Impera
XƏBƏR LENTİ
21:04Azərbaycanda akademik vəfat etdi17:32Türk PA: Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i şiddətlə qınayırıq17:24Bakıda əməliyyat keçirildi, saxlanılanlar var17:20ATV də Prezidentin çağırışına qoşuldu – 50 min ianə17:19Hökumət iqtisadiyyatı pandemiyadan sığortalayacaq17:15"Rahat" market fədakar peşə sahiblərinə təşəkkür edib - VİDEO16:22BMT Azərbaycanın 2.5 milyard manatlıq dəstək paketini alqışladı11:53Tramp prezident seçkilərinin vaxtını təsdiqlədi11:52Koronavirusun təcili müalicəsinin vacibliyi təsdiqləndi11:51Bakıda dülgər sexi yandı11:49Rusiya Yaponiya ilə birlikdə hazırladığı koronavirus test sistemini ABŞ-a təhvil verib11:47Xaçmazda ağır qəza: Ölü və yaralı var13:38Yüksək rütbəli şəxslər karantin qaydalarına əməl olunmasını yoxladı13:18Koronavirusla bağlı STATİSTİKA13:17Koronavirus peyvəndində böyük addım - Siçanlarda uğurlu oldu13:16Rusiyada qadın bir yaşlı uşağını doğum günündə döyərək öldürdü13:15Müdafiə Nazirliyindən dünən gecə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT13:14Rusiyada yatmış insanı diri-diri yandırdılar13:12Koronavirus bu şəxslər üçün daha təhlükəlidir - Hər üç nəfərdən biri...13:05Karantinə görə boşalan Roma küçələrinə vəhşi heyvanlar gəlməyə başladı18:10Koronavirusa yoluxan məşhur futbolçu: "Nəfəs ala bilmirdim"18:09Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub18:07Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlandı18:06Kəlbəcərin işğalından 27 il ötür18:00Göygöldə ev yandı: Xəsarət alan var17:57Neftin qiyməti dəyişdi17:56Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb17:54Azərbaycanda koronavirus geniş yayılsa, vəziyyət nəzarətdən çıxacaq - VİDEO17:51İsrailin səhiyyə naziri koronavirusa yoluxdu17:20Tramp: İran ABŞ-ın İraqdakı obyektlərinə hücum hazırlayır22:16İcra başçısı qaydalara riayət etməyən sakinlərə növbəti dəfə xəbərdarlıq etdi19:34Azərbaycanda bir ildə havaya buraxılan zərərli maddələrin çəkisi açıqlandı19:32Azərbaycanda elektrik enerjisi ilə bağlı əhaliyə ŞAD XƏBƏR - RƏSMİ19:30Belarusda məhsul və xidmətlərin bahalaşdırılması qadağan edilib19:29Dövlət əhaliyə hansı dəstəyi göstərəcək – Siyahı açıqlandı19:26Koronavirus Afrikada da sürətlə yayılır19:20Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT19:17“Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir” - Mehriban Əliyevadan xalqa çağırış12:33Erməni QHT rəhbəri: "Ölkədə koronavirusla bağlı yalan xəbərlər yayılır"12:31Qubada xüsusi karantin rejiminin tələblərinə əməl olunur - FOTO12:30“DTX-nın bizim rayona gəlməsi mümkündür” – Biləsuvarın deputatı19:27Bu tarixə qədər maaşlardan icbari tibbi sığorta haqqı tutulmayacaq19:25Nazirlər Kabineti yanında Operativ Qərargah yeni AÇIQLAMA yaydı19:24Koronavirusa görə ərazilərin dezinfeksiyasında drondan istifadə olunacaq14:39Əvvəllər insanlar heyvanları gəzintiyə çıxarırdı, indi isə...14:37Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı14:36Azərbaycanın şimal bölgəsinə qar yağıb14:33İlham Əliyev soyqırımı qurbanlarını andı - FOTO12:31Gürcüstanda koronavirusa yoluxanların sayı 103 nəfərə çatdı12:30Karantin qaydaları qüvvəyə mindi: Bakı küçələri bomboş qaldı - VİDEO12:25Koronavirusla bağlı təhlükəli iddia təkzib edildi12:23Milli Məclis sədri kreslonu dəyişdirdi - Nümunəvi addım12:17Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib11:00Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 102 il ötür20:31Lənkəran Dövlət Dram Teatrının kollektivi KMDF-na vəsait köçürüb20:27Milli Məclisin deputatı İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı20:25AMEA əməkdaşları əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilir20:23Güclü kameralar vasitəsilə virusun insandan yayılma anının görüntüləri qeyd edilib - VİDEO20:19Kişi evdən gedən qardaşı arvadını öldürüb16:58Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı16:57“Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb16:51Bir qrup həkim prezidentə müraciət etdi - Maaşları 50% azaldılıb16:40İqtisadçı: “May-iyun aylarında nefin qiymətləri 40 dolları ötəcək və biz bu prosesdən ən az ziyanla çıxacağıq”16:34Bakıda böyük cərimələr başladı: 500-dən çox insan16:32Azərbaycanlı aparıcı koronavirusa yoluxduğunu yazıb halallıq istədi - Foto12:47Göygöl sakini kirayə qaldığı evdə bıçaqlanıb12:41Polis 65 yaşdan yuxarı olanları evə göndərdi12:38Karantin rejimini pozan gənclərin ailələrinə xəbərdarlıq edilib12:37Bu gün Milli Məclisin iclası keçiriləcək: Nələrdən danışacaqlar?22:13Fransada təhsil alan azərbaycanlı tələbə: “Bayıra çıxanda icazə kağızı almalıyıq”19:21“Asan İmza” sertifikatlarının etibarlılıq müddəti uzadılıb19:18Vergilərin ödənilməsi müddəti uzadıldı19:16“Azəriqaz”dan gözəl addım - Koronovirusa görə19:14BŞBPİ rəsmisi sürücülərə müraciət etdi19:10Koronavirusun ən çox yayıldığı ölkələrin SİYAHISI11:55Bir nəfərə görə 40 min insan karantinə götürüldü11:54Türkiyə milli komandasının sabiq qapıçısı koronavirusa yoluxub11:52TƏBİB-dən koronavirusla bağlı əhaliyə müraciət: Əgər pozitiv çıxsa...11:49Cəbhədə son vəziyyət14:05Bu ölkə koronavirusla mübarizədən imtina etdi14:03Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər14:01Koronavirusla bağlı son rəqəmlər11:50Keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO11:48Ölənlərin sayı artsa da, hökumət koronavirusla mübarizədən imtina edib22:29Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı uzadılıb22:21Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb22:18DİN-dən sosial şəbəkədə yayılan məktubla bağlı açıqlama - Foto22:12Bulvar və parklara girişə QADAĞA15:50Azərbaycanda YPX əməkdaşı sürücünü döyüb? - VİDEO15:44Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır11:40Digər rayonlara da giriş-çıxış bağlandı - VİDEO11:31ABŞ koronavirusa yoluxma sayına görə Çin və İtaliyanı keçib birinci oldu11:29“Google” və “YouTube”un işində nasazlıqlar yaranıb11:24Kommunal ödənişlərlə bağlı güzəşt olacaqmı? - VİDEO12:24Merkelin ikinci koronavirus testi də mənfi nəticə verib12:23ŞAD XƏBƏR - Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər - RƏSMİ15:13Gürcüstanda koronavirusa yoluxanların sayı 66-ya çatdı15:11Baş nazirin bahalı kreditlərlə bağlı qoyduğu vaxt başa çatır12:50Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanacaq12:45Azərbaycanda 18 yaşına qədər olan 3 nəfər koronavirusa yoluxub
BÜTÜN XƏBƏRLƏR

Tovuz təhsili ilə bağlı ilginc iddialar... - Belə deyirlər...

04 Mrt 2019, 11:43   
Tovuz təhsili ilə bağlı ilginc iddialar... - Belə deyirlər...

Prezident şəhid atasına su verəndə, Şamaxıda Saray ananın əlini öpəndə, Beyləqanda xalqla “Azərbaycan” mahnısını oxuyanda, illərlə borc içində boğulan vətəndaşların kreditlərini bağışlayanda çox ucqar olmayan Tovuzun Əyyublu kəndində bir məktəb direktoru bütün bunların ziddinə addım ataraq, iki azyaşlı övladı olan, çətinliklə onları böyüdən anaya işlədiyi təhsil ocağında 110 manatı da çox gördü.
Reportyor.info-nun əldə etdiyi məlumata görə, söhbət Tovuzun Əyyublu kəndində 1 saylı kənd orta məktəbdə işləyən Əliyeva Aygün Məhərrəm qızının başına məktəb direktoru Cəmşid Sadıqov tərəfindən açılan oyunlardan gedir.
C.Sadıqov 2015-ci ildə onu işə qəbul edib. O, heç də A.Əliyevanı havayı işlə təmin etməyib. Bunun müqabilində 2000 manatını alıb. Dəhşətdir!
Ancaq alverçi məktəb direktoru texniki işçi kimi götürdüyü A.Əliyevanın çörəyinə göz dikməyə başlayıb. Bunu bəlkə erməni eləməzdi ki, amma məktəb direktoru edib.
C.Sadıqov ona cəmi bir ay 110 manat maaş verib, sonra pulunu kəsməyə, getdikcə azaltmağa başlayıb. Haqsızlıqdır, qanunsuzluqdur, özbaşınalıqdır!
İki balasını güclə dolandıran bir anadan 2000 manat “haqq” al, sonra maaşını kəsməyə başla, o pulla öz evinə çörək apar, nə kişiliyə, nə direktora yaraşar. Ayıbdır.
Hali-qəziyə belə olub. A.Əliyeva martda işə götürülüb, bircə ay 110 manat maaş alıb. Sonrakı ay ona 80 manat maaş verilib.
“Mənə bütöv “oklat” söz vermişdi. Haqqımı tələb edəndə dedi ki, rayondan yoxlama gəldi, sonra düzələcək. Amma bir il ərzində hər ay 80 manatdan bir qəpik də artıq almadım”, – deyə Aygün Əliyeva Cümşüd Sadıqov barəsində belə deyir. Ancaq sən saydığını say, gör məktəb direktoru nə sayır.
Texniki işçiyə düşmən millətin nümayəndə kimi qəddar davranan C.Sadıqov bu dəfə A.Əliyevanın əmək haqqını 60 manata endirir. Səbəbsiz, şərhsiz, əsassız!
Bu absurd da azmış kimi, direktor son aylarda ona cəmi 35 manat verməyə başlayıb. Yəni korrupsiya, yeyinti, mənimsəmə, məzlumun, zavallının çörəyini əlində almaq!!! Bunun başqa adı varsa, C.Sadıqov izah eləsin.
Çox çəkmir ki, Aygün Əliyeva onun bu qanunsuz hərəkətlərindən cana doyaraq Tovuz Rayon Təhsil Şöbəsinə müraciət edir.
Ümid edir ki, yuxarı instansiya ədalətli davranar, şikayətə baxar, direktorun qulağını çəkər, iki uşaq anasının almalı olduğu 110 manat maaşın bərpasına göstəriş verər. Ay-hay, ölmüşdü Xankişi!
Sən demə, Tovuz RTŞ rəhbərliyi Əyyublu kəndinin 1 saylı kənd orta məktəb direktoru C.Sadıqovdan da qansız, imansız imiş. Aygün Əliyevanı naümid, çarəsiz geri qaytarırlar.
Yəni, prezidentin, Mehriban xanımın insanlara etdyi yaxşılıqlardan bir qram nümunə götürməyiblər, fikirləşməyiblər ki, iki övladı olan bu qadın necə dolanacaq? Nə danışırsan, əsas direktorun qazancı, rahatlığıdır…
“Təhsil Şöbəsinə şikayət etdiyim üçün Cümşüd Sadıqov acığa düşüb 35 manatımı kəsib, 30 manat elədi.
Onu da deyim ki, istərsə 80 manat, istərsə 35 manat alanda, hər ay 20 manatını “haqq” olaraq məndən alırdı. Bu haqsızlığı, vicdansızlığı Allah götürməz.
İndi sual edirəm – 30 manatın 20 manatını direktora versəm, mənə 10 manat qalır, bəs iki övladımı necə oxudum? Mən qulam, nökərəm yoxsa vətəndaşam?
Görəsən Tovuz təhsil şöbəsi və Təhsil Nazirliyi hara baxır? Cümşüd Sadıqovla bacarmırlar? Təhsil şöbəsinin müdir Validə xanım mənə deyir ki, maaş məsələsi indi mümkün deyil, bəlkə sentyabrda düzələr.
Tovuz rayon icra başçısının qəbulunda oluram, deyirlər get, 35 manata qane ol. Bütün bu şikayətlərə görə indi 35 manatım 30 manat olub.

Özləri bu məbləğə qane olarmı? Onu bilirəm ki, bu haqsızlıq axıra kimi getməz. Göydə Allah, yerdə prezident haqqı nahaqqa verməyəcək.

Çünki mənim iki balamın boğazından kəsib, onları yarıtox, yarıac qoyub öz uşaqlarını fikirləşən direktor cəzasını almalıdır. Mən prezidentin bu haqsızlıqdan agah olub tapşırıq verəcəyinə inanıram.

Dövlət başçısı mətbuatı izləyir, şikayətlərə baxır, köməkçiləri məlumat verirlər. Ona görə xahiş edirəm ki, işimə baxılsın”,-deyə A.Əliyeva bildirir.

A.Əliyevanın sözlərinə görə, onu məktəbə texniki işçi kimi götürüb hər gün həyəti və sinif otağı süpürdürlər: “Direktorun arvadı özünü qoçu kimi aparır, üstümüzə cumur, təhqir edir, məni alçaldır.

Bu dəqiqə məktəbdə ailə biznesi qurublar. Cəmşid Sadıqov oğlunu məktəbə gözətçi kimi rəsmiləşdirib, adına maaş yazdırır, oğlu isə evdə yatır, məktəbdə əlavə qarovulçu işləyir.

Üstəlik, gəlinini texniki işçi qoyub, ona da ayda 120 manat maaş yazdırır. Kürəkəni də eyni formada adı məktəbdə gedir, pul alır. Elə bil orta məktəb yox, ailə podratıdır”.

A.Əliyevaya: Tovuz təhsil şöbəsindən bildiriblər ki, bütün bunları Ağstafa Regional Təhsil İdarəsinin rəisi Emin müəllim edir. Əgər nazirlik təftiş aparsa, Tovuz təhsil şöbəsinn hansı işlərlə məşğul olduğu üzə çıxacaq. İndi gözlər nazirlikdə və prezidentdədir – bir ananın harayını eşidəcəkləri ümidi ilə…

Reportyor.info
OXŞAR MÖVZULAR