Lerik təhsilində nələr baş verir... - İDDİA

11:37 26.02.2019 569
Lerik təhsilində nələr baş verir... - İDDİA

Təhsilin ölkənin inkişafı və dünyaya inteqrasiya etməsi baxımından nə qədər əhəmiyyətli olduğu hər kəsə yaxşı məlumdur. Əvvəlki təhsillə bağlı yazılarda da qeyd etdiyimiz kimi, dövlətin əsas strukturlarından biri olan təhsil ölkədə demək olar ki, heç də yaxşı durumda deyil. Əsasən də bölgələrdə təhsilin tədbiq olunması ürəkaçan nəticələr vermir. Gələcəyimizin uğurlu və parlaq olmasında ümid yerimiz olan uşaqlar keyfiyyətli təhsilə, elmə yiyələnmədikdə bu ümumilikdə ölkə siyasəti, onun inkişafı üçün ən böyük zərbədi. Bu təkcə ölkə üçün deyil, bir gəncin, bir fərdin inkişafdan qalması, həyatının məhv olmasının ilkin təməlləridir.

Yüksək elmi kəşflər keyfiyyətli təhsildən qaynaqlanır. Bir çox ölkələrdə təhsil birinci yerdə qərarlaşır. Bəs bizim ölkə üçün bu hansı sıraslarda çabalayır? Hər gün durmadan redaksiyamıza təhsillə bağlı şikayət xarakterli müraciətlər daxil olur. Bu o qədər çoxluq təşkil edir ki, artıq təəccüblənmirik. Əksinə təəssüf dolusu redaksiyanın saytında dərc edirik. Ötən buraxılışlarımızın birində Lerik rayonu Daster kənd orta məktəbində təhsilə zidd hadisələrin baş verməsi haqqında məlumat vermişdik.

Bu dəfə isə yenidən Lerik rayonunda yerləşən Daster kənd tam orta məktəbdən ciddi problemlərlə bağlı bir neçə şagirdin valideynlərindən redaksiyamıza şikayətlər daxil olmuşdur. Şikayətlərdə bildirilir ki, məktəbdə özbaşınalıq baş alıb gedir. Müəllimlər vaxtı-vaxtında dərsə gəlmir, dərsləri keçmir və sadəcə jurnal yazmaqla məşğuldurlar. Hətta daha acınacaqlısı isə odur ki, rus dili müəllimi başqa fənləri də şagirdlərə keçir.

Valideynlərdən birinin verdiyi məlumata əsasən məktəbdə cəmi 30 şagird var və hər sinifdə cəmi 3-4 şagird dərs alır. əgər alırlarsa...Bəlkə də şagirdlərin azlığı səbəbindən bütün bu özbaşınalıqlar yaşanır. Amma bu dərsi keçməməyə heç bir əsas vermir. 1 şagird olsa belə müəllim dərs keçməyə borcludur. Çünki ən azından dövlət tərəfindən ona maaş ayrılır. Belə bir maraqlı faktı diqqətinizə çatdıraq ki, nasist partiyasının qurucusu Adolf Hitler mitinqdəçıxış etməyə hazırlaşır. Lakin mitinqə cəmi 1 nəfər gəlir.

Tribunaya çıxan fürer ürəkdolusu nitqlə danışıb tribunadan enir. Onun silahdaşları bunun heç bir mənasının olmadığığını və bir nəfərlə heç nə dəyişməyəcəyini deyir. Lakin həmin o 1 nəfər illər sonra İtaliya nasist partiyasının sədri olur və İtaliyanın tarixində yer alacaq şəxsiyyətlər sırasına düşür. Xülasə şagirdin az olması o demək deyil ki, dərslər başdansovdu keçirilməlidir. Həmin o 3-4 nəfər içərisindən ölkənin inkişafında uğurlu dönüş edəcək şəxsiyyətlər dəola bilər. İllər sonra həmin şagirdin kim olacağını heç kəs deyə bilməz. Öncəki məqalələrin birində də məktəbin idman zalının heç bir işə yaramadığı haqqında yazı qeyd etmişdik.

Fotolarda da göründüyü kimi idman zalı boş vəziyyətdədir. Heç bir idman avadanlığına belə rast gəlinmir. Məktəbin xarici görünüşünə də nəzər salsaq bir çox hissələrinin uçulub töküldüyünü, ayaqyolusunun isə yararsız vəziyyətdə olduğunu görərik. Valideyn bildirir ki, məktəbdə valideyn iclası ümumiyyətlə keçirilmir. Şagird evə gəlibn heç bir dərs keçirilmədiyini, saatların boş keçdiyini deyir. Redaksiyamıza fəryad edən edən valideyn deyir ki, əgər dərs keçirilməyəcəksə niyə bu məktəb fəaliyyət göstərir. Valideyni hiddətləndirən əsas amillərdən biri də məhz bunlardır. İllərlə əziyyət çəkib böyütməyə çalışdığı övladı təhsildən məhrum olur.

Övladının təhsil alması üçün dəridən qabıqdan çıxan vətəndaş regional üzrə təhsil şöbəsinə zəng vurub şikayətini bildirib. Lakin şöbə müdiri Seyran müəllim valideynə gözlənilməz cavab verərək onu hövsələdən çıxardıb. Seyran bəyə ötən əsrin ikinci yarısında təhsilin daha keyfiyyətli olduğunu, ən azından valideyn icalsının keçirildiyini və ayda bir-iki dəfə təhsil inspektorlarının məktəbə gəldiyini vurğulayıb. Regional təhsil şöbəsinin müdiri Seyran bəy bu cür keyfiyyətlərin ötən əsrdə qaldığını, köhnə kişilərin də elə köhnədə qaldığını deyib. Məktəbdə o qədər özbaşınalıq, neqativ hallar var ki, saymaqla bitmir. Fərz edin ki, 5-ci sinif şagirdləriylə 7-ci sinif şagirdlərinə bir sinifdə eyni vaxtda dərs keçirilir.

İndi siz özünüz hansı səviyyədə dərs keçirildiyi barədə düşünün və qiymətləndirin. Maraqlısı odur ki, bütün bu özbaşınalıqlara məktəb direktoru heç bir məhəl qoymur? Təhsil müəssisəsində rəhbər vəzifəsində çalışan bir şəxsin niyə laqeydlik göstərməsi çox maraqlıdır. Görəsən təhsil şöbəsindən niyə indiyədək bir nəfər nümayəndə gəlib bütün bu olanlarla maraqlanmır? Əgər maraqlanırsa və buna təhsil şöbəsi də göz yuymursa deməli vəziyyət göründüyündən daha ciddidir.

Ötən buraxılışlarımızda Daster tam orta məktəbinə aid olan texniki avadanlıqların müəmmalı şəkildə oğurlanması yer almışdır. Eyni zamanda davamlı olaraq bir sıra fənn müəllimlərinin davamiyyətli dərsdə iştirak etmədən əmək haqlarının əldə etməsi barədə məlumat vermişdik. Amma təhsil ocağında baş verən qanuna zid hadisələrə təhsil nazirliyi nədən biganə yanaşır?

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq:
Conflict.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!