“Fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik” - Azərbaycan Prezidenti

15:33 16.01.2019 513
“Fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik” - Azərbaycan Prezidenti

“İndi biz özümüz fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik”.
“Ölkə.Az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi mərasimində bildirib.

“Bu gün ölkəmizin tarixində çox əlamətdar hadisə baş verir. Biz Sumqayıt şəhərində karbamid zavodunun açılışını qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu zavodun yaradılması çox əlamətdar, çox önəmli hadisədir. Zavodun tikintisində iştirak etmiş bütün insanlara təşəkkürümü bildirmək istəyirəm. Mənə verilən məlumata görə, burada pik dövrdə üç mindən çox insan işləyib və onların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır”.

Prezident qeyd edib ki, bu, onu göstərir ki, Azərbaycanda çox güclü kadr potensialı yaradılmışdır, həm fəhlə kadrları, həm mütəxəssislər. Onun sözlərinə görə, bu, son illər ərzində təhsil sahəsinə ayrılan diqqətin bariz nümunəsidir.

“Bu zavodun tikintisində xarici tərəfdaşlar iştirak etmişlər. Baş podratçı Koreyanın “Samsung” şirkətidir. Ən müasir avadanlıqlar Danimarka və Hollandiya şirkətləri tərəfindən təchiz edilib. Finlandiya şirkəti bu zavodun fəaliyyəti üçün lazım olan məsləhətləri verib. Yəni, biz burada çox müsbət beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici şirkətlər üçün çox cəlbedici ölkədir. Bu gözəl sənaye müəssisəsi birgə səylər nəticəsində yaradılıb.

Onu da bildirməliyəm ki, zavodun ərsəyə gəlməsində xarici bankların da rolu kifayət qədər böyükdür. Biz zavodu tikməyə başlayanda öz vəsaitimizi ilk mərhələdə qoymuşuq. Sonra xarici banklardan da kreditlər verildi. Bizə maliyyə cəhətdən dəstək olan bütün banklara da təşəkkürümü bildirmək istəyirəm”,- ölkə başçısı əlavə edib.
O bildirib ki, beləliklə, ölkəmizdə ən müasir standartlara cavab verən gözəl böyük sənaye müəssisəsi yaradılmışdır: “Bu zavod Azərbaycanda qeyri-neft sənayesi sahəsində həyata keçirilən ən böyük layihədir. Mənə verilən məlumata görə, zavodda ildə 650 min ton karbamid istehsal olunacaq. Onun böyük əksəriyyəti ixrac ediləcək. Eyni zamanda, daxili tələbat da ödəniləcək. Çünki biz bu günə qədər gübrələri xaricdən alırıq və bu məqsədlər üçün böyük həcmdə valyuta xərclənir. Azərbaycan dövlətinin fermerlərə verilən gübrələrin 70 faizinin vəsaitini təmin etdiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu, büdcəmiz üçün kifayət qədər maliyyə yüküdür. Amma indi biz özümüz fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik”.

Dövlət başçısı vurğulayıb ki, zavodun özəlliyi həm də ondan ibarətdir ki, burada xammal kimi istifadə olunan məhsul təbii qazdır, yerli məhsuldur: “Yəni, karbamidin tərkibində xarici komponent yoxdur. Burada ildə 450 milyon kubmetr təbii qazdan istifadə olunacaq. Əgər biz təbii qazı indi bugünkü qiymətlərlə mövcud xarici bazarlara satsaydıq, bundan təqribən 80 milyon dollar vəsait əldə edə bilərdik. Ancaq karbamid şəklində istehsal olunacaq məhsulun dəyəri 150-160 milyon dollar olacaqdır. Yəni, biz səmərəliliyi demək olar ki, iki dəfə artırmışıq. Ölkəmiz üçün çox gözəl ixrac məhsulu yaratmışıq. Kənd təsərrüfatının inkişafı üçün yerli gübrə yaratmışıq və ölkəmizin qeyri-neft sənayesinə böyük töhfə vermişik. Yəni, zavodun fəaliyyətə başlaması, bax, bu əsas məqsədləri güdür. Biz bütün məqsədlərə çata bilmişik.

Mən çox şadam ki, ölkəmizdə qeyri-neft sənayesi sürətlə artır. Keçən il 9,1 faiz artmışdır. Bu, onu göstərir ki, sənayeləşmə prosesi uğurla gedir”. Azərbaycan Prezidenti xatırladıb ki, keçən ilin yayında Sumqayıtda “SOCAR Polymer” müəssisəsinin birinci mərhələsi fəaliyyətə başladı. “Bu il onun ikinci mərhələsi fəaliyyətə başlayacaq. Burada da ixracyönümlü çox gözəl məhsul istehsal olunacaq. Eyni zamanda, daxildə polipropilen, polietilendən istehsal olunacaq hazır məhsul da satışa buraxılacaq. Biz yenə də idxaldan asılılığı aradan qaldıracağıq. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılır. Mənə verilən məlumata görə, karbamid zavodunda 500 iş yeri yaradılacaq və burada işləyəcək insanların mütləq əksəriyyəti yerli vətəndaşlardır, onların əksəriyyəti gənclərdir. Yəni, orada çalışan insanların orta yaş səviyyəsi təqribən 30-35 arasındadır. Bax, görülən bu işlərin nəticələri budur. Ölkəmizin uğurlu inkişafı üçün belə böyük müəssisələrin çox böyük əhəmiyyəti var. Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq. Qeyd etdiyim kimi, qeyri-neft sənayesində 9,1 faiz artım çox böyük göstəricidir”.

Dövlət başçısı vurğulayıb ki, əlbəttə, Azərbaycan bu layihələri xarici tərəfdaşlarla həyata keçirərkən bizim beynəlxalq əlaqələrimiz də möhkəmlənir. “Bu gün Azərbaycan o ölkədir ki, bu ölkəyə həm xarici sərmayə qoyulur, həm banklar böyük məmnuniyyətlə vəsait ayırır. Çünki bilirlər ki, onların vəsaiti batmayacaq. Bilirlər ki, Azərbaycanın kifayət qədər böyük maliyyə resursları var. Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. Bax, bu gözəl vəziyyət imkan verir ki, biz tərəfdaşları, xarici bankları cəlb edək. Ancaq, eyni zamanda, bizim siyasətimiz ondan ibarətdir ki, xarici dövlət borcumuzu aşağı salaq. Necə ki, keçən il ərzində xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşübdür və bu il daha da düşəcək.

Mən çox şadam ki, bu gözəl müəssisə Sumqayıt şəhərində yaradılıb. Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Sumqayıtın sənaye potensialının möhkəmləndirilməsi üçün çox böyük işlər görülüb. Mənim təşəbbüsümlə Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Parkı yaradılıb və 2017-ci ildə karbamid zavodu parkın rezidenti olubdur. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var. Onlardan 10-u fəaliyyət göstərir, artıq 11-ci rezident - karbamid zavodu da fəaliyyətə başlamışdır. Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq ümumi sərmayə təqribən 3 milyard dollara yaxındır. Bu, həm Sumqayıtın iqtisadi-sənaye potensialını gücləndirir, həm də iş yerlərinin yaradılmasına xidmət göstərir. Sumqayıtın ümumi inkişafı, o cümlədən ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Sumqayıt bu gün parklar, bağlar, xiyabanlar şəhəridir, gözəl bulvar salınıb, binaların dam örtükləri təmir olunur. Ümumiyyətlə, indi Sumqayıtın müasir görkəmi çox müsbətdir. Bu zavod da ekoloji baxımdan çox təmiz bir zavoddur. Mənə verilən məlumata görə, havanı çirkləndirən heç bir maddə olmayacaq.

Beləliklə, bu zavodun yaradılması böyük hadisədir. Mən burada iştirak etmiş bütün vətəndaşları, bu işlərdə fəal rolu olan bütün insanları bir daha həm təbrik edirəm, həm onlara təşəkkürümü bildirirəm”,- dövlət başçısı qeyd edib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO