Ağdam sakinləri bu məmurdan şikayətçi düşüblər... - GİLEY

12:35 5.03.2019 461
Ağdam sakinləri bu məmurdan şikayətçi düşüblər... - GİLEY

Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nəzdində 23 melioservis idarəsi fəaliyyət göstərir.. Melioservis idarələri müqavilə əsasında Səhmdar Cəmiyyətinin təşkilatlarına, fermerlərə, digər torpaq sahibkarlarına melioservis xidməti göstərir, müxtəlif növlü torpaq işləri görür, çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirlərini və digər təmir işlərini həyata keçirirlər. Təbii ki, bu funksiyaların icrası rayonlarımızda kənd təsərrüfatının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Lakin təssüflər olsun ki, bu idarələrə rəhbərlik edən şəxslərin heç də hamısı qarşıda duran vəzifələrin əhəmiyyətini düzgün qiymətləndirmirlər. Bu xüsusda Azerinfo.tv-yə daxil olan məlumatlarda Ağdam rayon Melioservis idarəsinin fəaliyyətində yer almış ciddi nöqsanlardan bəhs olunur Ağdamın iqlim şəraiti daha çox yağmurlu olduğundan, burada çaylarda tez-tez sellər əmələ gəlir. Deyilənlər nəzərə alınaraq dağ çaylarının, sel-sularının zərərli təsirinin qarşısını almaq və ərazidə yerləşən təsərrüfatların və əhalinin təhlükəsizliyini təmin etmək üçün mühafizə tədbirlərinin həyata keçirməsi də rayonun suvarma idarəsi ilə yanaşı həm də Melioservis İdarəsinin vəzifələrinə aiddir.

Əhalinin şəxsi təsərrüfatlarını, əkinaltı torpaqları sel və daşqın sularından qorumaq üçün daşqın təhlükəsi olan ərazilərin müəyyən edilərək qabaqlayıcı tədbirlər görülməsi mühüm əhəmiyyətə malikdir. Lakin qeyd etməliyik ki, aldığımız məlumatlarda Ağdam Melioservis İdarəsinin rəisi İslam Sarıyevin səhlənkarlığı və öz işində yol verdiyi bir çox qanun pozuntuları səbəbindən bütün bu işlərin icrasında kifayət qədər ciddi nöqsanların müşahidə olunduğu bildirilir. İlk növbədə məlumatlarda qeyd olunur ki, idarədə maddi-texniki bazanın möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir.
Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur.Idarədə mövcud olan texnıkı avadanlıqlar,traktorlar və s.kımlərəsə ıcarəyə verılıb . Həmçinin məlumatlarda qeyd olunur ki, Melioservis idarəsinin qeyri-qənaətbəxş işi əraziyə xidmət göstərən suvarma idarəsinin və digər struktur bölmələrinin də fəaliyyətinə mənfi təsir göstərir. Bununla belə mənbələr iddia edirlər ki, Islam Sariyevin yuxarı dairələrdə nüfuzlu himayədarlarının olması, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi tərəfindən bu idarə rəisinə qarşı hər hansı tədbir görülməsi imkanlarını da xeyli məhdudlaşdırır. Yaranmış vəziyyət isə ilk növbədə Ağdamda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin və fərdi təsərrüfat sahiblərinin maraqları ilə ziddiyyət təşkil edir. Onların fikrincə, əgər vəziyyətə müvafiq dövlət qurumları tərəfindən təcili müdaxilə olunmazsa, yaxın vaxtlarda rayonun iqtisadi göstəricilərində nəzərəçarpacaq geriləmələr müşahidə oluna bilər.
İslam Sarıyevin dövlət büdcəsini necə dağıtması və şəxsi biznes imperiyası haqda araşdırmamızı gözləyin.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar