“Qardaşlarım məni şantaj edir” – Millət vəkili

16:10 16.04.2018 561
“Qardaşlarım məni şantaj edir” – Millət vəkili
Haqqımda ailəmlə bağlı problemlərin olduğu haqda elektron mediada ikinci dəfə çıxan xəbərləri çox üzüntü və təssüf hissi ilə qarşıladım. Keçən dəfə ailə üzvlərimin mediaya verdiyi açiqlamalarda şər və böhtana məruz qalmağıma baxmayaraq, susmağı, pis və ya yaxşı o ailənin bir parçası olduğumu qəbul edərək, ailəmi mediada müzakirə mövzusuna çevirməməyi qərara aldım. Ailə dəyərlərinə və atamın ruhuna hörmətlə yanaşaraq, susmağın artıq məni uçuruma apardığını, sağlamlığımı, karyeramı və ailə münasibətlərimi riskə atdığını görərək, sükutumu pozmaq məcburiyyətində qaldım”.Cumhuriyyet.net xəbər verir ki, bunu deputat Sona Əliyeva Modern.az-a açıqlamasında deyib. Anasının ittihamlarına cavab verən S. Əliyeva bildirib ki, o son günlərinə qədər atasının qulluğunda durmağının, böyük qardaşının da təsisçi olmağına baxmayaraq, təsisçilərdən biri kimi, müəssisənin bütün hüququi məsələlərini həll etməyinin “günahını” yaşayır: “Atamın verdiyi qərarın ailə üzvlərimin xoşuna gəlməyəcəyini bilsəm də, onun son arzusuna yox deyə bilmədim…

Bildirmək istəyirəm ki, atamın vəfatından sonra ailə üzvlərimiz arasında mirasla bağlı gərginlik yaşanıb, atamın vəsiyyəti və göstərişi ilə özünün müəssisəyə təyin etdiyi hüquqşünas tərəfindən mülkiyyətin üç övlad arasında ədalətli şəkildə bölünməsi ilə bağlı aparılan işlər dayandırılıb. Atamın arzusunun yerinə gətirilməsini istədiyimi dəfələrlə dilə gətirməyimə baxmayaraq, daha sonra ailə üzvlərim mərhum atamdan miras qalan əmlakdan və mülkiyyətdən imtina etməyəcəyim təqdirdə məni və övladlarımı öldürməklə hədələdi, həyat yoldaşım və digər ailə üzvlərimi təhqir edərək, ölkə mediasında biabır olunacağım haqqında təhdid və şantajlar səsləndirdi.

Son olaraq fevral ayının 7-də qardaşlarımın işbirliyi ilə ölkə mediasında haqqımda yalan və böhtan yazılar dərc olundu, məni şantaj edərək psixoloji təyziq altında ata mirasından notarial qaydada imtina etməyə məcbur etdilər. Məsələnin böyüməməsi və ailə məsələlərimizin medianın müzakirə mövzusuna çevrilməməsi üçün mərhum atamdan qalan əmlakdan və müəssisədə olan 50% təsisçi payından imtina etdim, atam tərəfindən mənə bağışlanan “Mercedes” markalı maşını onların təkidi ilə əmim oğlunun adına rəsmiləşdirdim. Buna baxmayaraq, qardaşlarım mənə dərs verdiklərini qeyd edərək, xəbəri media orqanlarından götürməyəcəklərini bildirib və beləcə üzücü hadisələr xəbər olaraq saytların manşetinə çevrilib”.

Xanım deputat çətin də olsa, həqiqətləri gizlətməyəcəyini bildirib. “Bu gün də eyni qaydada iqtidar partiyasının və Milli Məclisin üzvü olaraq haqqımda yayılan xəbərlərin təmsil etdiyim qurumların adına və şəxsiyyətimə xələl gətirməməsi baxımından mənim üçün nə qədər çətin olsa da, həqiqətləri söyləmək məcburiyyətində qaldım.

Burdan bəzi media orqanlarına isə xahiş etmək istəyirəm: bir məsələni araşdırmamış, həqiqətləri anlamamış insanların ləyaqət və şərəfinə toxunmayın! Mən ictimai xadim olmaqdan əlavə bir insanam, bir qadınam, bir anayam! Mənim 17 və 16 yaşlarında qızlarım və yeniyetmə oğlum var. Siz, bir də bu talehsiz hadisələrə bizim tərəfimizdən, mənim, ailəmin, övladlarımın keçirdiyi ağır psixoloji travma baxımından baxın! Anlamağa çalışın, ədalətli olmağa çalışın, xəbər xatirinə insanların həyatını, karyerasını heçə saymayın, kimlərinsə əlində alətə çevrilməyin. Vicdanınıza və həqiqətə arxa olun!

Bu gün artıq bütün olan üzücü hadisələrin media orqanlarında yerli-yersiz müzakirə obyektinə çevrilməyindənsə, hüquq-mühafizə orqanları tərəfindən araşdırlmasını, məsələyə hüquqi qiymət verilməsini arzu edərdim, çünki kifayət qədər səbr və susqunluq göstərməyimə baxmayaraq başqa çarəm qalmır… İyirmi birinci əsrdə yaşadığımız halda qadın olduğum üçün qardaşlarım da olsa, kişilər tərəfindən təyziq və təhdidlərə məruz qaldığıım bu cəmiyyətdə medianın başıma gələnləri üzvü olduğum partiyanın və qurumun imicini korlamaq üçün alətə çevirməyinə də ayrıca təssüflənirəm.

Sonda demək istəyirəm ki, əgər mən Milli Məclisin üzvü olaraq cəmiyyətdə qardaşlarım kişi olduğundan onlar tərəfindən bu qədər təzyiq, hədə və böhtanlara məruz qalıramsa, təhsilsiz, sadə qadınlar nələr yaşayır, təsəvvür belə etmək istəmirəm. Belə bir talehsizlik yaşamağımdan dolayı, başda özüm olmaqla Azərbaycan qadınlarının miras və bu kimi digər hüquqlarını qoruyacağımı və daim yanlarında olacağımı bildirməklə, bu kimi problemlər yaşayan qadınlarımızın mənə müraciət etmələrini istəyirəm”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR