Meriya ilə Agentliyin parkinq DAVASI

15:20 24.01.2019 484
Meriya ilə Agentliyin parkinq DAVASI

Ölkə Prezidentinin 2 aprel 2018-ci il Fərmanına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtdakı müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Bakı Nəqliyyat Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etməli və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görməli idi.

Eyni zamanda, ölkə başçısının 6 iyul 2018-ci ildə imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması da Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib.

İlk fərmandan 11 ay keçməsinə baxmayaraq, təhvil-təslim prosesilə bağlı müzakirələr səngimək bilmir.

Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli iki gün əvvəl keçirdiyi mətbuat konfransında paytaxtda yerüstü parklanmalardan yığılan pulların rəhbərlik etdiyi quruma heç bir aidiyyəti olmadığını açıqlayıb:

"Həmin parkalanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz, Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlərlə parklanmalara nəzarət edəcəyik".

Hazırda Bakıda 10 minə yaxın yerüstü parkinq yerlərinin olduğunu bildirən V.Kərimli onlardan yalnız 480-nin rəsmiləşdirildiyini vurğulayıb:

"Digərlərinin də rəsmiləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsilə danışıqlar gedir. Meriya ilə təhvil-təslim prosesi hələ yekunlaşmayıb".

Parklanmalardan yığılan pulların Meriyaya aidiyyatı yoxdur?

Meriya isə öz növbəsində Agentliyin açıqlamasını təkzib edib. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Meriyanın parklanma yerləri ilə heç bir bağlılığı yoxdur:

"Ötən ilin aprel ayından parklanmalarla bağlı səlahiyyət Bakı Nəqliyyat Agentliyinə verilib. İndi bu sualın meriyaya heç bir aidiyyatı yoxdur. Yəni BŞİH-nin tabeliyində parklanmalara nəzarət edən qurum yoxdur".

"Küçədə hərə qoluna qırmızı lent bağlayıb parkinq pulu tələb edirsə, bunun Meriyaya nə aidiyyatı?!",-deyə mətbuat xidməti bəyan edib.

"Meriya Prezidentin fərmanını icra etmir"

İki rəsmi qurumun qarşılıqlı ittihamlarından heç nə anlaşılmadığı və cavabsız suallar qaldığı üçün nəqliyyat üzrə ekspert Ərşad Hüseynova müarciət etdik.

Ə.Hüseynov vətəndaşları narahat edən məsələyə hüquq-mühafizə orqanlarının qarışmasının vacibliyini vurğuladı:

"Meriya deyir təhvil vermişəm, mənlik deyil. Bakı Nəqliyyat Agentliyi də deyir ki, parklanmalar bizə təhvil verilməyib. Ona görə də hüquq-mühafizə orqanları məsələni araşdırmalıdırlar. Məndə olan məlumata görə, yerüstü parklanmalar Meriya tərəfindən Bakı Nəqliyyat Agentliyinə təhvil verilməyib və proses buna görə uzanır. Yəni konkret olaraq Prezidentin fərmanı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icra olunmur".

"Təhvil-təslim maliyyə məsələsinə görə yubadılır"

Ekspert təhvil-təslim prosesinin uzanmasında maliyə məsələlərinin önəm daşıdğını bildirdi:

"Bu da başadüşüləndir... Amma dövlət adından göstərilən xidmətə nəzarət ortalıqda qalıb. Hər halda təhvil-təslim yekunlaşsaydı, Bakı Nəqliyyat Agentliyi üzərinə düşən öhdəlikləri icra etməyə başlayardı, yerləri, qiymətləri müəyyənləşdirərdi. Ona görə də qəti şəkildə məsələ öz həllini tapmalıdır. Əhali də bilməlidir ki, hansı yerdə parkinq qiyməti neçədir, verdiyi pullar kimin cibinə gedir. Hətta bildirdilər hansısa MMC də bu işə qoşulub. Amma o MMC-nin başında duran kimdir? Bunu da araşdırsınlar. Ona görə vergi orqanları hüquq-mühafizə orqanları ilə birgə araşdımalara başlamalıdırlar ki, toplanan vəsait hara gedir. Çünki bu, ciddi maliyyə pozuntusudur"
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU