Əlil Əhmədov Preziden İlham Əliyevə muraciet etdi

19:54 2.02.2019 929
Əlil Əhmədov Preziden İlham Əliyevə  muraciet etdi




Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına.
Surəti:Azərbaycan Respublikasının Birinci-Vitse Prezidenti Mehriban xanım Əliyevaya.
Surəti:Azərbaycan Respublikasının Baş Naziri cənab Novruz Məmmədova.
Surəti:Azərbaycan Respublikasının Milli Məclisin sədri cənab Oktay Əsədova.
Surəti:Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə.
Surəti: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə.
Surəti:Azərbaycan Respublikasının Maliyyə Naziri cənab Samir Şərifova.
Surəti:Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri cənab Şahin Mustafayevə.
Surəti:OMBUDSMAN Elmira xanım Süleymanovaya.
Surəti:Azərbaycan Respublikası Prezident Aparatının şöbə müdri cənab Zeynal Nağdəliyevə.
Surəti:Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini Bahar xanım Muradovaya.
Surəti:Azərbaycan Respublikası Milli Məclisin deputatı Qənirə xanım Paşayevaya.
Surəti:Azərbaycan Respublikası Milli Məclisin deputatı cənab Musa Quliyevə.
Surəti:Azərbaycan Respublikası Milli Məclisin Hüquq Komitəsinin sədri cənab Əli Hüseynliyə.
Surəti:Azərbaycan Respublikasının Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri cənab Hadı Rəcəbliyə.
Surəti:Azərbaycan Respublikası Milli Məclisin deputatı cənab Araz Əlizadəyə.
Surəti:(Digər hörmətli Nazirlərimizə, hörmətli deputatlarımıza, QHT və KİV rəhbərlərinə,

Komitə və İcma rəhbərlərinə də göndərilir: - Mənə kömək olunması üçün və ərizəmizin cənab Prezidentə çatdırılması üçün).
Ağdam rayon Əfətli kənd sakini, Əlil Əhmədov Ramin Məhəddin oğlu tərəfindən
Şikayət ərizəsi.

Hörmətli Prezident və hakimiyyət nümayyəndələri!

Yazıb bildirirəm ki, mən əlil insanam. Ağdam rayonunun sərhəd boyu yerləşən cəbhə kəndində yaşayıram. Ailə üzvülərimin hər biri işsizdirlər. Mən 2018-ci il də ƏƏSM-Nazirliyinin işsiz və kasıb ailələr üçün təşkil etdiyi "özünə məşğulluq" proqramına qatıldım və kurslarda oxudum və sertifikatlara layiq görüldüm və bizə də öz biznesimizi qurmaq üçün südlük mal almaq üçün dövlət tərəfindən 5000 manat vəsait ayrıldı. 2018-ci ilin oktiyabr ayında Ağdam Məşğulluq Mərkəzinin işçiləri və şirkət nümayəndələri tərəfindən mənə 2 baş inək verdilər. Ancaq bizə bildirilmişdir ki, Sizə südlük, balalı inəklər veriləcək.
Bizə verilmiş bu inəklər qoca və arıq, bazarlarda alınmayan heyvanlardır. Mənə balalı adı ilə verilmiş inək öz balasını yaxınına buraxmır və gün ərzində heç 2 litr də süd vermir. Bu cür südlük inək olar? Mənə verilmiş inəklərin bazar qiyməti 1000-1200 manatdır. Belə olan halda bu adın bilmədiyimiz şirkət biz vətəndaşların hüquqlarını pozur və biz əlil, işsiz insanlara dövlət tərəfindən ayrılmış vəsaiti düzgün vermir. Bizə südlük, cins heyvan əvəzinə qoca,arıq və xəstə heyvanlar veriblər. Bizə bu vəsait ayrılıb ki, öz biznesimizi quraq və dolanaq. Ancaq dövlət tərəfindən bizlər üçün ayrılmış vəsaitin hamısını bizlərə ödəmirlər. Mən 24 yanvar 2019-cu il tarixdə televiziya kanallarının xəbərlər proqlamında hörmətli deputatlarımızın “Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Musa Quliyev qeyd etdi ki, nöqsanlar aradan qaldırılmalıdır:-“Bu layihə uğurla həyata keçirilməlidir və buna kölgə salınmamalıdır”. Deputat Araz Əlizadə də bu məsələdən narazı olduğunu qeyd etdi:-“Bu layihədə insanlara yerli heyvanlar verilir. Onlara cins heyvanlar vermək lazımdır ki, öz bizneslərini inkişaf etdirsinlər”. Mən bir əlil insan kimi bu məsələyə müdaxilə etdikləri


-2-

üçün öz adımdan deputatlarımıza öz dərin minnətdarlığımı bildirirəm və mənimlə bağlı baş vermiş bu məsələdə mənə, əlil azərbaycan vətəndaşına köməklik etmələrini gözləyirəm.
Hörmətli Prezident və hakimiyyət nümayyəndələri!
Azərbaycan Respublikası prezidenti möhtərəm İlham Əliyev cənablarının sərəncamlarına əsasən işsizliyin aradan qaldırılması üçün Dövlət Məşğulluq Mərkəzlərində “özünəməşğulluq” layihəsi yaradılıb və işsiz və iş axtaran vətəndaşlar kurslara cəlb edilib aktivlərlə təmin olunurlar. Ancaq çox təəssüf edirəm ki, prezidentimizin sərəncam və göstərişləri əsasında dövlət büdcəsindən bizlər üçün ayrılmış vəsaitlər Ağdam rayonunda, tam halda, öz kiççik biznesimizi qurmaq üçün bizlərə sərf olunmur. Bizlərə məlum olmayan səbəblərdən 5000 manatlıq heyvan alınmaq əvəzinə bizlərə həmin 5000 manatdan cəmisi 2200 manat civarında heyvan verilib. Həmin heyvanlar qoca və xəstə heyvanlardır. Belə olan halda dövlət tərəfindən bizlərə ayrılmış və bizə çatası vəsaitin qalan hissəsi hara və kimlərəin cibinə gedir? Biz yerdə qalan vəsaitimizi kimdən tələb edək? Bu hal ciddi qanun pozuntusu deyil, bəs nədir? Dövlət tərəfidən ayrılmış 5000 manatlıq aktivləri tam halda almaq üçün mən daha haralara müraciət etməliyəm?
Hörmətli Prezident və hakimiyyət nümayyəndələri!
28.01.2019-cu il tarixdə Ağdam rayon Baytarlıq idarəsinin həkimləri gəlib mənə verilmiş heyvanları müayinə etdi və bildirdi ki, bu heyvanın birinin ciyari yox halındadır. Bu heyvan öləcək, bildirdilər ki, bu heyvanların orqanizmi çox zəifdir və bunların gələcəyi barədə söz demək çətindir. Mən də elə həmin gün Ağdam Məşğulluq Mərkəzinin direktoru E.Rüstəmovun qəbuluna getdim ki, bu məsələni ona deyəm. Ancaq Elşən müəllimi tapa bilmədim, ona görə də telefon vasitəsi ilə zəng edərək məsələni ona dedim. Cavabında Elşən müəllim mənə bildirdi ki, nə vaxt ölsə, həkim çağrarsınız akt tərtib edər biz də nazirliyə bildirərik ki, heyvan xəstə olduğ üçün ölüb. Mən də dedim ki, ola bilməz ki, indi məlumat versəniz ki, verilən heyvanlar xəstədir. O, isə cavabında mənə bildirdi ki, bütün respublikaya verilən heyvanlar bu gündədir. Bizim kimi işsiz və əlil insanlara bu lahiyələrə qoşulub ki, öz ailə biznesimizi qurub ailəmizi dolandıraq, yoxsa bizə verilmiş xəstə heyvanların ölməsini gözləyək? Mən bir əlil kimi nə edəcəyimi bilmirəm. Adı bizlərdən gizlədilən, bu işbaz şirkət və ƏƏSM-nazirliyinin işçiləri biz insanların hüquqlarını pozur, başımıza oyun açır və dövlət tərəfindən bizlərə veriləcək südlük heyvanların əvəzinə bizlərə xəstə-xüstə heyvanlar veriblər. Biz etiraz edəndə də ki, bu heyvanlar xəstə, qoca heyvanlardır, bizə cavab olaraq deyirlər ki, bahasına pul vermisən! Mən hər zaman bu vəzifəli şəxslərə cavab olaraq bildirmişəm ki, bu vəsaiti biz əlil, işsiz insanlara dövlətimiz verir, bizlər kimlərinsə öz şəxsi maraqlarının qurbanı olmamalıyıq. Bu vəsaiti tam halda almaq və öz ailə biznesimizi qurmaq bizim haqqımızdır və bizim haqqımızı pozanlar layiq olduqları cəzalarını alacaqlar.
Mən bir vətəndaş kimi dövlətimə, onun Prezidenti çox hörmətli İlham Əliyevə güvənirəm və bizlərin başına gətirilən bu məsələ ilə bağlı ciddi ölçü götürülməsini gözləyirəm!

Hörmətlə:

İmza: Əhmədov Ramin Məhəddin oğlu

Əlaqə tel: 050-894-05-02



ZamanTv.az


Əlil Əhmədov Preziden İlham Əliyevə  muraciet etdi
Əlil Əhmədov Preziden İlham Əliyevə  muraciet etdi
Əlil Əhmədov Preziden İlham Əliyevə  muraciet etdi
Əlil Əhmədov Preziden İlham Əliyevə  muraciet etdi
Əlil Əhmədov Preziden İlham Əliyevə  muraciet etdi
Əlil Əhmədov Preziden İlham Əliyevə  muraciet etdi
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...