Kooperasiya Universitetində təhsildən başqa hər şey var... - İTTİHAM

09:51 25.01.2019 589
Kooperasiya Universitetində təhsildən başqa hər şey var... - İTTİHAM

Respublikamızda iri çinli məmurların -- nazirlərin, komitə, agentlik, xidmət və şirkət rəhbərlərinin, icra başçılarının, deputatların, eləcə də imkanlı iş adamlarının və sənətçilərin elmi dərəcə almaları, özlərini cəmiyyətə alim kimi sırımaları çoxdan adi hala çevrilib. Bu utancverici proses, demək olar ki, hər kəsin gözü qarşısında baş verir. “Alim” adına iddialı imkanlı şəxslər var ki, bir gün yuxudan ayılır və öz-özlərinə sual verirlər: "Bu dünyada hər şeyim varsa, istədiyim hər şeyə nail olmuşamsa, nədən, bir “alim” adım da olmasın?!.". Belələri, bu məqsədlərinə çatmaq üçün, üz tuturlar ya Elmlər Akademiyasına, ya da Dissertasiya Şurasının fəaliyyət göstərdiyi ali məktəblərdən birinə. Orada adlarını dissertant və ya doktorant kimi qeydiyyata saldırır, formal bir mövzu götürürlər. Bir müddət sonra hər şey hazır olur -- ya tapşırıqla, ya da “bazarlıq” yolu ilə dissertasiya işi yazdırılır. Maraqlıdır ki, bütün bu proseslər qısa bir zaman kəsiyində həyata keçirilir. Əsl elm adamları təkcə mövzunun adını iki, üç ilə təsdiq etdirə bilmədikləri halda, saxta alimlər cəmi bir neçə ilə ya elmlər namizədi olur, ya da elmlər dokıtoru. Elm sahəsində baş verən bu cür biabırçılıqlar, bəzi “alim”lərin törətdikləri hoqqabazlıqlar ölkə mətbuatı tərəfindən mütəmadi olaraq gündəmə gətirilsə də, bunun da bir faydası olmur...

Elmi fəaliyyəti şübhə doğuran, bununla bağlı mətbuatda adı tez-tez hallandırılan şəxslərdən biri də “Azərittifaq”ın İdarə Heyətinin sədri, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini, Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdir. Öncə onun tərcümeyi-halına qısaca nəzər salmaq kifayətdir ki, nə demək istədiyimiz sizə də aydın olsun.

1951-ci ildə anadan olan Eldar Quliyev, 1973 - 1974-cü illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb. 1981 - 1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant kimi elmi tədqiqat işi ilə məşğul olub. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini,1993-cü ildə isə, İdarə Heyətinin sədri vəzifəsinə seçilib və indiyə kimi həmin vəzifəni icra edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru postunu da elə keçirən Eldar Quliyev II, III, IV və V çağırış Milli Məclisin deputatı seçilib və parlamentin Aqrar Siyasət Komitəsinin sədr müavinidir.

Prosesin maraqlı tərəfi ondadır ki, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantı olan Eldar Quliyevin yadına, yalnız 25 ildən sonra dissertasiya müdafiə edib, alimlik dərəcəsi almaq düşüb. Bundan cəmi bir neçə il sonra isə, ictimaiyyət onu elmlər doktoru, professor kimi tanıyıb.

Bu yerdə, ortaya çıxan bu sual bizim üçün də çox maraqlıdır: "Dissertasiya işini uzun illər müdafiə edə bilməyən, heç bir elmi əsər müəllifi olmayan bir Azərbaycan vətəndaşı, necə oldu, yaşa dolandan sonra, saysız-hesabsız uğurlara imza atıb, çoxlu kitablar, elmi əsərlər yaratdı?!". Maraqlıdır ki, həmin əsərlərin mövzuları ən müxtəlif sahələri əhatə edir -- gömrük işi, kənd təsərrüfatı və s., və i. Özü də, Eldar Quliyev bu “uğurlarına" görə, hətta müxtəlif ölkələrdə fəaliyyət göstərən elmi mərkəzlərin, cəmiyyətlərin mükafatlarına, diplomlarına da layiq görülüb.

Eldar müəllim əgər bu adlara, mükafatlara layiq idisə, belə bir istedadı vardısa, nədən, bütün bunlar indiyə qədər gizli qalıb?! Onun “dahiliyinin" yaşa dolandan sonra üzə çıxmasının xalqa nə faydası?!

Daha bir maraqlı məqama diqqət yetirək: Eldar Quliyev elmə gəldikdən dərhal sonra, ictimai mülkiyyət olan Kooperasiya Universitetini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bir qərarla özəlləşdirdi və özünü həmin ali təhsil müəssisəsinə rektor təyin etdi. Əgər Kooperasiya Universitetini özəlləşdirmək, eləcə də Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında çalışan yüzlərlə payçının mülkiyyətini özəlləşdirməyə açıq elan edib, “pay-püş” etmək zəruri idisə, onda kollektiv niyə kənarda qalmalı idi?! Bəs, onların payı kimə çatdı?! Bir ara mətbuatımız da bu mövzunun üstündə "baş sındırırdı". Lakin çifayda...

Kooperasiya Universiteti də, öz fəaliyyəti ilə, çoxdan ictimaiyyətin qınaq obyektinə çevrilib. Açıq-aşkar görünür ki, ali məktəblər içərisində ən çox qanunsuzluqlar və özbaşınalıqlar məhz bu universitetdə baş verir. Bu ali məktəb ölkədə savadsız mütəxəssislər bolluğu yaratmaqda, universitet anlayışını gözdən salmaqda "mahirdir". Bütün bunlar isə, məhz Eldar Quliyevin elmi sahədə “xidmətlərinin" acı nəticəsidir.

Yuxarıda sadaladıqlarımız onu deməyə əsas verir ki, Kooperasiya Universitetinin fəaliyyəti ilə bağlı ciddi araşdırmalar aparılmalı, müvafiq ölçü götürülməlidir. araz.az da, bir media orqanı olaraq, həmin xoşagəlməz halları daim diqqətdə saxlayacaq, bu yöndən araşdırmalarını davam etdirəcək. Mövzuya qayıdacağıq, bizi izləyin!
araz.az
0
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...