızından 2000 manat “şapka” alaraq onu texniki işçi götürüb. Bunun müqabilində ayda 110 manat maaş söz verib.

Di gəl ki, A.Əliyevanın maaşı hesablandığı şəkildə verilməyib. Bir il sonra maaş kəsilib, bu azmış kimi, hər ay işçilərdən, eləcə də A.Əliyevanın əmək haqqından 20 manat idarə pulu silməyə başlayıb.

Məlumatlara görə, bu özbaşınalıq təkcə Əyyublu məktəbində hökm sürmür, Tovuzun əksər orta məktəb direktorları hər ay işçilərin maaşından 20 manat kəsirlər. Maraqlıdır, təhsil şöbəsi müdiri V.Hüseynovanın məsələdən xəbəri varmı yoxsa direktorların özfəaliyyət dərnəyidir?

Uzun sözün qısası, A.Əliyeva gözünü maaşına dikib, evinə çörək aparır, balalarına baxır, amma C.Sadıqov hər ay 20 manat kəsməklə bərabər, getdikcə maaşını azaldır. İzahatsız, şərhsiz, əsassız…

Direktor saymazyana şəkildə davranır, A.Əliyevaya 110 manatın 80 manat niyə olduğunu demir. Az sonra bu məbləğ 60 manat, sonra 35 manat olur.

Canı boğazına yığılan A.Əliyeva ayda 35 manat maaş almağın absurdluğunu şiakyət etmək üçün Tovuz təhsil şöbəsinə gedir. Bundan xəbər tutan məktəb direktoru C.Sadıqov acığa düşərək 5 manat da kəsib, cəmi 30 manat maaş yazır.

Bu maaşla nə təhsil naziri Ceyhun Bayramov, nə təhsil şöbəsi müdiri Validə Hüseynova, nə məktəb direktoru Cəmşid Sadıqov yaşaya bilər.

Bütün bunlardan sonra texnik işçi vəzifəsinə getməyinə peşman edilmiş Aygün Əliyeva mediaya üz tutur, nazirdən, dövlətdən, prezidentdən kömək istəyir. Ancaq direktor onun mətbuata çıxmasından sonra işçini təhdid etməyə başlayır.

“Alik, izahatını yaxşı al, “hörmətini” edəcəm”

Bu barədə Az24saat.org-a məlumat verən Aygün Əliyeva deyir ki, prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova və təhsil naziri Ceyhun Bayramova müraciət edib.

A.Əliyeva müraciətində qeyd edib ki, Tovuz təhsil şöbəsindən Alik müəllim nümayəndə olaraq gəlib, ondan izahat yazmasını istəyib.

Alik müəllim Aygünlə təkbətək söhbəti zamanı Cəmşid Sadıqov deyib ki, “Alik, onun izahatını yaxşı al, sənin “hörmətini” necə lazımdır edəcəyəm”.

Aygün isə izahat yazmaqdan imtina edib. Təhsil şöbəsinin nümayəndəsi gedər-getməz məktəb direktoru A.Əliyevanı, onun şikayət etdiyi medianı prokurorluqla, məhkəmə ilə təhdid edib.

“Cəmşid Sadıqov 2015-ci ildə məni işə qəbul edib və buna görə 2000 manat alıb. O vaxt söz vermişdi ki, hər ay 110 manat maaş alacaqsan. Mən də gözümü o maaşa dikmişdim ki, dolanışığa xərcləyim. Çünki həmin 2000 manatı bankdan kredit götürüb vermişdim.

Ancaq sonra pulu əsassız yerə kəsməyə başladı. Heç bir səbəb, izah göstərə bilmədi. Sonrakı ay 80 manat maaş verdi. Bu məbləğ getdikcə azaldı və axırda 30 manat ayda maaşverdi. Mən 2000 manat vermişəm ki, hər gün işə ayda 30 manat maaş üçün gəlim?

Mən bu barədə mətbuata şikayət elədikdən sonra Cəmşid Sadıqov pulumu qaytarmaq, maaşımı bərpa eləmək əvəzinə, məni təhdid etdi. Dedi ki, səni korrupsiyaya qarşı mübarizə idarəsinə verəcəyəm. Oğru elə bağırır ki…

Mənsə bildirdim ki, özüm səni prokurorluğa şikayət edəcəm, qoy əməllərini araşdırsınlar, 2000 manat aldığını yoxlasınlar. Qayıtdı ki, mənə heç kəs bata bilməz, pulumu verib o işi də bağladaram.

Görün nə qədər özünə güvənir ki, fikirləşir pul verməklə prokurorluqda işi ört-basdır edə bilər. Mən Baş Prokurorluqdan xahiş edirəm məsələni araşdırsınlar, kimin haqlı olub-olmadığı aydınlaşsın”.

Ailə üzvləri məktəbdə peyda oldu

Müraciətində A.Əliyeva məlumat verib ki, direktor mətbuatda şikayət məktubu dərc olunandan sonra əl-ayağa düşüb:

“Öz ailə üzvlərini işə çıxarmışdı ki, birdən yoxlama gələr. Cəmşid Sadıqov oğlunu məktəbə gözətçi kimi rəsmiləşdirib, adına maaş yazdırır, oğlu isə evdə yatır, məktəbdə əlavə qarovulçu işləyir.

Gəlinini texniki işçi qoyub, ona da ayda 120 manat maaş yazdırır. Kürəkəni də eyni formada adı məktəbdə gedir, pul alır. Elə bil orta məktəb yox, ailə podratıdır.

Mən bu faktları açıqladım, direktor qorxusundan onları işə çıxardı ki, araşdırılsa, işdə olduqlarını sübut etsin.

Əslində, bütün bu işlərin arxasında Tovuz təhsil şöbəsi müdiri dayanır. Çünki Cəmşid Sadıqova qahmar çıxmasaydılar, belə özbaşınalıqlardan da çıxmazdı”.

A.Əliyeva direktorun hədələri ilə bağlı məhkəməyə qədər mübarizə aparacağını söyləyib:

“Məndən aldığı pulu qaytarmalıdır. Bilir ki, ondan şikayət eləmişəm, məni təhdid etməklə qorxudacağını fikirləşir.

Təhsil Nazirliyi, Tovuz Rayon İcra Hakimiyyəti bu işi araşdırmalı, komissiya təşkil etməlidir, məktəbdə tədrisin səviyyəsindən tutmuş nizam-intizama qədər təftiş olunmalıdır. Bu zaman Sadıqovun Əyyublu məktəbində hansı qanun pozuntularına yol verdiyi aşkara çıxacaq”.

Müraciətində dövlət başçısından, M.Əliyevadan, baş prokurordan və təhsil nazirindən kömək istəyən texniki işçi başına gələnlərə görə məktəb direktorunun məsuliyyət daşıdığını bildirib:

“Məni o həddə çatdırdı ki, məsələni ictimailəşdirim. Nəyə görə maaşım kəsilməlidir? İndiki dövrdə kim 30 manatla yaşayar? Əvvəl 35 manat eləmişdi, Tovuz təhsil şöbəsinə şikayət elədiyimə görə acığa düşüb 5 manat da azaltdı. Bu haqsızlığı Allah götürməz.

Prezident maaşları, pensiyaları artırır, uşaq pulu artdı, fərmanlar verdi, kredit problemini həll etdi, camaata köməklik göstərdi.

Ancaq Cəmşid Sadıqov mənim maaşımı kəsir, 110 manatımı da vermir. Mən bütün dövlət orqanlarından xahiş edirəm ki, işə baxılsın, borc-xərclə düzəldib verdiyim 2000 manatın qaytarılması təmin olunsun.(conflict.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY