Günün qoroskopu: İntuisiyanıza inanın

00:13 25.01.2019 417
Günün qoroskopu: İntuisiyanıza inanın

Zamantv.az Milli.Az a isdinadən xəbər verirki Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - təşvişə düşməyin, pərişan olmayın. İşlərinizi kənardan sərt təsirlərdən qoruyun. Kiçik dünyanıza qapılmamağa çalışın. Başqasına mane olmayın, sizə də maneələr yaradılmasına imkan verməyin.

Özəl və önəmli saydığınız dəyərləri qoruyun. Əsas prinsip "Mənimdir!" kəlməsi olmamalıdır.

Günün ikinci yarısında bir qədər durun, tənəffüs edin. Alış-veriş üçün pis gün deyil.

Ailə üzvlərinizin qayğısına qalın, həssas olun. Axşam saatlarını ailəvi istirahətə ayırın.

Buğa - yadları yaşam arealınıza buraxmayın, özünüz də başqasının fəaliyyət məkanına girməyin. Ətrafınızdakı insanlar önəm verdikləri nəsnələri qoruyurlar.

Yaşananları dramatikləşdirməyin, amma proseslərin ritm və stilini dəyişmək imkanlarını da əldən verməyin. Faydasız planları reallaşdırmaq cəhdlərindən əl çəkib uğur qazanacağınız işlə məşğul olun. Hansısa avantüraya başlamaq fikriniz varsa, bunu etməyin.

İrəliləyə biləcəyiniz sahəni seçərək işə başlayın.

Əkizlər - sakit və rəvan gündür. Problemlər sizi nə qədər çox narahat edib təşvişə salırsa, gərginlik bir o qədər artacaq. Alış-veriş üçün məqbul gün deyil. Bədxərclik etməyin.

Xüsusi maraqların olduğu məkanda ətrafınızdakı insanlarla dil tapmaq çətinləşir.

Fərdi fəaliyyətə üstünlük verin. Nəi isə alınmırsa, tələsməyin.

Gəlir mənbələrinin artırılması və daha az vaxt sərf edərək işi effektiv etməyin yollarını düşünün.

Romantik maraqlar arxa planda olmalıdır. Sizə ehtiyac duyan insanlara həssas olun.

Xərçəng - gün ərzində formalaşan situasiyanın səbəblərini anlamağa cəhd göstərin. Sizinlə eyni obyektə iddialı olan insanların gizli motivasiyalarını anlaya bilərsiniz.

Enerjinizin təmərküzləşdiyi, amma onun əlverişlilik çərçivəsində nəzarətdə saxlamağın çətinləşdiyi zamandır. Rabitə və kommunikasiya vasitəsi ilə problem yarana bilər. Düşünülməmiş addım, ehtiyatsız açıqlama, anlaşmanın pozulması və ya strateji inkişaf planına riayətə aqressiv şəkildə nail olmağa can atmaq yolverilməzdir.

Hətta belə çətin energetikadan da kimsə faydalanmağa çalışaraq hadisələri özü üçün faydalı məcraya çevirmək fikrinə düşəcək.

Rəqib və ya bədxahın səhvindən istifadə edin.

Şir - aktivlik tələb edən gündür. Çoxdan bəri reallaşdırmağa çalışdığınız planı indi həyata keçirmək olar. Lakin bununla belə situasiya narahatlıq, yeni problemlər vəd edir. Güclü emosiyalar istəyirsiniz? Onları alacaqsınız.

Planlar, istəklər, niyyətlər, iradlar və tələblər çoxdur. Dəyişikliklərə gəldikdə isə, artıq gecdir. İntuisiya güclənəcək. Ətrafınızda qapalı amillər güclənir. Kiminsə marağı və təsiri hiss olunur.

Təmasları kondominimuma endirin. Sosial şəbəkələrdə sayıq davranın. Oxuyun, amma mühüm informasiyanı paylaşmayın.

Təşviş və nigaranlıqdan qurtulmaq üçün çalışın.

Qız - fəaliyyətinizin əsas hissəsinin olduğu məkanda emosiyalarınızı cilovlayın. Köhnə planlara və ideyalara diqqət yetirin. Həmfikirləri cəlb edə biləcək yeni ideyanı gündəmə gətirə bilərsiniz. Yaxın ətrafınızdakı insanların fəaliyyətini pozitiv dəyərləndirsəniz, planlarınıza daha ciddi dəstək ala bilərsiniz.

Gərginləşmədən işləyin. Situasiyanın ağırlaşdığını hiss etsəniz, problemin səbəbini və ya məhvərini araşdırın. Emosional davranmayın, faydalı məlumatların mübadiləsindən çəkinməyin. Qeyri-formal şəraitdə bir çox məsələləri müzakirə etmək olar. Axşam saatlarında müsbət təmayüllərin təsiri güclənəcək.

Tərəzi - işinizi tələsmədən görün. Yaşamınız və peşəkar fəaliyyətinizdə yeni uzunmüddətli münasibətlərin əsası qoyulur. Bir çox məsələlərdə maddi ünsürlər önəmli rol oynayır. Etibar etdiyiniz, güvəndiyiniz insanlarla əməkdaşlıq daha önəmlidir.

Genişmiqyaslı işləri və ya layihələri təxirə salın.

Adət etmədiyiniz şəraitdəsinizsə və ya şərtlər sizin üçün kritik hal alırsa, maksimum dərəcədə diqqətli, ehtiyatlı olun.

Fırıldaqçılardan qorunun, təxribatlara uymayın.

Sevdiyiniz insanlarla həssas olun. Yaşam arealı və iş yerinizdə qayda yaradın.

Əqrəb - diqqət mərkəzindəsiniz. Uğur və nailiyyətlərinizin sərt paxıllığa səbəb olmamasına çalışın. Yarışmayın, üstünülklərinizi nümayiş etdirməyin. Enerjiniz başqa məqsədlər üçün gərəkdir.

Adi zamanlardan fərqli olaraq uğurlu gündür. Ötənlərdəki nailiyyətlərinizdən birinin əks-sədası indi gündəmə gəlir. Şəxsi münasibətlərdəki problemləri nizamlayın. Barışıq və güzəştə meylli adam siz olun.

Yaşamınızın normal məcraya düşdüyünü anladığınız zaman situasiyanı çətinləşdirən əlavə şərtlər peyda olur. Baş verənləri diqqətlə müşahidə edin. Daha çox təcrübə əldə edin. Sizin üçün önəmli olan insanlarla qarşılıqlı anlaşmaya nail olun.

Şərtlərin diqtə etdiyi işlərlə məşğul olun. Yaxın gələcəyi tərəfdaşlarla müzakirə edin.

Oxatan - yaşamınızda nə isə tədricən dəyişir. Yaxşı tanımadığınız insanlarla çox səmimi olmayın. Etiraflar, planların tələsik paylaşması zamanı deyil. Uğurlarınıza paxıllıq edən var.

İşgüzar tərəfdaşlar və ya işdə həmkarlarla münasibətlərdə hisslər tarıma çəkilə bilər. İşgüzar və şəxsi münasibətləri korlamayın. Fəqət sizi ümumi problemlər, maraqlar birləşdirə bilər. Çətinliklər sizə iş və əməkdaşlığın yeni variantlarına çıxmağa mane olur. Mühüm xəbərləri gözləyin, sizi narahat edən suallara cavab arayın. Axına qarşı getməyin. Yaşam qarşınızda ciddi tapşırıqlar qoymursa, tələsməyin, bir qədər gözləyin.

Səhhətinizə fikir verin.

Oğlaq - yaxın ətrafınızdakı insanların hisslərinə fikir verin. Dəyər verdiyiniz insanların hisslərinə laqeyd qalmayın. Müzakirə və tənqidlərə aqressiv yanaşmayın. Suallara cavab arayın. Məzmunu anlamağa çalışın. İşlər çətinləşərsə, təkbaşına işləməyə başlayın.

Günün ikinci yarısında yorulsanız, bir qədər relaks prosedurlarına başlayın. Müsbət emosiyalarsız qalmayın. İndi sakitlik dönəmidir, çünki sabah ağır gün olacaq.

Dolça - baş verənləri həddən ziyadə emosional qəbul etməyin və gərəksiz olayları sürətləndirməyin. Maraq qorxudan güclü ola bilər. İdeya, axtarış çox vaxt almamalıdır. Emosionallığın artması yaşamınızda problemlər yarada bilər. Müstəqil şəkildə çalışın. Bilik və təcrübəni sistemləşdirin. Sənədlər, arxivlər, fotolarda qayda yaradın.

Qida rasionunuza fikir verin. Yardımınıza ehtiyacı olan insanlar var. Aqressivlik və sərtlik heç bir motivasiyası olmayan inciklik yarada bilər. Hisslərlə maraqları ön plana çıxararaq qarşı tərəfin maraqlarını qulaqardına vurmayın.

İntuisiyanıza inanın. İlkin emosiyalar hərəkətlərinizi idarə etməməlidir.

Balıqlar - yaxın ətrafınızdakı insanlardan birinin sirr saxladığı məsələni açmaq, ikibaşlı oyun oynayan şəxsi ifşa edə bilərsiniz. İntuisiyanız mübhəm şərtləri aşkarlamağa və hadisələrin inkişaf məcrasını görməyə imkan verir.

Zamandan yararlanaraq münasibətlərdə dəqiqliyə nail olun.

Yaxşı tanıdığınız insanlarla, çoxdankı tərəfdaşlarla, qohumlarla çalışın. Qarşılıqlı anlaşmanın səviyyəsi yüksəkdir.

Ümumi tapşırıqlarınız var.

Hərənin öz marağı olsa da, müəyyən nəticəyə nail olmaq mümkündür. Çətinliklər yarananda şərtlərə uyğun olaraq hərəkət edin.

İllüziyalara və xəyallara aldanmayın. Emosiyalarla hisslərin sizi yolunuzdan sapdırmasına imkan verməyin.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...