Adil Vəliyev rayonu başlı-başına buraxıb... - GİLEY

12:18 5.03.2019 529
Adil Vəliyev rayonu başlı-başına buraxıb... - GİLEY

Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin ətraf ərazilərində yaşayan sakinlər yağış, kanalizasiya sularının yaratdığı gölməçələrin əhatəsində qalıb.

Bu barədə “Yeni Müsavat”a məlumat verən sakinlərin sözlərinə görə, yağış yağandan sonra vəziyyətləri daha da acınacaqlıdır:

“Uşaqlarımız məktəbə, özümüz işə gedib-gələ bilmirik. Küçələr suyun içərisində idi. Yağış yağandan sonra həyətlərimizi də su basıb. Yerə mişar daşı qoyub, onun üzərində hərəkət edirik. Hava qızandan sonra isə ərazidə həşəratların əlindən tərpənmək olmur. Yay aylarında buradan üfunət qoxusu gəlir. Səbəb də odur ki, ərazidə kanalizasiya sistemi mövcud deyil. Məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsək də, nəticə yoxdur. Evlərimizin altı su olduğu üçün divarlarda problemlər yaranıb. Evin içərisi nəmişlikdir, bünövrəsi isə ovulub gedir. Xahiş edirik ki, bizə yardım edilsin”.

Yada salaq ki, ötən həftə ərazidə yaşayan sakinlər küçəyə çıxaraq, aksiya keçirmişdilər. Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, sakinlərin problemləri dinlənilib, müvafiq tədbirlər görüləcək.
Adil Vəliyev rayonu başlı-başına buraxıb... - GİLEY

Mütəxəssislər isə bildirirlər ki, Ramana ərazisində yaranan vəziyyətin qarşısını qısa müddət ərzində almaq mümkün deyil. Bunun üçün ciddi işlər görülməlidir.

Ekspert Əzim Məsimov “Yeni Müsavat”a mövzu ilə bağlı aşağıdakıları bildirdi:

“Ərazidə mən də olmuşam və çox acınacaqlı vəziyyətin hökm sürdüyünü öz gözlərimlə görmüşəm. Əvvəllər həmin ərazilər əkin sahələri idi. İndi isə bu yerlərin hamısı su altında qalıb. Maştağa yolunun sağı da, solu da suyun içərisindədir. Orada sakinlərdən biri ilə söhbətim zamanı o mənə bildirdi ki, vaxtilə həyətimizdə quyu qazırdıq, 127-ci metrdə suya çıxdıq. Sakin bildirdi ki, hazırda su quyunun üç metrinə qədər qalxıb. Bütün bunun səbəbi ərazidə kanalizasiya sisteminin olmamasıdır. Mircəfər Bağırovun dövründə icazə verilməyib ki, həmin əraziyə su çəkilsin. Deyiblər ki, kanalizasiya sistemi çəkilməyən əraziyə su vermək olmaz. İndi də bütün Abşerona su xətti çəkiblər, ancaq kanalizasiya sistemi mövcud deyil. Eyni hal Ramanada da müşahidə olunur.

Bu, ən böyük fəlakətdir. Min hektarlıq sahə su altında qalıb. İndi də Abşeron kanalında rekonstruksiya işləri görülür, betonlar qoyulur. Oradan da su gətiriləcək. Belə olarsa, vəziyyət daha da gərginləşəcək. Məsələ olduqca aktualdır və çox faciəvi bir haldır. Ərazinin sahibi yerli orqanlardır. Bir zamanlar ərazilərin hamısı Bakı Şəhər İcra Hakimiyyətinə tabe idi. Sonradan hamısı müstəqil rayon oldu və haranı gəldi, satmağa başladılar. Kim necə istəyirsə, elə də ev tikib, su çəkdirir. Əraziyə su dolduğu üçün bu cür vəziyyət yaranıb. Hesab edirəm ki, yaxın zamanlarda bu problemin həlli mümkün deyil. Mənə verilən məlumata görə, Bakıda kanalizasiya sisteminin qurulması üçün 16 milyard avro pul lazımdır. Bunu da indi başlasalar, 20 ilə çəkib qurtararlar. Çünki kanalizasiya sistemini qurmaq asan məsələ deyil. Bakıya sutkada 1 milyon yarım kubmetrdən çox su gəlir. Onun isə 3-də biri təmizlənmə stansiyasına gedir. Qalanı Abşerona axır. Ona görə də Abşeronda ildən-ilə suyun səviyyəsi qalxır. Suyun səviyyəsi qalxdıqca da camaatın həyətini su basır. Bir qədər də yağış yağanda vəziyyət daha da acınacaqlı olur”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK