Bu gün səhər səhər saatlarında Nizami küçəsi 203 ünvanında intihara cəhd baş verib.
Open.az xəbər verir ki, təxminən 30-35 yaşlarında kişi tikintisi başa çatmamış çoxmərtəbəli binadan özünü atmaq istəyib.
Hadisə şahidlərinin sözlərinə görə, o, ailəsini dolandıra bilmədiyini əsas gətirərək, belə bir addıma əl atdığını bildirib.
Əraziyə çağırılan polis əməkdaşlarının səyi nəticəsində həmin şəxsi fikrindən daşındırmaq mümkün olub.
Zamantv.az