Ziyəddin Əliyevi bitirəcək şok dosyeyə sözardı..

16:54 8.02.2019 552
Ziyəddin Əliyevi bitirəcək şok dosyeyə sözardı..
Xalqa xidmətlə görəvləndirilmiş ayrı-ayrı məmurların haram pullar hesabına özləri üçün nəhəng biznes strukturları, dəbdəbəli həyat şəraiti yaratması günümüzün acı reallıqlarından biridir. Yüksək vəzifə tutmuş müxtəlif məmurların ayrı-ayrı vaxtlarda məhz bu səbəbdən vəzifədən azad edilməsi, cəzalandırılması hallarına dəfələrlə şahidlik etmişik.

Ölkə prezidenti, cənab İlham Əliyev çıxışlarında dönə-dönə məmurlara xəbərdarlıq edərək onları qanun çərçivəsində fəaliyyət göstərməyə səsləyib, həmin çağırışdan nəticə çıxartmayanların isə qanun qarşısında cəzalandırılacağını bəyan edib. Yuxarıda da qeyd etdiyimiz kimi cəzalandırılanlar da kifayət qədər olub, amma...

Amma görünən odur ki, hələ də dövlət başçısının tövsiyyələrindən lazımı nəticələr çıxara bilməyəm məmurlar kifayət qədərdir. Son günlər ölkə mətbuatında yayılmış, qarşı tərəfdən isə susqunluqla qarşılanan korrupsiya ittihamları da mövzunun nə qədər aktual olduğunu göstərir. Rubrika.az xatırladır ki, varidatı, ölkə xaricindəki biznes imperiyası haqda şok faktların ictimailəşdiyi belə​ məmurlardan biri də Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevdir. Maraqlıdır, Ziyəddin Əliyev həmin varidatı hansı yolla əldə edib, axı onun müxtəlif vəzifələrdə çalışarkən dövlətdən aldığı məvacib də sirr deyil, həmin əmək haqqı ilə bütün bunlara malik olmağın mümkünsüzlüyü də. Deməli, ortada başqa mətləblər var, həmin mətləblərdən öncə isə araşdırmağa çalışaq: Kimdir, Ziyəddin Əliyev?

İndi tutduğu vəzifə bəllidir, yuxarıda da qeyd etdiyimiz kimi hazırda Quba rayonuna rəhbərlik edir. Bəs, bu qədər pulu həmin vəzifədəmi qazanıb? Təbii ki, yox! Çünki Ziyəddin Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı postuna təxminən bir il öncə təyinat alıb. Daha dəqiqi, o bu vəzifədə 2 dekabr 2017-ci il tarixindən çalışır. Ziyəddin Əliyev buna qədər müxtəlif yüksək vəzifələrdə çalışıb. Bununla belə bu qədər varidatın vəzifə maaşı ilə təmin edilməsi sadəcə fantastikdir.

Göründüyü kimi, Ziyəddin Əliyevin uzun illər davam edən məmurluq həyatı heç də şəffaf olmayıb. Onun Avropadakı nəhəng biznesini ifşa edən faktlar da belə düşünməyə əsaslar verir ki, həmin illər ərzində Ziyəddin Əliyev böyük korrupsiya burulğanının içində “rəqs edən” bəxti gətirmişlərdən olub. İndi isə Ziyəddin Əliyevə məxsusluğu iddia edilən Avropadakı biznes strukturlarının siyahısına göz ataq.

Məlumatlarda bildirilir ki, o ilk öncə yolunu Çexiyaya salıb, şirkət qurub, şirkətinin menecerliyini isə çex qadına həvalə edib. Sonra bir az da irəli gedib, Avstriyada növbəti şirkətini açıb. Tikinti materialları ticarətinə girişib. Cənab Əliyev Çexiyada şirkətini hələ “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru olarkən, yəni 2008-ci ilin yanvarın 18-də açıb. İlkin nizamnamə kapitalı 200 min kron olan AZ SERVIS – NR s.r.o. (MMC) şirkətinin qeydiyyat sənədində təsisçinin 27 iyun 1963-cü il təvəllüdlü, Bakı şəhəri, Ə.Kürçaylı 7/45 ünvanında pasport qeydiyyatında olan Ziyəddin Əliyev olduğu qeyd olunub. Şirkətin adında NR sonluğu Ziyəddin Əliyevin oğlanlarının adlarının baş hərfləridir.

Şirkət Çexiyanın Brno ədliyyəsindən 28267184 saylı qeydiyyat şəhadətnaməsi alıb. İlk qeydiyyat ünvanı Brno, Nezamyslova 2799/28, PSČ 61500 olub. Hazırda icra başçısına məxsus şirkətin ofisi Brno şəhəri, Příkop küçəsi 4 ünvanındakı Internationale Business Center-də yerləşir. Fəaliyyət sahəsi: istehsal, xidmət, ticarət.

Ziyəddin Əliyev ilk əvvəl, yəni 2008-2009-cu illərdə şirkətin idarəçiliyini tanışı, 1969-cu il təvəllüdlü IRINA MICHAJLIKOVÁ həvalə edib. Lakin 2009-cu ildə aralarındakı narazılıqdan dolayı Ziyəddin Əliyev onu şirkətdən uzaqlaşdırır.

2017-ci ilə qədər şirkəti özü idarə edən Ziyəddin Əliyev həmin il oktyabrın 16-da, yəni Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat almasından ay yarım əvvəl onu o zaman Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı olan 26 yaşlı oğlu Nicat Əlibəylinin idarəçiliyinə verir. Görünür, Ziyəddin Əliyev artıq yeni vəzifə üçün sənədlərini təqdim etmişdi və prezidentin sərəncamını gözləyirdi.

2017-ci ilə aid illik maliyyə hesabatına görə icra başçısına aid bu şirkətin aktivləri 15 milyon kron, yəni yarım milyon dollar civarındadır. Qeyd edək ki, Ziyəddin Əliyev bu şirkət üzərindən Brnoda avtosalon və servis mərkəzi açıb.
Amma Ziyəddin Əliyev Avropada biznesini Çexiya ilə məhdudlaşdırmayıb. Belə ki, 22 iyul 2017-ci il tarixdə cənab Əliyev Avstriyanın paytaxtı Vyanda daha bir şirkət qeydiyyatdan keçirib. S.M.A.N Business Solutions GmbH Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı ilə FN 457017 i saylı lisenziya alıb. Şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti, ticarət sahələrini əhatə edir.

Şirkətin hissələrinin 51 faizi Ziyəddin Əliyevin Çexiyada sahibi olduğu AZ SERVIS – NR s.r.o. şirkətinə, 49 faizi isə Sübhan Məmmədli adlı şəxsə məxsusdur. S.M.A.N Business Solutions GmbH-ni AzPROMO-nun Avstriyadakı nümayəndəsi, Qarabağ Vyana klubunun meneceri Ramin Şükürov idarə edir.

Rubrika.az bildirir ki, Ziyəddin Əliyevin biznesi ilə bağlı yuxarıda təqdim etdiyimiz şok faktlar bir müddətdir ki, ölkə gündəminin əsas müzakirə mövzularındandır. Hələ ki, bu informasiya qarşı tərəfdən təkzib edilməyib, eləcə də Ziyəddin Əliyev məsələylə bağlı kiçik açıqlama verməyə belə lüzum görməyib. Halbuki söhbət şübhəli milyonlardan gedir, o milyonlardan ki, bir məmur həmin məbləği halal əmək haqqısı ilə toplaya bilməzdi. Odur ki, Ziyəddin Əliyevin çox da uzaq olmayan keçmişə dayanan şübhəli fəaliyyətinin ciddi araşdırılmasına ehtiyac olduğu düşüncəsindəyik. Növbəti yazılarımızı məhz həmin məqamlar üzərində qurmağa çalışacağıq. (Rubrika.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu