Əbülfəs Qarayevin Sumqayıtdakı adamına qarşı faktlar... - Yeyinti ittihamı

11:35 14.02.2019 511
Əbülfəs Qarayevin Sumqayıtdakı adamına qarşı faktlar... - Yeyinti ittihamı

Sumqayıt Regional Mədəniyyət İdarəsində ciddi yeyinti faktları var. Məlumata görə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov bir çox maxinasiyaları əsasən idarənin tabeliyində olan köçkün rayonların mədəniyyət müəssisələrində həyata keçirir. İdarənin tabeliyində olan Qubadlı, Zəngilan və Şuşa rayonlarının mədəniyyət müəssisələrində xeyli sayda “ölü can”ların olduğu da məlumatlar arasında yer alır.

Qeyd edilir ki, klubların, mədəniyyət evlərinin, kitabxana binalarının, rəsm qalareyalarının cari təmiri üçün dövlət tərəfindən ayrılan vəsaitlər də idarə rəhbərliyi tərəfindən mənimsənilir. Görüləcək işlər isə sadəcə olaraq kosmetik formada həyata keçirilir.

Məlumatda iddia olunur ki, Mehman Şükürovun mühasibi ilə hər ay İdarənin tabeliyində olan müəssisələrdə işləyən işçilərin əmək haqqından 4-10 manat kəsməklə ayda 6 min manata yaxın qazanc əldə edir. Bundan başqa musiqi məktəblərdə işləyən müəllimlərin adına yazılan artıq dərs saatlarının pulu da məhz İdarə rəhbərliyinə çatır.

Bununla yanaşı, tender məsələlərində də Mehman Şükürovun maxinasiyalara yol verdiyi söylənilir. Məsələn, iddiaya
görə ötən il İdarəyə komputer və digər texniki avadanlıqların alınması zamanı keçirilən 27900 manatlıq tenderdə 10000 (on min) manatdan çox vəsait mənimsənilib.

Xəbərdə vurğulanır ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisinin bu cür qanunsuzluqlara yol verməsinə rəğmən heç kimdən çəkinməməsinə səbəb isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla yaxın dost olmasıdır. Zakir Fərəcovla olan dostluğuna görədir ki, Mehman Şükürovun rəis olduğu Sumqayıt Regional İdarəsində heç bir yoxlama aparılmır, nazirlik tərəfindən gələn audit isə necə lazımdı elə də “yola salınır”.

Saytımızın əldə etdiyi maraqlı məqam isə Mehman Şükürovun “ölü can”lara olan “vurğunluğudur”. Belə ki, hələ illər öncə Mehman Şükürovun Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru olduğu zaman teatrda 100-dən artıq “ölü can”lar olub. O zaman bu barədə hüquq mühafizə orqanlarının teatrda apardığı araşdırma zamanı da bu fakt öz təsdiqini tapıbmış.

Xatırladaq ki, 2014-cü ildə qalmaqallı formada işdən çıxan Mehman Şükürov istefasının səbəbini səhhətində olan problemlərlə əlaqələndirmişdi. M.Şükürovun mədəniyyət tariximizdə analoqu olmayan bıabırçılıqdan sonra yenidən Sumqayıt Regional Mədəniyyət İdarəsi kimi böyük və məsuliyyətli təşkilata rəhbərlik etməsi görünür, Mədəniyyət naziri Əbülfəs Qarayevin ona olan “xüsusi diqqət”idir.
Vertikal.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu