Azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadə ETTELAAT tərəfindən saxlanılıb.
Hazırda hərbi xidmətdə olan fəalın təhlükəsizlik qüvvələri tərəfindən əl-ayaqları qandallı şəkildə Ərdəbilin ETTELAAT İdarəsinə aparıldığı bildirilir.
Fəalın hansı səbəbdən saxlanıldığı barədə məlumat yoxdur.
Qeyd edək ki, Əsgər Əkbərzadə Güney Azərbaycanın tanınmış fəallardan biridir, o dəfələrlə saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb. (Axar.az)
Zamantv.az