Keçmiş dekandan Mehriban Əliyevaya müraciət - ADMİU-da nə baş verir?

16:04 6.03.2019 648
Keçmiş dekandan Mehriban Əliyevaya müraciət - ADMİU-da nə baş verir?

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris işləri üzrə prorektoru Validə Məmmədova ilə müəllimlər arasında insident yaranıb.

Yenicag.az-a bu barədə Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehriban Novruzova məlumat verib.

Mehriban Novruzova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladığı məktubunda yaranmış vəziyyətlə bağlı bunları deyib:

“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris işləri üzrə prorektoru Validə Məmmədova hal-hazırda vəziyyətdən istifadə edərək, yeni təyin edilmiş rektorun xəbəri olmadan, “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi Bayram Hacızadənin dərs yükünü qeyri-rəsmi şəkildə kafedranın digər gənc müəllimləri arasında bölərək, onun dərslərdə iştirak etməməsini təmin edir. Həmin gənc müəllimləri istismar etməklə, onlara Bayram Hacızadədən aldığı pul məbləğini aylıq əmək haqqı kimi ödəməyi vəd edib, lakin bu vədinə əməl etməyib.

Kafedra müdiri olduğum halda əvvəldən Bayram Hacızadənin “ölü can” kimi qeydə alınmasına etiraz etdikdə, Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova və prorektor Validə Məmmədova tərəfindən dəfələrlə təzyiqlərə məruz qalmışam və bu səbəbdən bizim aramızda bir neçə dəfə münaqişə yaranıb. Təzyiqlərə tab gətirməyərək mən öz xahişim ilə 24.01.2019-cu il tarixində kafedra müdiri vəzifəsindən azad olunmağım barədə ərizə yazmışam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş verən bu ədalətsizliyə son qoymaq üçün cəza tədbiri görməyinizi xahiş edirəm. Müxtəlif orqanlara müraciət etdiyim məktubu bu mətnə əlavə edirəm və onu açıq məktub kimi nəşr etməyinizi xahiş edirəm”.

Mehriban Novruzova qeyd edib ki, Validə Məmmədova ilə aralarındakı problem hələ Rəssamlıq Akademiyasında dekan vəzifəsində çalışdığı zaman başlayıb:

“2010-cu ildə Rəssamlıq Akademiyasında dekan vəzifəsinə təyin olundum. Burada prorektor vəzifəsində çalışan Validə Məmmədovanın haqsızlıqların qurbanı təkcə mən olmamışam. Dəfələrlə şahidi olmuşam ki, Validə Məmmədova digər dekanlarla da kobud davranır. Artıq vəziyyət o həddə çatdı ki, tab gətirə bilmədim və öz ərizəmlə işdən çıxdım. Validə Məmmədova elə bir vəziyyət yaratmışdı ki, akademik Ömər Eldarov ondan işdən çıxması barədə ərizə yazmasını tələb etdi. Bundan bir qədər sonra isə Validə Məmmədova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tədris işləri üzrə prorektor vəzifəsinə təyin edildi. 2014-cü ilə qədər Rəssamlıq Akademiysında işləmişəm, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləməyə başladım. Burada da Validə Məmmədovanın təzyiqi ilə rastlaşdım. Necə ki zamanında Validə Məmmədovaya görə dekanlıqdan imtina etdim, indi də kafedra müdürlüyündən öz ərizəmlə imtina etdim”.

Mehriban Novruzova bildirib ki, bunları deməkdə və dövlət rəhbərliyinə müraciət etməkdə məqsədi işinə bərpa olunmaq deyil, Validə Məmmədovaya qarşı tədbir görülməsidir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi