Liverpul"un futolçusu Lazar Markoviç komandadan ayrılıb.
Zamantv.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, mersisaydlılarla müqaviləsini ləğv edən 25 yaşlı yarımmüdafiəçi "Fulhem"ə keçib. Serbiyalı futolçu Premyer Liqa təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, 2014-cü ildə “Benfika”dan transfer edilən Markoviç, Türkiyənin “Fənərbaxça”, Portuqaliyanın “Sportinq”, İngiltərənin “Hall Siti” və Belçikanın “Anderlext” klubunda icarə əsasında oynayıb. O, bu mövsüm "Liverpul"un heyətində oyuna çıxmayıb.
Zamantv.az