“Ağ Göl” Milli parkındakı qanunsuzluqlara NİYƏ GÖZ YUMULUR?

13:59 1.03.2019 620
“Ağ Göl” Milli parkındakı qanunsuzluqlara NİYƏ GÖZ YUMULUR?


Nazir Muxtar Babayevin işdən çıxarılma əmrini geri oxutduran direktor Loğman Mehdiyevə kimlər himayədarlıq edir?

Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin edildikdən sonra qurumda bir xeyli islahatlar aparılıb və aparılmaqda davam edir. Amma bu islahatların müsbət mənada özünü necə doğruldacağı haqda indidən heç nə demək mümkün deyil.

Nazirlikdə aparılan islahatlar nəticəsində bir çox idarə müəssisə birləşdirildi və bəzi yetkililərin səlahiyyəti artırıldı. Birləşdirilən müəssiəsələrin də, səlahiyyəti artırılanların da özlərini necə doğruldacağı sual altındadır, necə deyərlər, bunun da zamana ehtiyacı var.

Miq.Az-ın məlumatına görə, ölkə mətbuatında illərdir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regionlarda fəaliyyət göstərən Milli Parklarında və qoruqlarında çoxsaylı qanunsuzluqların baş alıb getməsi ilə bağlı məlumatlar dərc edilirdi. Ancaq sabiq nazir Hüseynqulu Bağırova bağlı məmurlar heç bir qanun tanımayaraq, vəzifələrindən sui-istifadə edərək təbiəti məhv edirdilər. Yeni nazir Muxtar Babayev apardığı islahatlar çərçivəsində Regional Ekologiya idarələrinə bir çox səlahiyyətlər verməsi təbiəti məhv edənlərin böyük bir hissəsinin qarşısını aldı deyə bilərik də, deməyə də bilərik. Son aylar qanunsuz quş və müxtəlif heyvanların ovu ilə məşğul olan yüzlərlə şəxsin cərimələnməsi, onlara qarşı hüququ müstəvidə işlər görülməsini deyə bilərik. Lakin ETSN naziri Muxtar Babayevin apardığı islahatlar və qurumda yaratmağa çalışdığı nizam – intizam bütün məmurlara şamildirmi? Əlbətdə yox.
“Ağ Göl” Milli parkındakı qanunsuzluqlara NİYƏ GÖZ YUMULUR?
Belə məmulardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ağ Göl” Milli Parkının direktoru Loğman Mehdiyevdir. “Ağ Göl” Milli Parkının direktorunun qanunsuz balıq və müxtəlif heyvanların ovlanmasına şərait yaratması ilə bağlı illərdi ölkə mətbuatı xəbər dərc edir. Amma sabiq nazir Hüseynqulu Bağırovun dövründə himayədarlarına arxalanan Loğman Mehdiyev işini rahat şəkildə davam etdirməkdə idi. Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin edildikdən sonra Loğman Mehdiyevin “Ağ Göl “Milli Parkının direktooru vəzifəsindən qovulacağı yaxud da qanunsuz işlərə son qoyacağı güman edilirdi. Miq.az-a daxil olan məlumatda bildirilir ki, Loğman Mehdiyev köhnə işlərini yenə də “Ağ Göl” Milli Parkında davam etdirir. Yeni nazirin təyinatından sonra bir müddət qanunsuz balıq və heyvan ovlarını dayandıran Loğman Mehdiyev yenidən “aktiv fəaliyyət”ə başlayıb. Miq.az-a verilən məlumatda qeyd edilir ki, Loğman Mehdiyevin qanunsuz balıq tutulmasına və heyvan ovlanmasına qısa “fasilə” verməsinin səbəblərindən biridə ETSN 9 saylı Regional Ekologiya İdarəsi olub. Belə ki, 9 saylı Regional Ekologiya İdarəsi müfəttişlərinin bir müddət “Ağ Göl “milli Parkında çoxlu sayda qanunsuz balıq tutan və ov edən şəxsləri yaxalayaraq cərimələr tətbiq etmələri Loğman Mehdiyevin “bazar”ının dayanmasına səbəb olub. Amma “Ağ Göl” Milli Parkının direktoru bu məsələyə çözüm taparaq “bazar”ını yenidən işə salıb.
“Ağ Göl” Milli parkındakı qanunsuzluqlara NİYƏ GÖZ YUMULUR?
Miq.az-a verilən məlumatda vurğulanır ki, Loğman Mehdiyev himayədarlarının vasitəsi ilə ETSN 9 saylı Regional Ekologiya İdarəsinin rəisi Mübariz Hacıyevlə anlaşaraq rahat şəkildə “Ağ Göl” Milli Parkında yenidən qanunsuz balıq ovunu bərpa edib. Hazırda Bərdə, Ağcabədi, Beyləqan və İmişli rayonlarında olan bbrokonyerlər yenə də parkda balıq ovlamaqla məşğuldurlar. Bu dəfə brokonyerlərin verdikləri aylıq hesabın məbləği xeyli qaldırılıb. Aylıq qiymətin 600-800 manat arası dəyişdiyini və parkın ərazisindən kənarda cavabdehin özləri olması şərti ilə. Brokonyerlərdən alınan aylığın qalxmasının səbəbi isə Loğman Mehdiyevin bu işdə artıq tək olmaması və onun qanunsuz balıq ovuna göz yuman idarə rəisi Mübariz Hacıyevlə şərikli işləməsi ilə əlaqədardı. Məlumatda qeyd edilir ki, hər gün “Ağ Göl” Milli Parkına ən azı 30-40 brokonyer daxil olur və yuxarıda adı çəkilən rayonların bazarlarına balıq çıxarılır.

Bildirək ki, ölkə mətbuatında bir müddət öncə nazir Muxtar Babayevin “Ağ Göl” Milli Parkının direktoru Loğman Mediyevi vəzifəsindən azad etməsi və sonada əmrini geri oxuması barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda vurğulanırdı ki, nazirin Loğman Mehdiyevin işdən azad etmə əmri cəmi bir neçə saat sürüb. Belə ki, həmin günün axşam saatlarında Muxtar Babayevin əmri müəmmalı şəkildə geri oxunub və Loğman Mehdiyev vəzifəsinin icrasını davam etdirib.

Bu baş verənlərdən belə nəticə çıxartmaq olar ki, vaxtı ilə ETSN-nin sabiq Aparat rəhbəri Rövşən Cəlilovun himayəsində fəaliyyət göstərən Loğman Mehdiyev bu dəfə özünə daha böyük bir himayəçi tapıb. Miq.az-a verilən məlumata görə “Ağ Göl” Milli Parkı direktorunun yeni himayəçisi Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin çox yaxın adamıdı. Həmin məmur hazırda ETSN-də nazirin adı ilə hərəkət edərək sabiq Aparat rəhbərinin yolu ilə gedir.(Miq.Az)

Mövzuya bir də qayıdacağıq.

Yazıda adları şəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO