""Azərsu" ASC mətbuat xidmətinin başçısı Anar Cəbrayıllını həbs etsəydilər dünyada necə səs-küy qalxardı..." - Bir daha ikili standartlar haqqında...

13:11 29.01.2019 534
""Azərsu" ASC mətbuat xidmətinin başçısı Anar Cəbrayıllını həbs etsəydilər dünyada necə səs-küy qalxardı..." - Bir daha ikili standartlar haqqında...

Güman etmək olardı ki, erməni siyasi məhbusu Mqer Yeqiazaryanın faciəli ölümü ədalətli Avropada hiddət dalğası doğuracaq. Ancaq Avropa Birliyinin rəsmi nümayəndəsi, baş komissarı Maya Kosyançiç quru, heç bir əhəmiyyəti olmayan, Avropa narahatçılığını və qərəzsiz araşdırmaya ümidi ifadə edən trafaret, formal düzəlişlə kifayətləndi. Ümumiyyətlə, hər şey bununla da bitdi.

Dekabrın 21-dən yanvarın 17-dək, artıq müxalif milli demokratik təşkilatı "Erməni qartalları" partiyasının sədr müavini, 50 yaşlı Mqer Yeqiazaryan həbsxanada aclıq aksiyası keçirib. Yəni, erməni müxalifətçisi 27 gün ərzində "quru etiraz"ın bütün qaydalarına əsasən, xama və ya digər vegetarian məhsullarla əylənmədən, qidalardan şüurlu şəkildə imtina edərək dünya ictimaiyyətinin diqqətini çəkdi və mübarizə apardı. Hərçənd Azərbaycanın milli demokratları, hansılar ki, ənənə üzrə, əhalinin az bir hissəsinin zövqünə riyakarlıqla uyğunlaşırlar, etiraz edə bilərlər: Liberal inqilabın zəfərindən sonra Ermənistanda hansı siyasi məhbus ola bilər?

Öz üzərimə cəsarət götürərək cavab verirəm – ən həqiqisi! Deyək ki, əgər Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə o vaxtkı daxili işlər naziri İsgəndər Həmidov tərəfindən həbs olunmuş millət vəkili Hacı Əbdül siyasi məhbus hesab olunurdusa, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həbs edilmiş İsgəndər Həmidov Avropa Şurası tərəfindən siyasi səbəblərdən tutulan məhbus kimi tanındı.

Siyasət və bizim həyatımız belə dəyişikliklərlə doludur. Kim bilir, bəlkə bir müddətdən sonra Nikol Paşinyanın həbs etdirdiyi yeni dustaq Robert Koçaryan da Ermənistanda əsas siyasi məhbus kimi tanınacaq?! Axı nümayişin güllələnməsi, nədə ki, erməni dövlətinin keçmiş rəhbərini ittiham edirlər – hakimiyyət uğrunda taleyüklü vətəndaş mübarizəsinin nəticəsidir. Təmiz siyasət!

Və "Erməni qartalları", Azərbaycanda təqdim etməyə çalışdıqları kimi, heç də kiçik və mariginal təşkilat deyil, 14 il tarixi olan bir birlikdir. Təşkilatın bütün Ermənistan üzrə üç yüzdən çox filialı var, son illər ərzində "qartallar" iki mindən çox ictimai kampaniya keçiriblər. Hərəkatın lideri Xaçik Arsyan inqilaba qədər Ermənistan idman nazirinin müavini postunu tuturdu. Mərhum Mqer Yeqiazaryan isə onun müavini idi. Beynəlxalq hüquq müdafiə və həmkarlar ittifaqı təşkilatları istəsələr Mqeri jurnalist kimi də təqdim edə bilərdilər. Axı M.Yeqiazaryan "Haynews.am" informasiya saytının məsul katibi vəzifəsini tuturdu.

Bundan başqa, 2015-ci ildə M.Yeqiazaryan “Armvodokanal” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə başçılıq edirdi. Yəni bir növ bizim "Azərsu" ASC-nin mətbuat katibi kimi. Təsəvvür edin, əgər Azərbaycanda "Azərsu" ASC mətbuat xidmətinin başçısı Anar Cəbrayıllını həbs etsəydilər dünyada necə səs-küy qalxardı. Üstəlik də o, 27 gün quru aclıq aksiyası keçirsəydi?!

Ermənistan xüsusi xidmət orqanları- Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Yeqiazaryanı 3 dekabrda saxlamışdılar. Növbəti gün o, ittihamları rədd etdi və aclığa başladı. Amma 17 yanvarda aksiyanı məcburi dayandırdı, çünki, erməni KİV-in yazdığı kimi, sağlamlıq vəziyyəti pisləşməyə başlamışdı. Və bundan bir neçə gün sonra siyasi məhbus öldü. Ürəy dözmədi. Amma əvəzində, sovet vaxtlarında deyildiyi kimi, dünya ictimaiyyətinin proqressiv hissəsi bu darıxdırıcı statistikanı susqunluqla qəbul etdi. Bəli, avroparlamentarilər üçün Ermənistanda siyasi məhbusun ölümü yalnız darıxdırıcı statistikadır.

27 yaşlı azərbaycanlı bloger Mehman Hüseynov isə tamam başqa söhbətdir – o, cəmi bir sutka ac qala bilib. Sonra isə nəzərə çarpmadan, hüquq müdafiəçisi qardaşının dediyinə görə, süd məhsullarına və vegetarian qidasına keçib. Avropanın demokratik cəmiyyəti və liberal kübarları həsəd aparılacaq həmrəylik nümayiş etdiriblər – Avropa Parlamentinin 600 deputatı özlərində Azərbaycan hakimiyyətini ittiham etməyə cəsarət tapıblar. Nəyə görə Avropa azərbaycanlı blogerin işində bu cür nadir, az qala görünməmiş həmrəylik nümayiş etdirir və erməni siyasi məhbusun ölümünü sanki görmür?! Əlbəttə, bunu qalib gəlmiş erməni inqilabi işinə qarşı sevgi hissləri ilə izah etmək olar, amma qarabağlı səhra komandirlərinin hakimiyyəti dövründə də Qərb Köçəryanla Sarkisyanın tandemokratiyasına elə də tələbkar deyildi. Onlara gözün üstə qaşın var deyən yox idi: nə Paşinyanın dörd il həbsxanada qalması, nə parlamentin güllələnməsi, nə də mitinqlərin gülləbaran olunmasına görə... Qərb bu səhra komandirlərinə mülayim yanaşırdı, sanki ərköyün bir uşaq kimi. Onlara rəva görülən Azərbaycan hökumətinə rəva görülmürdü. Xatirimdə Ermənistanda siyasi həbslərə görə Avropa parlamentinin, yaxud AŞPA-nın bir qətnaməsi də yoxdur, halbuki, təkrar edirəm, erməni inqilabının başçısı, jurnalist Nikol Paşinyan təxminən dörd il həbsxanalarda yatıb. Avropa məhkəməsi onun işinə vacib işlər siyahısında da baxmağı lazım bilməyib...

Liberal dəyərlərin bu heyrətamiz dekorasiyasının arxasında çılpaq siyasət gizlənir. Məhz çılpaq siyasətin diktə etdiyi məqsədəuyğunluq və rasionallıq, öz mənafelərini güdmə ən ali hökmün motivlərini müəyyənləşdirir. Məsələ yalnız ondan ibarətdir ki. sərf edirsən. ya yox!..

Qərbin humanizmi haqqında az qala uşaqsayağı sadəlövhlüklə danışılan əhvalatları dinlədikcə mən hər dəfə rusiyalı intellektual Alfred Koxun müdrik pritçasından sitat gətirirəm. Burada hər hansı rəhmdən məhrum və ağılsızcasına qəddar vəhşi və qisasçı avropalının görünməz simasından bəhs olunur. Avropalı Normann üçün vəhşi qisas anında heç bir liberalizm və humanizm mövcud olmur. Bəli, əksər hallarda bizim Qərb haqqında təsəvvürlərimiz çox səthi və xoşdur.

Bir neçə gün bundan əvvəl Avropa xalqlarına həyəcan və sabahkı günə görə nigaranlıq hissi ilə çağırış etmiş otuz intellektual da məhz Avropa dəyərlərinin süqutuna diqqət yönəldirlər. Həyəcan təbili çalanların arasında müasir dövrün Bernar-Anri Levi, Milan Kunder, Orxan Pamuk, Lüdmila Ulitskaya və digər Nobel mükafatçıları kimi dahi adları var. İntellektuallar Avropanı ağuşuna alacaq yeni ksenofobiya və antisemitizmin yeni dalğası kimi faciə haqqında xəbərdarlıq edirlər. Avropa fəlsəfi düşüncəsinin ən yaxşı nümayəndələrinin fikrincə, yeni avropalı siyasətçilər “yalançı peyğəmbərlər”dir və onlar Avropanı məhv edərək, sivilizasiyanın qorunub saxlanması naminə son döyüşə atılmaq məcburiyyəti qarşısında qoyublar. İntellektuallar uca səslə birləşmiş Avropa ideyasının məğlubiyyətindən və bu ideyanın populizm dalğasının altında qalmasından bəhs edir, Avropa vicdanının böhranını təsdiqləyirlər.

Söhbət yenə də daimi məfhum olan vicdandan gedir. Ateistlər üçün bu, mənəvi məsuliyyət hissidir, dindarlar üçünsə Ali düşüncənin, yəni tanrının bir hissəsidir. Lakin mənəvi məsuliyyət və qaçılmaz qisasa olan dönməz inam baxımından vicdan ali insani dəyərdir. Hansını ki, bir çox avropalı siyasətçilər itiriblər. Doğrudanmı, anlamaq çətindir ki, Yegiazaryan ölüb, Hüseynov isə sağdır. Yoxsa qisasçı Norman, yaxud da normandiyalı üçün Hüseynovun ölümü çatışmırdı? Qisasa doğru daha bir addım atmaq üçün...
Eynulla Fətullayev
virtualaz.org
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU