"Bu cür informasiyanı sızdırmaq diplomatik praktikada qəbul edilməyib..." - POLAD BÜLBÜLOĞLU RUSİYA XİN-İN SON HƏRƏKƏTLƏRİ HAQDA DANIŞDI

12:49 16.01.2019 476
"Bu cür informasiyanı sızdırmaq diplomatik praktikada qəbul edilməyib..." - POLAD BÜLBÜLOĞLU RUSİYA XİN-İN SON HƏRƏKƏTLƏRİ HAQDA DANIŞDI

Rusiya XİN erməni millətindən olan Rusiya vətəndaşlarının ölkə ərazisinə buraxılmasını Azərbaycan hökumətindən tələb edən kobud bəyanatlarla çıxış etməkdə davam edir. Lakin Azərbaycan nümayəndələri bu məsələdə güzəştə getmir, çünki ölkəmiz hələ də Ermənistanla müharibə vəziyyətindədir. Rusiya XİN Mariya Zaxarovanın son, aşkar həyasız bəyanatı ilə kifayətlənməyib. Dünən RİA “Novosti” xəbər yaydı ki, Azərbaycanın Rusiyadakı səfirliyi “Azərbaycanın hava limanlarında Rusiya vətəndaşlarına qarşı ayrıseçkiliklə əlaqədar Rusiya XİN-in yaddaş qeydini alıb”. Agentlik Moskvadakı diplomatik mənbəyə istinad edir.

“Azərbaycan tərəfi növbəti dəfə rusiyalı həmkarlarını ümidvar edib ki, problemin həll edilməsi üçün addımlar atılacaq”, - RİA “Novosti” adı çəkilməyən diplomatik mənbədən sitat gətirir.

Virtualaz.org şərh almaq üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya müraciət edib. Doğrudanmı, Rusiya tərəfi səfirliyə qeyd göndərib? Rusiya tərəfinin növbəti kobud müdaxiləsinin arxasında nə dayanır? Səfirin eksklüziv müsahibəsini diqqətinizə çatdırırıq.

- Dünən RİA “Novosti”nin erməni əsilli rusiyalılara qarşı ayrıseçkilik haqqında qeydin Rusiya XİN tərəfindən Azərbaycan səfirliyinə yaddaş qeydinin göndərilməsi barədə yayımlanmış xəbərini necə şərh edirsiniz?

- İlk öncə diqqəti bir fakta cəlb etmək istəyirəm ki, diplomatik təcrübədə qeyd kimi ötürülmüş informasiyanın KİV-də yayımlanması qəbul edilməyib, çünki bu, rəsmi diplomatik yazışma deyil. Nəzərə alsaq ki, bu məlumat istənilən halda mətbuata yol tapıb, öz tərəfimdən Sizə müvafiq arayış vermək üçün mənə şərait yaratdığınıza görə minnətdarlığımı bildirirəm.

Qeyd etmək lazımdır ki, dərc edilmiş məlumat reallığı əks etdirmir. Mənə bu məlumatın KİV-ə ötürülməsi təəccüblü gəlir, belə ki, lap bu günlərdə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva yaranmış vəziyyətə dair obyektiv şərh vermişdi. O da təəccüblüdür ki, məlumatda Azərbaycan tərəfinin problemin tənzimlənməsi ilə bağlı hansısa ümid verməsindən danışılır. Sual yaranır: Azərbaycan tərəfi dedikdə kim nəzərdə tutulur? Şəxsən mən, bir səfir kimi, heç kimi ümid verməmişəm, Azərbaycan XİN isə mətbuat katibi vasitəsilə mövqeyini bildirib.

- Doğrudanmı, Zaxarovanın son bəyanatına qədər Rusiya bu məsələni qaldırmışdı?

- Doğrudur, Rusiya tərəfi bu məsələni dəfələrlə müxtəlif səviyyələrdə qaldırıb. Həmin məsələdə mənim ölkəmin mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu cür tənzimləmələr həmin kateqoriyadan olan şəxslərə qarşı onların vətəndaşlıq mənsubiyyətindən asılı olmadan tətbiq edilir və bu vəziyyət Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi ilə əlaqədardır və ilk növbədə, elə həmin şəxslərin özlərinin təhlükəsizliyinin qorunmasına yönəldilib. Beynəlxalq təcrübə mövcuddur ki, ölkələr səbəbini belə izah etmədən müəyyən şəxslərə öz ərazilərinə daxil olmağa icazə vermirlər.

- Digər Rusiya vətəndaşları ilə bağlı problemlər varmı?

- Rusiyalı həmkarlarıma yaxşı məlumdur ki, Azərbaycanın dövlət siyasəti turist axınının gücləndirilməsinə yönəldilib. Yalnız 2018-ci ildə 800 min nəfərdən çox Rusiya vətəndaşı maneəsiz olaraq Azərbaycana gəlib və mənim bildiyim qədərilə heç bir şikayət olmayıb.

Onların arasında erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da olub ki, bunlar Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, idman yarışlarında iştirak ediblər. Azərbaycan səfirliyi dəfələrlə erməni əsilli Rusiya vətəndaşlarının, o cümlədən özəl qaydada Azərbaycana səfər etmələrinə şərait yaradıb. Bir daha qeyd etmək istəyirəm ki, istənilən məhdudiyyətlər yalnız həmin vətəndaşların özlərinin təhlükəsizlikləri baxımından tətbiq edilir. Yaddan çıxarmaq olmaz ki, Azərbaycanda bir milyon nəfərdən çox qaçqın və məcburi köçkün yaşayır və onlar doğma torpaqlarından qovulublar. Həmin şəxslər üzləşdikləri qəddarlıqları, əzabları və qeyri-insani rəftarı, eyni zamanda Xocalı soyqırımını heç vaxt unutmayacaqlar.

- Yaranmış vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Rusiyalı həmkarlarım məndən tez-tez soruşurlar: bu vəziyyətdən necə çıxmaq olar və bunun üçün nə edilməlidir? Hər dəfə də cavab verirəm ki, tez bir zamanda münaqişə ədalətli şəkildə və beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır ki, bu problemlər öz-özünə çözülsün.

Son illər ərzində üç dəfə Ermənistanda və Qarabağda olmuş bir insan kimi əminliklə deyə bilərəm ki, xalqlar arasında dialoq mümkündür, lakin Rusiya maksimal dərəcədə vasitəçilik səyləri göstərməlidir ki, işğalçı siyasətə son qoyulsun.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...