""Azəriqaz" bu fırıldağını tək mənə qarşı etməyib..." - GİLEY

10:54 20.02.2019 524
""Azəriqaz" bu fırıldağını tək mənə qarşı etməyib..." - GİLEY
Ucar şəhər Heydər Əliyev prospekti ev 91 mənzil 16 ünvanında yaşayan İsmayılzadə Akif Səlim oğlu Milli Məclis üzvlərinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Hörmətli millət vəkilləri! Sizi Milli Məclisə millət vəkili biz seçmişik. Ona görə ki ali qanunverici orqanımız olan Milli Məclisdə qanunların işlənib hazırlanmasına, qəbul olunmasına və bu qanunların həyata keçirilməsinə nəzarət edəsiniz.

Amma "Azəriqaz" İstehsalat Birliyi aşkar şəkildə bu gün vətəndaşların cibinə girirlər. Bu qanunsuzluğun qarşısı alınmır. Hətta bu qanunsuzluqları "Azəriqaz"ın mətbuat katibi İbrahim Kərbalayev rəsmi şəkildə müdafiə edir. Bu da onu göstərir ki, törədilmiş bu qanunsuzluqlardan birbaşa "Azəriqaz"ın rəhbərliyinin xəbəri var. Siz isə verilmiş qanunun işlənilməsinə nəzarət etməli olduğunuz halda heç vətəndaslara qarşı olunan bu haqsızlıqlara qarşı etirazınızı da bildirmirsiniz. Nəyə görə siz parlamentin iclasında bu qanunsuzluqlardan danışmırsınız? Biz vətəndaşlara qarşı olunan bu qanunsuzluğa göz yuman millət vəkillərinə bizim nə ehtiyacımız var? Biz sizləri nəyə görə seçmişik? Pozulmuş hüquqlarımızın bərpa olunmasını tələb etmək üçün....

Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına əsasən 2017-ci il yanvar ayının birindən etibarən əhaliyə verilən illik qazın həcminin 1700 kubmetr dəyərinin hissəsi 10 qəpiklə, artıq istifadə olunan qazın həcminin qiyməti isə hər kubmetrə görə 20 qəpiklə hesablanır. Hər ilin dekabr ayının sonunda sayğaclar sıfırlanmalı olduğu halda. "Azəriqaz" İstehsalat Birliyinin Ucar rayon Qaz İstismarı İdarəsi mənim mənzilimin sayğacını yanvar ayının onunda gəlib sıfırlayıb.Mən buna etiraz etdikdə isə idarənin əməkdaşı mənə dediki "Azəriqaz"da il yanvarın onunda dəyişir.Bunun nəticəsində mənə on bir manat ziyan dəyib. "Azəriqaz" bu fırıldağını tək mənə qarşı etməyib. Araşdıran olsa Ucar rayonundan yüzlərlə abonent bu fırıldağın qurbanı olub."Azəriqaz"ın mətbuat katibi İbrahim Kərbalayev mətbuatda gedən yazılara açıqlama verərkən isə bu məsələyə süni şəkildə don geyindirərək öz soyğunçularını müdafiə edir.Halbuki 2016-cı ilin dekabr ayında Tarif Şurası bu qərarı verən zaman və 2017-ci ilin dekabr ayının sonlarında İbrahim Kərbalayev özü şəxsən açıqlamasında qaz sayğaclarının dekabrın 31-ə kimi sıfırlanaraq yeni ilin yanvarın birindən abonentlərin limitlərinin yeniəcəyini bildirmişdi. Amma nədənsə 2019-cu ildə o açıqlamasında əvvəlki illərdə dediyi sözü demək əvəzinə "Azəriqazın" fırıldaqçı əməkdaşlarının qanunsuzluqlarını müdafiə etmək üçün bu sözləri əlavə etdi ki, yanvarın biri, ikisi və beşi, altısı bayram günləri olduğu üçün yeddisi yanvar tarixindən sonra abonentlərə bildirişlər göndərilib. İbrahim Kərbalayevə bildiririrəm ki, siz sadaladığınız tarixlərin içində nəyə görə üçü və dördu yanvar tarixlərinin iş günü olduğunu qeyd etmirsiniz? Eyni zamanda uzun illər vəzifədə işləyən təcrübəli şəxs kimi bildirim ki, qanuna əməl etmək lazımdır.Əmək qanunvericiliyində belə halda yəni bayram günlərində və istirahət günlərində işləyənlər ya həmin əmək gününə görə aldığı məvacib ikiyə vurulmalıdır yada həmin işçinin məzuniyyət günlərinə əlavə olunmalıdır.Müraciətimin sonunda millət vəkillərimizə sözüm odur ki pozulmuş qanunlarımızı gördükdə susmaq həmin əməlləri törədənlərlə şərik olmaq deməkdir. İbrahim Kərbalayevə isə sözüm odur ki, "Azəriqaz"ın əməkdaşlarının törətdikləri bu əməllər cinayət əməlidir".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dia.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür