Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 25-də “BMW” markalı avtomobilindən içərisində 1600 manat olan pulqabısının oğurlandığını bildirmişdir.
DİN Mətbuat Xidmətindən DİA.AZ-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş M.Mirbabayev saxlanılmışdır.
Zamantv.az