“Misir Mərdanov sona qədər ekspert institutunu nüfuzdan salmağa çalışdı” - İTTİHAM

13:55 17.01.2019 432
“Misir Mərdanov sona qədər ekspert institutunu nüfuzdan salmağa çalışdı” - İTTİHAM

“Ekspert” latın sözü olub (expertus) – təcrübəli deməkdir. Müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisinə ekspert deyilir.

Zamantv.az -ın məlumatına görə, AzEdu.az saytına mövzu ilə bağlı fikirlərini bildirən təhsil üzrə ekspert Etibar Əliyev deyir ki, onun bütün fəaliyyəti təhsil və elmlə bağlı olub:

“Mən “Məktəbli fəlsəfəsi”, “Yeni təhsil, tərbiyə və elm antologiyası”, “Yeni təlim texnologiyalarının tezaurusu”, “Boloniya bələdçisi”, “Müəllimlərin peşəkar kompetensiyalarınınartırılmasına dəstək”, “Orta təhsildə ictimai ekspertiza mexanizmlərinin yaradılması”, “Səriştəli valideyn” kitabların müəllifiyəm. Təhsil sahəsində 1000-dən çox elmi–publisistik məqalələrin dərc olunub”.

Təqdimata əlavə: Etibar Əliyev 1986-cı ildə Bakı Dövlət Universitetinin Fizikafakültəsini bitirib, Fəlsəfə üzrə fəlsəfə doktorudur. 1992-ci ildən 2002-ci ilə qədər Təhsil Nazirliyində çalışan E.Əliyev hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisidir. O, həmçinin, 2005-ci ildə təsis edilən “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədridir.

Ekspertin sözlərinə görə, onu ilk dəfə təhsil ekspertiadlandıran“Yeni müsavat” qəzeti olub:

“Və etiraf edim ki, mən ölkənin birinci təhsil ekspertiyəm. Məqalələrimin, təhsildə bir sıra problemlərin həllindəyardımçı olmasının şahidiyəm. Misir Mərdanovun nazir işlədiyi vaxtlarda 2 dəfə məhkəməyə verilmişəm. Eks-nazir sona qədər bizə “adını təhsil eksperti qoyanlar dedi”,bu institutu nüfuzdan salmağa çalışdı. Təhsil eksperti institutunun dirçəlməsində və fəaliyyətində Mikayıl Cabbarovun xidmətləri isə danılmazdır. O, nazir təyin olunduqdan sonra bizi bir neçə dəfə görüşə dəvət etdi və nazirliyin qrant müsabiqələrində iştirak etdik. Nazirlik bizi, demək olar ki, bütün tədbirlərinədəvət edirdi. Ölkə başçısı İlham Əliyevin imzaladığı “İctimai İştirakçılıq haqqında” Qanundan sonra ali məktəblərdə “İctimai nəzarət Şuraları” yaradıldı. Düşünürəm ki, ölkə başçısı səviyyəsində təhsildə şəffaflığın qorunması, vətəndaş cəmiyyətinin nümayəndələri ilə ali məktəblər arasında səmimi münasibətin qurulmasında maraq var”.

Ekspert titulunun ciddiliyi barədə:“Rəhmətlik Əjdər Ağayevlə, professor Şahlar Əsgərova“təhsil eksperti” deyəndə incimədilər!”

E.Əliyev qeyd edib ki, bir çox hallarda nəyisə tənqid edəndə qarşı tərəf bunu nazirə yönəldir:

“Təhsildə ekspert institutunun möhkəmlənməsindəvə nüfuzunun artmasında rəhmətlik Əjdər Ağayevlə, professor Şahlar Əsgərovun müstəsna xidmətləri var. Onlara təhsil eksperti deyəndə incimədilər. Bu, o demək idi ki, ekspert titulu ciddi xarakter daşıyır. Ölkədə elm və tibb sahəsində ekspertlərin olmaması isəçox pis haldır. Ekspertlər məsələlərə fərqli bucaq altında baxırlar. Bunu dünyagörüşlü və savadlı vəzifəlilər başa düşürlər. Bir çox hallarda nəyisə tənqid edəndə qarşı tərəf bunu nazirə yönəldir, beləcə aləm qarışır. Əslində ekspertlərin qoruyacağı bircə dəyər olmalıdır, o da həqiqət. Təhsil Nazirliyi ilə ekspertlərin münasibəti təhsil sahəsində ortaya çıxan problemlərin birgə çözülməsindən keçir. Burda maraqlı tərəf Təhsil Nazirliyi olmalıdır.

“Məktəb direktoru məşğul ola bilirsə, gedib öz işi ilə məşğul olsun”.

“Məsələn, mən hansısa məktəb direktorunun təhsil ekspertinə istehza ilə yanaşmasının, onu təhqir etməsinin tərəfdarı deyiləm. Məktəb direktoru məşğul ola bilirsə, gedib elə öz işi ilə məşğul olsun. Onsuz da məktəbin problemləri başdan aşır… Vəzifəli şəxslər anlamalıdırlar ki, tənqidin əhəmiyyəti tərifdən daha çoxdur. Lakin bir çox hallarda əks proses baş verir. Necə ki tənqid oldu, elli-obalı tənqid edən şəxsi susdurmağa çalışırlar…”, - deyə Etibar Əliyev əlavə edib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ