Bakı Baş Gömrük İdarəsində özbaşınalıq... - İTTİHAM

10:40 18.01.2019 507
Bakı Baş Gömrük İdarəsində özbaşınalıq... - İTTİHAM

Bakı Baş Gömrük İdarəsində sahibkarlar üçün süni maneələr yaradılır. Bu barədə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sahibkar Adil Haqverdiyev məlumat verib.

Azərbaycanlı sahibkarın sözlərinə görə, 2015-ci ildə Türkiyədə qurduqları şirkət vasitəsilə dünyanın 4 ölkəsinə mebel ixrac edirlər:

“Son zamanlar Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində sahibkarlığın inkişafına göstərilən dəstəyi, xüsusən də cənab prezidentin sahibkarlara dəstəyini, bu sahədə aparılan islahatları gördüyümüz üçün qərara aldıq ki, Türkiyədəki şirkətimizin burada nümayəndəliyini açaq. Bu yaxınlarda isə Türkiyədən ilk məhsularımızı ölkəyə gətirdik. Lakin hazırda gömrükdə malların qiymətləndirilməsi ilə bağlı çox ciddi problemlə qarşılaşmışıq. Bu təkcə bizim qarşılaşdığımız problem deyil, sahibkarların əksəriyyətinin üzləşdiyi problemdir”.

“Ölkəyə daxil olan məhsulun qiyməti ixracatçı şirkətə yerli şirkət (mənşə ölkə) tərəfindən verilən hesab-fakturada qeyd olunur” – deyən, həmsöhbətimiz bildirdi ki, bizim gömrük orqanları da beynəlxalq qaydalara riayət edərək bu qiyməti qəbul edirlər: “Ancaq daha sonra gömrük əməkdaşları məlumat bazasına müraciət edirlər və bildirirlər ki, bizim “bazadakı” qiymət sizin təqdim etdiyiniz qiymətdən yüksəkdir. Elə birinci problem budur. Gömrüyün məlumat bazası imkan vermir ki, sahibkarlar ölkəyə daha ucuz məhsullar idxal etsinlər. Biz buna etiraz etdik.

Bundan sonra onlar bazar araşdırması apardılar. Bizim məhsul Azərbaycanda cəmi iki şirkətə satıldığı üçün bazarda yoxdur. Ona görə də girirlər “google” axtarış saytına, firmanın adını və markanı yazıb axtarırlar. İkinci ən böyük problem də elə budur. Axtarışı mənşəyi bilinməyən saytlar üzərindən aparırlar. Baxmırlar ki, bu nə saytdır, nə məqsədlə qurulub. Bizim məhsulun axtarışı zamanı cəm bir sayt tapıblar.

Orda mənim 400 dollar qiymət qoyduğum bir malın oxşar modelini tapıblar ki, bu məhsulun qiyməti 24 min 500 lirəyədir. Bu da hardasa 5 min dollara yaxın bir məbləğdir. Sonra həmin məlumatı çıxarıb aparıb qoyurlar Bakı Baş Gömrük İdarəsinin rəisinin qarşısına ki, bəs gətirilən məhsulun qiyməti budur, real qiyməti isə bu. Halbuki belə bir hadisə olarsa, bu birbaşa cinayətdir.

Mənə deyir ki, sənin rüsumun 30 faiz qalxmalıdır. O zaman ortaya belə sual çıxır. Əgər sən mənim malımın qiymətini mənşəyi bilinməyən bir veb-saytda 10 dəfə baha görürsənsə, onda niyə təklif edirsən ki, rüsumu 30 faiz artıq ödəyim. Məntiqlə rüsumu da 10 dəfə artırmalıyam axı. Bu məntiqsizliyin səbəbini soruşanda da deyirlər ki, biz sizə hörmət edirik”.

Sahibkar Adil Haqverdiyevin sözlərinə görə, mallar gəldikdən sonra təxminən 10 gün onların tələblərinin əsassız olduğunu izah eləməklə keçirmişəm:
“Hətta onların tapdığı veb-sayta zəng edib danışmışam. Bildirirlər ki, sayta belə bir elanın necə qoyulduğunu xatırlamırlar və hazırda onlarda belə bir məhsul yoxdur. Nəhayət biz Bakı Baş Gömrük İdarəsinin rəisinə məktub yazdıq və bildirdik ki, qiymətləndirmə ilə bağlı gömrük əməkdaşlarının irəli sürdükləri iradlar əsassızdır. Bundan sonra bizə bildirdilər ki, malın qiymətini müəyyən etmək üçün ekspertizaya verməliyik. Halbuki, biz həmin malın qiymətini müəyyən etmək üçün lazım olan bütün sənədləri gömrük orqanına təqdim etmişdik. Üçüncü ciddi problem də ekspertiza ilə bağlıdır.
Ekspert gəlib TIR-ın içərisində olan 80 fərqli mebel dəstinin içərisindən sadəcə 2 modelin – bir kreslo və bir divanın şəkilini telefonla çəkərək getdi. Soruşanda ki, siz tək şəkillə bu məhsulun qiymətini necə müəyyən edəcəksiniz. Bildirdi ki, mən mebelin rəngindən onun neçəyə satıldığını tapacam. Yəni, məsələyə qeyri-peşəkar yanaşdılar. Elə ekspertin gəldiyi nəticə də gömrüyün nəticəsi ilə üst-üstə düşdü.
Dördüncü ən böyü problem kommunikasiya ilə bağlıdır. Gömrük Komitəsinə gedib problemi deyirsən, bildirirlər ki, bu bizlik deyil Bakı Baş Gömrük İdarəsində həll olunmalıdır. Beşinci ciddi problem savadsız və səriştəsiz kadrların olmasıdır. Altıncı problem isə odur ki, mən bir sahibkar kimi Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi ilə görüşüb problemlərimi ona çatdıra bilmirəm. Mənim malım 20 gündən artıqdır ki, ordadır. Yəqin ki, mənim kimi bir-neçə sahibkar da eyni problemlə qarşılaşıb. Lakin, rəhbərlik bir dəfə də maraqlanmır ki, bunların problemi nədir. Niyə bu mallar 20 gündür burda saxlanılır”. /yeniavaz.com/
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU