“ACCESSBANK” yavaş-yavaş “aradan çıxır”?! - Bağlanması an məsələsidir...

15:05 31.01.2019 504
“ACCESSBANK” yavaş-yavaş “aradan çıxır”?! - Bağlanması an məsələsidir...

Azərbaycanda əsasən kiçik və qismən də orta sahibkarlar arasında populyar olan “AccessBank” QSC son illər heç cür zərərdən çıxa bilmir. “AzPolitika.info” bankın maliyyə nəticələrinə istinadla xəbər verir ki, sözügedən bank 2018-ci ili 11 milyon 579 min manat xalis zərərlə başa vurub. Bu, Azərbaycanda fəaliyyət göstərən banklar arasında mənfi mənada kifayət qədər yüksək göstəricilərdən biridir.

Əslində, 2018-ci ildə bankın əməliyyat zərəri daha çox olub – 33 milyon manata yaxın. Yalnız, ötən il ehtimal olunan kredit və depozit itkiləri üçün ehtiyatdan daxil olan 21 milyon 415 min manatın hesabına bankın zərəri 11 milyon 579 min manata düşüb.

Bank 2017-ci ili də böyük zərərlə başa vurmuşdu.

Mərkəzi bankın qanuni tələbi, yoxsa mənasız kağız parçası…
2018-ci ildə “AccessBank”ın faiz gəlirləri 2017-ci illə müqayisədə 15 milyon manata yaxın azalaraq, 102 milyon 475 min manatdan 88 milyon 71 min manata enib. Bankın qeyri-faiz əməliyyatlarından zərəri isə 8 milyon 974 min manat təşkil edib.

Həmçinin, bankın balans kapitalı da 2017-ci ilin nəticələrinə nisbətdə 12 milyon manatdan çox azalaraq, 56.569 milyon manata enib.

“AccessBank”ın maliyyə göstəricilərindəki ən çox narahatlıq doğuran məqamlardan biri isə bankın məcmu kapitalının 2017-ci ilə nisbətdə artmaq əvəzinə, azalmasıdır. Məlum olduğu kimi, Mərkəzi Bankın məcmu kapital tələbi 50 milyon manatdır. Lakin 2017-ci ilin 31 dekabr tarixinə bankın məcmu kapitalı 43 milyon 593 min olduğu halda, 2018-ci ilin eyni tarixinə 14 milyon manata yaxın azalaraq, 30 milyon 28 min təşkil edib. Bu, az qala bankın yavaş-yavaş “aradan çıxması” kimi də başa düşülə bilər…

Çünki Mərkəzi Bankın 50 milyon manat tələbinə yaxınlaşmaqdansa, uzaqlaşma prossesi baş verir. Bu, ya Mərkəzi Bankın tələbinə məhəl qoyulmaması, onu adi kağız parçası hesab etmək, ya da gerçəkdən bankın Azərbaycanın bank sektorundan uzaqlaşmaq istəyi kimi yozula bilər. Və onu da xatırladaq ki, “AccessBank” Mərkəzi Bankın məcmu kapital tələbini yerinə yetirə bilməyən 3-4 bankdan biridir…

Eynilə Mərkəzi Bankın kapital adekvatlığı əmsalı ilə bağlı qoyduğu tələb də yerinə yetirilməyib və “AccessBank”da bu göstərici də acınacaqlıdır. Xatırladaq ki, bu göstərici bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir. Onun aşağı olması isə bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə zəif olmasına işarədir.

Mərkəzi Bank 2016-cı ildə I dərəcəli kapitalın adekvatlıq əmsalını ən azı 5 faiz, məcmu kapitalın adekvatlıq əmsalını isə minimum 10 faiz təyin edib. Göstəricilərin bu faizlərdən aşağı olması bankın müflisləşmə ehtimalını artırır. ““AccessBank”da isə 2018-ci ilin yekunlarına görə, bu göstəricilər müvafiq olaraq, 2 faiz və 4.03 faizdir, yəni ki, hətta minimal normadan da 2 dəfə (!) az.

“”Accessbank” vasitəsilə böyük qazanc əldə etdilər, indi isə kənarda durublar…”

Yeri gəlmişkən, bir müddət öncə “AccessBank”da baş verənlərlə bağlı mətbuata danışan tanınmış hüquqşünas, bank işi üzrə ekspert Əkrəm Həsənov bu bank barədə ilginc fikirlər söyləmişdi. O, bankın “Fitch” beynəlxalq reytinq agentliyinin xidmətindən imtina etməklə, hətta iflasın astanasında olduğuna dair iddia irəli sürmüşdü.

Xatırladaq ki, nüfuzlu agentlikdən imtina addımı “Fitch”in “AccessBank”ın uzunmüddətli defolt reytinqinin “C” səviyyəsində olduğunu açıqlamasından sonra atılıb. Əkrəm Həsənov açıqlamasında demişdi ki, bu qərar ilk növbədə bankın iflas olması anonsunu verir: “”Accessbank”ın vaxtilə öyündüyü “Fitch” reytinqlərindən imtina etməsi olduqca ciddi məsələdir. Agentliyin banka verdiyi sonuncu reytinq “C”-dir, yəni müflisləşmə ehtimalı olduqca böyükdür (bəziləri bu reytinqi müflisləşmənin qaçılmaz olduğu kimi tərif edir).

Xeyli problemli krediti olan və savadsız tərtib edilmiş kredit sənədləri ucbatından məhkəmələrdə məğlub olan “Accessbank” ötən ili (2017) 73,7 milyon manat, 2016-cı ili isə 100,889 milyon manat zərərlə başa vurub. Halbuki, 2007-2015-ci illəri yüksək xalis mənfəətlə başa vurmuşdu: cəmi təxminən 210 milyon manat.

Həmin illərin manat məzənnəsini nəzərə alsaq, bankın cəmi qazancı (təxminən 270 milyon dollar) cəmi itkilərindən (təxminən 107 milyon dollar) azı iki dəfə yarım çoxdur. Amma problem odur ki, ötən illər ərzində bankın səhmdarları qazancı götürüblər və indi banka pul qoymaq (heç olmasa götürdüklərinin bir hissəsini geri qaytarmaq) istəmirlər.

Xatırladıram ki, “Sizin yerli Avropa bankınız” şüarı altında fəaliyyət göstərən bu qurumun səhmdarları Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq və xarici maliyyə institutlarıdır. Neft gəlirlərimizin bumu illərində sahibkarlarımıza yüksək faizlə kredit verərək, (özü də kölgə iqtisadiyyatına rəvac verərək, “qara mühasibatlıq” əsasında) bu təşkilatlar “AccessBank” vasitəsilə böyük qazanc əldə etdilər, indi isə kənarda durublar. Bazarımız artıq onlar üçün maraqlı deyil”.

“Müştərilərini güdaza verən banka kim etibar edər… ?“

Bankın gələcəyilə bağlı danışan ekspert iddia edib ki, “AccessBank”ın rəhbərliyinin dəyişdirilməsi də təsadüfi deyil: “Təsadüfi deyil ki, bu ilin iyun ayında ilk dəfə olaraq, banka rəhbərliyi də xarici deyil, yerli kadra (deputat Sevinc Fətəliyevanın həyat yoldaşı Anar Həsənov) etibar etdilər. Yəni “qara işi” ona həvalə etdilər.

O da bankın problemli kreditlərinin həlli üçün ən “qara” yolu tapdı: kollektor şirkəti yaratdı və qanunsuz olaraq borclular haqda məlumatı ona ötürdü, habelə borcluların guya, bankdan qanunsuz kredit götürməsi adı ilə hüquq-mühafizə orqanlarına topdan qaydada müraciət etdi (heç bir yerli bank hələ bu səviyyəyə enməmişdi).

Halbuki, bir bankda bu qədər qanunsuz kredit verilibsə, ilk növbədə elə onun rəhbərliyini məsuliyyətə cəlb etmək lazımdır (amma hələlik bankın inzibatçıları deyil, ancaq sahibkarlar həbs olunur). Ən əsası isə müştərilərini belə güdaza verən banka bundan sonra kim etibar edər axı? Əmanətçilər də ona etimad göstərərmi? İnanmıram ki, “AccessBank” bütün bunları nəzərə almayıb. Alıbsa, onda belə çıxır ki, həqiqətən də artıq bazarda qalmaqda maraqlı deyil. Əsas, mümkün qədər çox kredit qaytarmaq və daha az zərərlə getməkdir. Nə yolla olursa olsun. Necə deyərlər, imic heç nədir, susuzluq hər şey! Elə buna görə də “Fitch” reytinqi kimi dürüst güzgüyə də artıq ehtiyac yoxdur…”

Sonda hüquqşünasın dediklərindən, eləcə də“AccessBank”ın maliyyə göstəricilərindən belə qənaətə gəlmək olar ki, doğrudan da sözügedən bank qətiyyən ölkəmizin bank sektorunun güclü həlqələrindən biri deyil və bu həlqənin hələ nə qədər davam gətirəcəyi də böyük sual olaraq qalır…
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...