Azərbaycanda bu bank bağlana bilər – Külli miqdarda ziyan…

13:16 17.01.2019 513
Azərbaycanda bu bank bağlana bilər – Külli miqdarda ziyan…

“TuranBank”ın vəziyyəti ağırlaşıb – Külli miqdarda ziyan, bağlanma təhlükəsi

Devalvasiyalardan sonra çətin günlər yaşayan və ciddi zərərə uğrayan banklar sırasında “TuranBank” ASC də var.

Vətəndaşların kifayət qədər ciddi məbləğlərdə depozitləri olan “TuranBank”-ın 2018-ci ilin yekunlarına aid hesabatı göstərir ki, bu bank əvvəlki illərdə uğradığı zərərləri qapatmaqda ciddi çətinlik çəkir.

Belə ki, bankın rəsmi hesabatına görə, 2017-ci ili 1 milyona yaxın, daha dəqiq desək, 725 min manat ziyanla başa vuran “TuranBank”, 2018-ci ildə cəmi 70 min manat xalis mənfəət əldə edə bilib. Əlbəttə ki, kifayət qədər populyar bir bank üçün bu rəqəm olduqca simvolik, hətta ironik təsir bağışlayır. Eyni zamanda, bu göstərir ki, 2018-ci ildə manatın stabilliyini saxlaması və inflyasiya səviyyəsinin yüksək olmamasına rəğmən, bank bu mühitdən səmərəli istifadə edə bilməyib. Və 2017-ci ilin zərəri qarşısında çox cüzi miqdarda mənfəət əldə edə bilib.

Əhalinin onsuz da banklara güvəninin yüksək olmadığı bir dönəmdə “TuranBank”ın açıqladığı rəqəmlər əmanətçilləri daha ehtiyatlı olmağa vadar edir.

Hesabata görə, “TuranBank”ın 2018-ci il üçün faiz gəlirləri 30 milyon 931 min, faiz xərcləri 21 milyon 223 min, xalis faiz mənfəəti 9 milyon 708 min, qeyri-faiz gəlirləri 2 milyon 994 min, qeyri-faiz xərcləri isə 11 milyon 970 min manat olub.

Nəticədə, bank 2018-ci ili cəmi 70 min manat xalis mənfəətlə başa vurub.

“TuranBank”ın aktivlərində də azalma müşahidə olunub. Bankın 2018-ci ilin sonuna cəmi aktivləri 492, 606 manat, cəmi öhdəlikləri isə 433, 473 min manat təşkil etdiyi halda, ilin əvvəlində cəmi aktivləri 495 min 054 manat, cəmi öhdəlikləri isə 436 min 114 manat olub. Bankın aktivləri və öhdəliklərinin 313,08 milyon manatı müştərilərə verilmiş kreditlərdir.

“TuranBank”ın aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 662 min manat təşkil edib. Bankın öhdəliklərinin 253,785 milyon manatı müştərilərdən alınmış depozitlərdir.

Bankın balans kapitalında isə ilin yekununda cüzi dəyişiklik, dəqiq desək, 193 min manatlıq artım müşahidə olunub və bu göstərici ilin əvvəlində 58 mln 940 min manat olduğu halda, ilin sonunda 59 mln 133 min manata çatıb.

Ancaq bu göstərici eyni zamanda, ötən ilin 2-ci rübünün nəticələrilə müqayisədə bankın balans kapitalının az qala 1 milyon manata yaxın – 815 min manat azaldığını da ortaya qoyur. 2-ci rübün nəticələrinə görə “TuranBank”-ın balans kapitalı 59 milyon 948 min manat olduğu halda, üçüncü rübdə 58 milyon 995 min manata qədər enib. 4-cü rübdə balans kapitalı cəmi 138 min manat artsa da, 2-ci rübün göstəricisinə çata bilməyib.

2-ci rübün nəticələrinə görə Azərbaycandakı bankların sırasında 19-cu yerdə olan “TuranBank”, 3-cü rübdə 21-ci yerə enib.

Onu da xatırladaq ki, bir müddət öncə “Marja” “TuranBank”ın bağlanan bankların yolu ilə gedərək yüksək faizlə əmanət cəlb etdiyinə dair məlumat yaymışdı. “Bu bankda əmanət faizləri əsasən 16-18,5% intervalındadır ki, (hazırda bu rəqəm 12,5-12,9 faizə endirilib- red.) bu faiz dərəcələri ilə yerləşdirilən əmanətlər sığortalanmır. Bankın saytında yer alan məlumata görə, “TuranBank” “Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində 6 növ əmanət təqdim edir… Bankın yüksək faizlə əmanət cəlb etməsi vəsaitə ehtiyacının olduğuna və risklərə işarə edir. Əgər “Turan Bank” “Kapital Bank” qədər dayanıqlı və etibarlıdırsa 8%-lə əmanət cəlb etsin. Maliyyə dünyasında qəbul olunmuş qaydaya görə, yüksək gəlirlilik faizi risklərə işarədir” – deyə məlumatda bildirilmişdi.

Rəsmi hesabatlar da bankın vəziyyətinin yaxşılığa doğru getmədiyini göstərir.
AzPolitika.info
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu