Politoloq: "Prezident İlham Əliyevin fəaliyyəti nəhəng beynəlxalq iqtisadi layihələrdən tutmuş böyük diplomatik qərarların qəbul olunmasına öz təsirini göstərdi"

17:38 17.01.2019 453
Politoloq: "Prezident İlham Əliyevin fəaliyyəti nəhəng beynəlxalq iqtisadi layihələrdən tutmuş böyük diplomatik qərarların qəbul olunmasına öz təsirini göstərdi"

Mürəkkəb dünyada baş verən proseslər fonunda Azərbaycanın sabit və davamlı inkişafı Prezident İlham Əliyevin 15 illik dövlət quruculuğu siyasətinin bariz nəticəsidir.

Zamantv.Az bildirir ki, bunu Trend-ə politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, yeni dünya nizamının qurulması prosesi, iqtisadi böhranlar, terror təhlükəsinin yayılması, Rusiya, İran və Türkiyə kimi böyük qonşularımızla digər güc mərkəzləri arasında nüfuz savaşının şiddətlənməsi, enerji bazarları və nəqliyyat-kommunikasiya marşrutları uğrunda amansız rəqabət, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsi, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda qeyri-konstruktiv mövqeyi, beynəlxalq təşkilatlarda ikili standartlar səbəbindən Azərbaycana qarşı ədalətsiz mövqe və s. Prezident İlham Əliyevin rəhbərliyə başladığı dövrdən ölkəmizi və regionu əhatə edən problemlərin yalnız bir hissəsidir.

Politoloq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin prezidentlik dövrü beynəlxalq siyasətdə "soyuq müharibə"nin başa çatmasından sonrakı müddəti və güc mərkəzləri arasında daha çox Rusiyanın zəif bənd olması, İranın sanksiyalar altında olması dövrünü əhatə edirdi: "Həmin dövrün də özünəməxsus çətinlikləri var idi. İlham Əliyevin prezidentlik dövrü isə Yaxın Şərq və Cənubi Qafqazda, eləcə də digər bölgələrdə Azərbaycanın üç böyük qonşusu - Rusiya, İran və Türkiyənin yeni güc mərkəzi formalaşdırmaq cəhdlərinin Vaşinqtonun maraqları ilə toqquşması, Azərbaycanın ağır geosiyasi seçim qarşısında qalaraq balanslı siyasət həyata keçirmək yolu ilə təhlükələrdən mümkün qədər təcrid olunma səyləri ilə səciyyəvidir".

N.Məmmədova əlavə edib ki, müasir dünyada müsəlman ölkəsinin lideri olmaq xüsusilə çətindir: "Azərbaycan Prezidenti sivilizasiyalararası toqquşmalar fonunda öz tolerantlıq modelini təbliğ edən dövlətimizə qarşı müəyyən güc mərkəzlərinin və onların nəzarətində olan beynəlxalq təşkilatların təzyiqindən, ikili standartlarından ölkəmizi qoruyur".

Politoloq bildirib ki, dövlətimizin başçısının əzmkar fəaliyyəti ilə ötən 15 il nəinki ölkəmiz, regionumuz, həm də bütün dünya üçün çox mühüm hadisələrlə, qərarların qəbul olunması ilə yadda qaldı. Prezident İlham Əliyevin fəaliyyəti nəhəng beynəlxalq iqtisadi layihələrdən tutmuş böyük diplomatik qərarların, bəyanatların qəbul olunmasına öz təsirini göstərdi:

"Ümummilli lider Heydər Əliyevin hakimiyyət illəri separatçılığın, silahlı dövlət çevrilişinin qarşısının alınması ilə yadda qaldısa, İlham Əliyevin hakimiyyəti ölkədən qaçaraq xaricdə siyasi sığınacaq tapan və ölkəmizə qarşı baş qaldıran separatçıların, eləcə də özünü müxalifət adlandıran bəzi şəxslərin yenidən təşkilatlanması, ölkəmizə və iqtidara qarşı virtual savaş kampaniyaları ilə müşahidə olunur. Əbədiyaşar Prezident Heydər Əliyevin başladığı qlobal enerji bazarlarına çıxış siyasətini İlham Əliyev uğurla davam etdirir. Sivilizasiyalararası toqquşmanın dünyanın ən nüfuzlu alimləri, beyin mərkəzləri, hətta dövlət rəsmiləri tərəfindən etiraf edildiyi bir dövrdə Azərbaycan buna əks alternativ olaraq tolerantlıq, multikulturalizm kimi dəyərləri dövlət siyasəti elan etdi. Beynəlxalq səviyyəli idman, mədəniyyət tədbirləri keçirməklə dünyanı təkcə enerji boru kəmərləri ilə, Çindən Avropayadək uzanan Bakı-Tbilisi-Qars dəmir yolu, Rusiyadan Hindistanadək uzanan nəqliyyat yolları ilə deyil, eyni zamanda, mədəniyyət, idman kimi mənəvi dəyərlərlə birləşdirdiyini göstərdi".

N.Məmmədova deyib ki, Prezident İlham Əliyevin Azərbaycan dövləti adından imza atdığı sənədlər dünyada beynəlxalq hüquq prinsiplərinin aliliyinə hörmət edilməsinə çağırışla yanaşı, mötəbər beynəlxalq təşkilatların qərarlarına hörmət edilməsinin vacibliyini də təsbit etmiş oldu.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi