Impera
XƏBƏR LENTİ
22:23Nazirlik işsiz şəxslərin elektron qeydiyyata alınmaları üçün QRAFİK tərtib etdi22:20Əməl etsək, karantin bu tarixdə bitəcək - Baş infeksionist22:16Nazir: “Vətəndaşların sosial ödənişlərində problem olmayacaq"21:41Yazda qış havası: Oğuza qar yağdı - Foto21:38DİN sərxoş halda xidmətə çıxan polislə bağlı açıqlama yaydı - RƏSMİ21:36Prezident onlara xəbərdarlıq etdi: Xəyanətdir...21:35Azərbaycanda hansı işçilərin ixtisarı aparılır? - RƏSMİ AÇIQLAMA21:03Bakı küçələrindəki əhalinin yoxlanılması davam edir - Foto20:59Hansı işsiz şəxslərə birdəfəlik ödəmə veriləcək? - RƏSMİ20:57Ölkə tamamilə terrorçulardan təmizləndi - Rəsmi20:56"Koronavirus yardımı"nı kimlər ala bilməyəcək... – Nazirlikdən açıqlama20:32Trampın bu açıqlaması nefti bahalaşdıracaq?20:31Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb20:04Qanuna düzəliş təklif edildi: Bu şəxslər üçün cəza...20:03Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama23:11Saray sakini avtomobilində vəfat edib23:06İşsizlər üçün qeydiyyatla bağlı VACİB XƏBƏR23:00ARB-nin yeni direktoru kollektivə təqdim olunur22:58Postdan qanunsuz keçmək istəyən sürücülər cərimələndi22:32Dövlət Neft Fondu ilin sonuna kimi $4 млрд satmaq niyyətindədir21:38Taksi sürücülərinə fərqlənmə nişanı ilə bağlı ŞAD XƏBƏR21:35Hamilə qadın müsəlman olduğu üçün xəstəxanaya qəbul edilmədi, körpəsi öldü21:33Milli Məclis Elman Rüstəmovla bağlı qərar verəcək21:16Bu gün deputatlara yeni sənədlər paylanılacaq21:13Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü21:08Yeni doğulan körpəyə Kovid adı verildi13:42Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - Rəsmi13:14SMS müraciətlərində gecikmələrlə bağlı RƏSMİ AÇIQLAMA13:13Taksi sürücüsü Fəzail Ağamalını qarət edib, onu 10 il həbs gözləyir...13:09Gürcüstan bazarında pulları ütü ilə dezinfeksiya edirlər13:03Bakıda çoxmərtəbəli binada yanğın zamanı qadın özünü binadan atdı- ANBAAN VİDEO15:29Moskva koronavirusa görə Rusiyada ən yüksək risk qrupunda olan ərazidir11:39Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib11:38Belarus Nurməhəmmədov - Ferqyuson döyüşünə ev sahibliyi edə bilər11:37"Koronavirusdan qorunmaq üçün ər-arvad bir otaqda yatmamalıdır" - Azərbaycanlı alim11:35Güzəştli işıq limiti artırıldı - RƏSMİ21:04Azərbaycanda akademik vəfat etdi17:32Türk PA: Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i şiddətlə qınayırıq17:24Bakıda əməliyyat keçirildi, saxlanılanlar var17:20ATV də Prezidentin çağırışına qoşuldu – 50 min ianə17:19Hökumət iqtisadiyyatı pandemiyadan sığortalayacaq17:15"Rahat" market fədakar peşə sahiblərinə təşəkkür edib - VİDEO16:22BMT Azərbaycanın 2.5 milyard manatlıq dəstək paketini alqışladı11:53Tramp prezident seçkilərinin vaxtını təsdiqlədi11:52Koronavirusun təcili müalicəsinin vacibliyi təsdiqləndi11:51Bakıda dülgər sexi yandı11:49Rusiya Yaponiya ilə birlikdə hazırladığı koronavirus test sistemini ABŞ-a təhvil verib11:47Xaçmazda ağır qəza: Ölü və yaralı var13:38Yüksək rütbəli şəxslər karantin qaydalarına əməl olunmasını yoxladı13:18Koronavirusla bağlı STATİSTİKA13:17Koronavirus peyvəndində böyük addım - Siçanlarda uğurlu oldu13:16Rusiyada qadın bir yaşlı uşağını doğum günündə döyərək öldürdü13:15Müdafiə Nazirliyindən dünən gecə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT13:14Rusiyada yatmış insanı diri-diri yandırdılar13:12Koronavirus bu şəxslər üçün daha təhlükəlidir - Hər üç nəfərdən biri...13:05Karantinə görə boşalan Roma küçələrinə vəhşi heyvanlar gəlməyə başladı18:10Koronavirusa yoluxan məşhur futbolçu: "Nəfəs ala bilmirdim"18:09Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub18:07Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlandı18:06Kəlbəcərin işğalından 27 il ötür18:00Göygöldə ev yandı: Xəsarət alan var17:57Neftin qiyməti dəyişdi17:56Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb17:54Azərbaycanda koronavirus geniş yayılsa, vəziyyət nəzarətdən çıxacaq - VİDEO17:51İsrailin səhiyyə naziri koronavirusa yoluxdu17:20Tramp: İran ABŞ-ın İraqdakı obyektlərinə hücum hazırlayır22:16İcra başçısı qaydalara riayət etməyən sakinlərə növbəti dəfə xəbərdarlıq etdi19:34Azərbaycanda bir ildə havaya buraxılan zərərli maddələrin çəkisi açıqlandı19:32Azərbaycanda elektrik enerjisi ilə bağlı əhaliyə ŞAD XƏBƏR - RƏSMİ19:30Belarusda məhsul və xidmətlərin bahalaşdırılması qadağan edilib19:29Dövlət əhaliyə hansı dəstəyi göstərəcək – Siyahı açıqlandı19:26Koronavirus Afrikada da sürətlə yayılır19:20Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT19:17“Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir” - Mehriban Əliyevadan xalqa çağırış12:33Erməni QHT rəhbəri: "Ölkədə koronavirusla bağlı yalan xəbərlər yayılır"12:31Qubada xüsusi karantin rejiminin tələblərinə əməl olunur - FOTO12:30“DTX-nın bizim rayona gəlməsi mümkündür” – Biləsuvarın deputatı19:27Bu tarixə qədər maaşlardan icbari tibbi sığorta haqqı tutulmayacaq19:25Nazirlər Kabineti yanında Operativ Qərargah yeni AÇIQLAMA yaydı19:24Koronavirusa görə ərazilərin dezinfeksiyasında drondan istifadə olunacaq14:39Əvvəllər insanlar heyvanları gəzintiyə çıxarırdı, indi isə...14:37Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı14:36Azərbaycanın şimal bölgəsinə qar yağıb14:33İlham Əliyev soyqırımı qurbanlarını andı - FOTO12:31Gürcüstanda koronavirusa yoluxanların sayı 103 nəfərə çatdı12:30Karantin qaydaları qüvvəyə mindi: Bakı küçələri bomboş qaldı - VİDEO12:25Koronavirusla bağlı təhlükəli iddia təkzib edildi12:23Milli Məclis sədri kreslonu dəyişdirdi - Nümunəvi addım12:17Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib11:00Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 102 il ötür20:31Lənkəran Dövlət Dram Teatrının kollektivi KMDF-na vəsait köçürüb20:27Milli Məclisin deputatı İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı20:25AMEA əməkdaşları əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilir20:23Güclü kameralar vasitəsilə virusun insandan yayılma anının görüntüləri qeyd edilib - VİDEO20:19Kişi evdən gedən qardaşı arvadını öldürüb16:58Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı16:57“Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb16:51Bir qrup həkim prezidentə müraciət etdi - Maaşları 50% azaldılıb16:40İqtisadçı: “May-iyun aylarında nefin qiymətləri 40 dolları ötəcək və biz bu prosesdən ən az ziyanla çıxacağıq”16:34Bakıda böyük cərimələr başladı: 500-dən çox insan
BÜTÜN XƏBƏRLƏR

ADNSU-da narazılıqların yeni dalğası - "Tufanqabağı sakitlik"

11 Şub 2019, 12:17   
ADNSU-da narazılıqların yeni dalğası - "Tufanqabağı sakitlik"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyi tərəfindən cidd-cəhdlə mediada “islahatçı və şəffaflıq timsalı” piarı aparılsa da heç də həmişə cidanı çuvalda gizlətmək mümkün olmur. Universitetdə bir qəpik də olsun rüşvət, korrupsiya hallarının olmaması ilə bağlı məlumatlar tirajlansa da bunun tamamilə əksini sübut edən faktlara da rast gəlmək mümkündür. Universitet tələbələrinin medyaya verdiyi açıqlamalara görə indi rüşvətin “modern” forması tapılıb. İmtahanlardan tələbələr kütləvi şəkildə kəsilir. Çünki imtahandan kəsilən tələbə bir fənn üçün universitetə ən azı 150 manat pul ödəyir və təqaüddən məhrum edilir. Bu yolla əldə olunan vəsaitlərin taleyini isə rektor daha yaxşı bilir.

Xüsusilə Mustafa Babanlının rəhbərliyi dönəmində universitetdə müəllimlərlə baş verən qalmaqallar daima diqqət mərkəzində olub.

Verilən məlumata görə, M. Babanlı müxtəlif yollarla illərlə universitetdə çalışan, böyük təcrübəyə malik müəllimləri kollektivdən uzaqlaşdırıb. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, o cümlədən Əmək Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq "Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir". Qanunvericiliyə uyğun olaraq təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə məşğul olan professor-müəllim heyətinin 5 illik fəaliyyət müddəti bitdikdə onların vəzifələri vakant elan olunur və öz vəzifələrinə yenidən seçilmək üçün müsabiqə elan edilir. Müsabiqədə iştirak edən professor-müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmələri üçün onların 5 illik elmi-pedoqoji fəaliyyəti əsas götürülür. Lakin, verilən məlumata görə qanunvericiliyin qeyd edilən tələblərinin ziddinə olaraq, ADNSU-nin rektoru, professor Mustafa Babanlı universitetin professor-müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmələri üçün öz "qaydalarını" müəyyənləşdirib, öz “kriteriyalarına” uyğun gəlməyənləri isə vəzifədən kənarlaşdırıb.

Rubrika.Az saytına verilən məlumata görə bilavasitə M. Babanlının birbaşa təşəbbüsü ilə ADNSU-nin Elmi Şurası 23 dekabr 2015-ci ildə "Azərbaycan Dövlət Neft Və Sənaye Universitetində elmi işçilərin dərəcələrinin artırılması və təyinatı üzrə TƏLİMAT" qəbul edilib və Təlimat 01 mart 2016-cı ildə qüvvəyə minib. Təlimata uyğun olaraq professorların öz vəzifələrinə yenidən seçilmələri məqsədi ilə müsabiqədə iştirak etmələri üçün 110 bal, dosentlərin -50 bal, assistentlərin-35 bal toplaması tələb olunur.

Saytımıza verilən məlumata görə, professor-müəllim heyətinin pedoqoji fəaliyyətinin əsas nəticələri (hazırladıqları tədris proqramları, metodiki tövsiyələr, dərsliklər, buraxılış işlərinə rəhbərlik, açıq dərslərin nəticələri və s.) nəzərə alınmır, yalnız PHD, magistr dissertasiyalarına,dərc edilmiş mühazirə konspektləri, laboratoriya təlimat kitabları, dərc edilmiş elmi məqalələri nəzərə alınır.

Rubrika.Az saytına ötən il universitetdə baş verən rektorun “müsabiqə oyunu” ilə bağlı ilginc məlumatlar daxil olub. Belə ki, "Respublika” qəzetinin 01 may 2018-ci il tarixli 96 (6129) sayında 158 vakant yeri tutmaq üçün müsabiqə elan edilmiş və bunu əsas götürərək müsabiqədə iştirak etmək üçün müvafiq qaydada ərizələr təqdim edilməyə başlanılıb. Ancaq 07 may 2018-ci ildə ADNSU-nin akt zalında rektorun adından şifahi şəkildə ərizə təqdim edən 158 nəfərə təklif olunur ki, may ayının 30-da işdən çıxmaq üçün ərizə yazsınlar, işdən azad olunsunlar, iki-üç gündən sonra müsabiqədə iştirak edib yenidən öz vəzifələrinə seçiləcəklər.

Təbii ki, bu zaman rektorun xüsusi maraqları nəzərə alınırdı-çünki, 30 mayda işdən azad olunan işçilər müsabiqədə ADNSU əməkdaşı kimi iştirak etmək hüququnu itirirdilər. Rektorun bu qeyri-qanuni tələbində məqsədi yenidən seçiləcək professor-müəllim heyəti ilə əvvəllər bağlanmış müddətsiz əmək müqaviləsini birtərəfli qaydada müddətli müqavilə ilə əvəz etmək istəyi durub.

Rektorun bu “oyununu” yaxşı başa düşən 158 əməkdaşın işdən çıxmaq tələbinə qəti etirazını nəzərə alaraq onların 30 mayda işdən çıxmaları ilə bağlı tələb geri götürülüb. Ancaq öz istəyinə nail olmayan rektor daha bir "yeniliyə" əl atıb. Belə ki, əməkdaşların müsabiqədə iştirakının əngəllənməsi üçün "Respublika" qəzetinin 01 iyun 2018-ci il tarixli 121 (6154) saylı nömrəsində ADNSU-nin yeni, aşağıdakı məzmunda elanı çap edilmişdir: "Respublika" qəzetinin 01 may 2818-ci il tarixli №96 (6129) sayında ADNSU-də vakant yerləri tutmaq üçün verilmiş müsabiqə elanı kifayət sayda ərizələrin verilməməsi səbəbindən ləğv olunur. Müsabiqənin qanunauyğun şəkildə keçirilməsi üçün yeni elan müvafiq zamanda veriləcəkdir".

Rubrika.Az saytına verilən məlumata görə, ADNSU-nin rektoru birtərəfli qaydada öz istəyinə nail olmaq məqsədi ilə, professor-müəllim heyətinin işdən çıxmaları üçün ərizə yazmalarında israr edir və bunu yazılı yox, şifahi halda, dekanların və kafedra müdirlərinin əli ilə reallaşdırmağa çalışır.

Rubrika.Az saytı xatırladır ki, 2018-ci ilin iyun ayında saytımızda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "İstilik energetikası mühəndisliyi" kafedrasının bir qrup müəlliminin müraciəti dərc olunmuş və yazıda kafedra müdiri Sevinc Babayeva barəsində tənqidi fikirlər yer almışdı. Şikayətçilər S. Babayevanı ümumi işin ziyanına addımlar atmaqda, müəllimlərin fikirlərinə məhəl qoymamaqda, yalnız öz bildiyini etməkdə ittiham edirlər. Xatırladaq ki, saytımızın prinsipial mövqeyi, məsələni diqqətdə saxlaması nəticəsində problem həll olundu, rector şikayətləri nəzərə almağa məcbur oldu.

Rubrika.az saytına verilən məlumatlara görə M.Babanlı ADNSU-da özünə əməlli-başlı biznes şəbəkəsi də formalaşdırıb. Hər ay bu şəbəkədən əldə olunan külli miqdarda vəsait isə hələ də vergi orqanlarından gizlədilir, heç bir rəsmi sənədlərdə qeyd olunmur. Belə ki, universitetin bütün mərtəbələrində bufet-kafelər fəaliyyət göstərir. Həmin bufet-kafelər isə yüksək qiymətlərə icarəyə verilir, bütün bunlar isə heç bir vergi bəyannaməsində əks olunmur. Xatırladaq ki, bir müddət əvvəl yoxlama aparan vergi əməkdaşları qanun pozuntularına görə universiteti cərimə də etmişdilər. Amma, yenə də vəziyyət elə əvvəlki kimidir-böyük vəsaitlər vergidən yayındırılır, mənimsənilir.

Həmçinin Rubrika.Az saytına verilən məlumatlara görə, M.Babanlı son zamanlar media ilə “sıx əlaqələr” qurmağa meyillənir. Belə ki, ADNSU-da hökm sürən qanunsuzluqları, narazılıqları ört-basdır etmək, haqqında səsləndirilən şikayət dolu məlumatların yayəılmasını önləmək üçün bir çox medya qurumları, saytlar ilə “razılıq” əldə olunub. Hətta universitetin mətbuat xitmətinin bildirdiyinə görə bir çox media qurumları ilə illik "əməkdaşlıq" da əldə edilib. Görünür M. Babanlı universitetdə baş verənlərin “gün işığına” çıxarılmasında maraqlı deyil. Həmçinin universitet daxilində də sərt nəzarət mexanizmi işləyir-narazılar, rektora etiraz edənlər ciddi nəzarətə götürülür, addımları belə güdülür, əgər hər hansı şikayət olarsa dərhal təqib olunur, incidilirlər.

Ümumiyyətlə M. Babanlının “medya siyasətinin” maraqlı tərəfləri var. Bildirilir ki, bir çox KİV-lərlə “əməkdaşlıq” yapılsa da, bəzilərinə qırmızı işıq yandırılır. Aldığımız məlumata görə, rektorun qəzəbinə tuş gələnlər sırasında hətta dövlət televiziyası da var. Amma, rektor özünə təhlükəli sandığı media qurumları ilə dil tapa bilir.

Nəticədə M. Babanlı mediada “atəşkəs rejimi” yaratmağa müvəffəq olub. Amma, bu sakitlik daha çox tufanqabağı sakitliyə bənzəyir! (Rubrika.Az)
OXŞAR MÖVZULAR