"Qaldığımız evdə yaşamaq belə olmur..." - GİLEY

15:07 19.02.2019 510
"Qaldığımız evdə yaşamaq belə olmur..." - GİLEY

Qarabağ müharibəsinin bütün döyüşçüləri, şəhidlər hörmət və ehtirama layiqdir. Amma bəzən qəhrəmanlıq göstərib, əlil olanlar da var ki, onların xidmətləri çox tez unudulur. Məsələn, onlar bəzi hallarda dövlət qayğısından kənarda qalırlar. Halbuki, vətən yolunda qəhrəmancasına döyüşüb, sağlamlığını itirən əlillər hər zaman diqqət mərkəzində olmalıdırlar.

Qəhrəmancasına əlil olan, sonradan bu səbəbdən həyatını itirən, vətənin ağır günlərində ona dayaq durmağı borc bilənlərdən biri də Qəbələ rayonu, Bum qəsəbəsinin sakini Yəhyayev Rafiq Əbülfəs oğlu olub ki, bu gün onun ailəsi diqqətsizlikdən şikayətçidir. Belə ki, Qarabağ döyüşçüsünün ailəsi onlara dövlət tərəfindən heç bir kömək edilmədiyini bildirir...

Qeyd edək ki, Yəhyayev Rafiq Əbülfəs oğlu 1992-ci ilin iyul ayının 15-də cəbhəyə könüllü gedib. Goranboy ərazi özünümüdafiə 2-ci batlayonunun tərkibində Goranboy və Ağdərə rayonlarının erməni silahlı biləşmələlərindən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 12 avqust 1992-ci il tarixdə Metsşen kəndi uğrunda gedən döyüş zamanı düşmənin T-72 markalı tankını məhv edib. R.Yəhyayev 26 avqust 1992-ci il tarixdə Drımbon kəndi uğrunda gedən döyüşdə isə erməni quldurlarının bir BMP-sini məhv edib. Həmin döyüşdə R.Yəhyayev düşmənin yenidən bir T-72 markalı tankını qranatla vurub, məhv edib. Hətta tankı məhv etdiyi üçün ona komandanlıq tərəfindən təşəkkür edilib, pul mükafatı verilib. 1993-cü ilin 25 dekabrında Kəhrizlər adlanan yüksəklik uğrunda gedən döyüşlər zamanı R. Yəhyayev ağır yaralanıb, uzun müddət müalicəyə ehtiyacı olduğu üçün 1994-cü il yanvarın 1-dən cəbhədən buraxılır. O, xeyli vaxtı Qəbələdə və Bakıda hərbi qospitalda müalicə olunur və ikinci qrup əlil kimi təqaud alıb. R. Yəhyayev 1996-cı il iyul ayının 27-də vəfat edib.

R. Yəhyayevin döyüş zamanı düşmənin T-72 markalı tankını və BMP-sini məhv etdiyi oğlunun “Hürriyyətə” təqdim etdiyi sənədlərdə aydın qeyd olunub. 157 nömrəli hərbi hissənin komandiri, mayor R. Əkbərovun imzası ilə təsdiqlənmiş sənəddə bu aydın göstərilir. 20 iyun 1994-cü il tarixli sənəddin hətta surətinin Qəbələ Rayon İcra Hakimiyyətinə, Müdafiə Nazirliyinə göndərildiyi də burada əskini tapıb.

Həmçinin 14 yanvar tarixli 1994-cü il Tərtər Rayon İcra Hakimiyyətinin başçısı S. Həmidova yazılan rəsmi məktubdan R. Yəhyayevin necə vətənpərvər biri olduğu aydın olur. Məktubda qeyd olunanlara görə, həmin tarixdə 99-58 APP nömrəli “Ural” markalı yük maşını ilə R. Yəhyayev Ağamurad Nəsirovla birlikdə hərbi hissəyə verilmək üçün odun gətirirlər. Buradan aydın olur ki, yaralanıb, evə qayıdan R. Yəhyayev əsgərlərə yardım etmək üçün əlindən gələni etməyə çalışıb. Amma bununla belə, bu gün də R. Yəhyayevə öz dəyəri, qiyməti verilməyib. Yaralandıqdan sonra ağır şəraitdə yaşadığı üçün evlə təmin olunmaq üçün Qəbələ Rayon İcra Hakimiyyətinə müraciət edən Qarabağ əlilinə sağlığında ev veriləcəyi deyilsə də, bu gün də bu vədi yerinə yetirən yoxdur. R. Yəhyavevin ailəsinin mənzilə ehtiyacı olan ailə kimi növbə siyasına daxil edildiyi Qəbələ Rayon İcra Hakmiyyətinin göndərdirdiyi rəsmi məktubda təsdiq olunsa da, məktubda yazılır ki, növbəniz çatanda mənzillə təmin olunacaqsınız. Görəsən, bu növbə nə vaxt çatacaq? Təəssüf ki, vətən uğrunda canını fəda edən R. Yəhyayevin nə özününün qəhrəmənlığına qiymət qoyulub, bir status verilib, nə də ailəsinin ev təminatı həll edilib. Bir onu deyə bilərik ki, bu ölkədə bəzən həqiqi qəhrəmanlar deyil, saxta qəhrəmanlara “milli qəhrəman” statusu verilir ki, bu da insanları rəncidə edir.

“Vəziyyətimiz çox acınacaqlıdır”

Qarabağ döyüşçüsü R. Yəhyayevin həyat yoldaşı Xuraman Yəhyayeva hökumətin diqqətsizliyindən gileylənərək “Hürriyyət”ə dedi ki, həyat yoldaşı 3 azyaşlı uşağı qoyub, könüllü olaraq müharibəyə gedib: “Goranboyda, Ağdərədə, başqa yerlərdə döyüşüb, tank, BMP vurub, neçə adamları ölümdən qurtarıb. Döyüşlərin birində yaralanıb, yaralananda rayonda baxmayıblar ki, öləcək, Bakıya çatdırıblar. Yoldaşım ikinci qrup əlil idi, nə əziyyət çəkirdi, Allah görürdü. Pensiya alırdı, iki əsa ilə gəzirdi. Qaynatam, qaynanam olmasaydı, mən bu uşaqları böyüdə bilməzdim. Sonradan da elə əlil halda uşaqları üçün Leninqrada pul qazanmağa getdi, orada ağrılara dözə bilmədi, rəhmətə getdi. İndi də 10 baş külfətik, köhnə bir daxmada qalmışıq, vəziyyətimiz çox acınacaqlıdır, İki oğlum var, birinin 2, birinin də 3 oğlu var, heç biri sosial yardım almırıq, vəziyyətimiz də ağırdır, evdən biri çıxa bilmir, ikisi də fəhlədir. Uşaqların yaşı 18-ə çatanda yoldaşımın pensiyası kəsildi. O, özü sağ olanda axsaya-axsaya gəlib dedi ki, bizə ev verəcəklər. Mənə dedi, heç fikir eləmə, Allah qoysa, bu daxmadan çıxacağıq. Özü həyatdan getdi, özünə ev qismət olmadı, dedilər, ailəsinə veriləcək. Sonra hara yazdıq, xeyri olmadı. O könüllü müharibəyə getmişdi, axı, buna qiymət verməlidirlər. Ona sağlığında deyirdilər ki, Rafiq qəhrəman olub, tank vurub. Siz onun vəziyyətini görsəydiniz nə gündədir, mən onun həmişə yaralarına məlhəm qoyurdum. Amma mənim yoldaşıma qiymət verilmədi. Balamın birinin ürəyi xəstədir, qışın günüdür, heç yanda iş yoxdur. Uşaq xəstə olur, həkimə apara bilmirəm. Heç olmasa, birinə ev versinlər, biri bu daxmadan çıxsın. Bunlara yardımçı olana Allah özü kömək edər”.

“Qəbələ komissarlığında atama aid bütün sənədləri yoxa çıxarıblar”

Qarabağ döyüşçüsünün oğlu Cəmaləddin Yəhyayev isə “Hürriyyət”ə dedi ki, onun atası Yəhayeyev Rafiq Əbülfəs oğlu 1992-ci ildə 3 azyaşlı övadını başsız qoyub, “vətən dardadır” deyərək könüllü Qarabağ müharibəsinə gedib: “Gedən kimi müharibədə neçə tank, BMP, “Kamaz” vurub, sənədlər əlimdədir, bunlarla bağlı komandiri tərəfindən möhürlü sənədlər Qəbərlə komissarlığına, eyni zamanda bizim özümümzə göndərilib. Amma Qəbələ komissarlığında atama aid bütün sənədləri yoxa çıxarıblar, bircə orada Leninqrada əsgər getdiyi sənəd qalıb. Hətta mən buna görə Qəbələ komissarlığına getdim, əlimdəki bu sənədləri göstərdim, dedim sən vicdanın, kişiliyin düzünü danış, bu insana milli qəhrəman adı düşür, düşmür, dedi elə milli qəhrəman adı buna düşür. Yəni atamın göstərdiyi şücaətlərın, qəhrəmanlıqların sənədləri bizdədir”.

“Atamın göstərdiyi qəhrəmanlıqlarla bağlı komandiri bizə sənədlər göndərib”

“Qəbələ komissarlığında atanıza aid sənədlər niyə yoxa çıxarılıb” sualına C.Yəhyayev belə cavab verdi: “Atam sözünü deyən insan olub, heç vaxt haqsızlığa yol verməyib. Bəlkə də orada işləyənlər düşməni olub. Şərt odur ki, insanın vətən üçün sevgisi olsun, vətən üçün sevigsi olan insan hər bir şeydə yaxşı olar. Atam da vətəni sevən insan olub. Bəlkə də yiyəsizlik olub, sənədi yoxa çıxarıblar. Atam Goranboyda hospitalda, sonra Bakıda Papanindəki hərbi hospitalda yatıb, bu sənədlər hamısı var. Gedib həkimi də tapmışam. Atamın göstərdiyi qəhrəmanlıqlarla bağlı komandiri bizə sənədlər göndərib. Orada yazılıb ki, surəti Qəbələ komissarlığına göndərirlər. Qarabağda özünün döyüş şəkilləri var, adına kitablar çıxıb, adı qəzetdə çıxıb. O, hətta Heydər Əliyev prezident olanda onu dəstəkləyirdi ki, xalqın qayğısına qalan, arxasında dayanan gəlib. Amma indi belə insanın ailəsi çətin vəziyyətdə qalıb. Qaldığımız evdə yaşamaq belə olmur. İki qardaşıq, fəhlə işləyirik. 5 oğlumuz var. onlar oxumalıdır. Onlar o sınıq-sökük evdə necə yaşasınlar? 1920-ci ildə tikilən evdir, üstümüzə yağış yağır, yəni o evdə yaşamaq çətindir. Biz demirik bizə elə-belə ev verin. Biz görürük ki, dövlət başçısı əlillərə, şəhidlərə köməklik göstərir. Bəs, mənim atamın ailəsinə niyə köməklik göstərməsinlər? Deyirlər ki, ölüb, ölənin ailəsinə köməklik göstərilmir ki? Atam, babam rəhmətliklər müharibəyə neçə “Ural” maşını odun apartdırıb ki, vətən dar gündədir, əsgərlərin vəziyyəti çətindir, soyuqdur. Bunların hamısı möhürlü sənədlərdə var”.

“Prezidentimiz bizi 3-5 dəqiqə qəbul etsin”

C.Yəhyayev diqqətə çatdırdı ki, Qəbələ rayonundan, Bum qəsəbəsindən, Həmzəlli kəndindən min nəfərə yaxın sakinin pasport seriyası, nömrəsi ilə imza toplanıb: “Camaat prezidentimizdən xahiş edib ki, atama milli qəhrəman adı verilsin, bizim kəndimiz onun adını daşısın. Çünki atam bu ada layiqdir. Atam bu qədər işlər görüb, bu sənədlər batmalıdırmı? Biz də onun övladıyıq, bizə də ağır gəlir ki, bizim atamızın qanı niyə batmalıdır? Deyirlər, qəhrəmanların qanı batmaz. Atam 1994-cü ildə yaralananda hərbi bileti üstündə olub, həmin hərbi biletdə qanı var. Bəs, bu qanı unutmaq olarmı? Qəhrəmanlar unudulmaz söyləyirik, niyə belə qəhrəman unudulmalıdır? Biz istəyirik atama milli qəhrəman adı verilsin. Bizim istəyimiz odur ki, bu insanın ailəsi ilə maraqlanılsın, prezidentimiz bizi 3-5 dəqiqə qəbul etsin. Bizim buna haqqımız var. Bizim dərdimizlə maraqlansınlar ki, bizim 5 oğul övladımız var, biz də sabah azərbaycanlıyam sözünü ürəklə deyək”.

“Atam vətən üçün canını fəda edib, amma qiymət verən yoxdur”

“Biz buna görə dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, Azərbaycan Əlillər Komitəsinə, Ombudsmana, baş nazirə müraciət etmişik, baxılmır. Nəyə görə, baxılmamalıdır? Atam vətən üçün həddindən artıq köməklik göstərib, canını belə fəda edib, amma qiymət verən yoxdur”,-deyə C.Yəhyayev təəssüf etdi.
Hurriyyet.org
"Qaldığımız evdə yaşamaq belə olmur..." - GİLEY
"Qaldığımız evdə yaşamaq belə olmur..." - GİLEY
"Qaldığımız evdə yaşamaq belə olmur..." - GİLEY
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək