"Kaspi" tədris mərkəzinin əməkdaşı Kənan Quliyevlə, Sumqayıt şəhər 9 saylı məktəbin qalmaqallı direktor əvəzi Həqiqət Abdullayevanı hansı maraqlar birləşdirir..?

12:43 14.01.2019 601
"Kaspi" tədris mərkəzinin əməkdaşı Kənan Quliyevlə, Sumqayıt şəhər 9 saylı məktəbin qalmaqallı direktor əvəzi Həqiqət Abdullayevanı hansı maraqlar birləşdirir..?

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor əvəzi Həqiqət Abdullayeva ilə pedaqoji kollektivin bir neçə nümayəndəsi arasında baş verən qarşıdurma birincinin qələbəsi ilə yekunlaşmaqdadır. Xatırladaq ki, Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor əvəzi olan Həqiqət Abdullayeva ilə onun müavini Təranə Nəsirova, müəllimələr Yeganə Hüseynova və Aytəkin Paşayeva arasında baş verən qarşıdurmaya müəllimlərin şikayəti əsasında Sumqayıt şəhər prokurorluğu da qarışmışdı. Hətta Həqqət Abdullayevanın köməkçisi Aynurə xanım şəhər prokurorunun köməkçisi Elviz Salayevə şahid qismində izahat belə vermişdi. Oxucuların diqqətinə çatdıraq ki, hər üç müəllimənin müraciəti əsasında 1 saylı maliyyə hesablama mərkəzinin Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə apardığı yoxlamalar zamanı Həqiqət Abdullayeva tərəfindən yol verilmiş qanun pozuntularının aşkarlandığı qeyd edilirdi. Conflict.az-ın əməkdaşının məktəbdə drektor müavini, münaqişə tərəflərindən biri olan Təranə Nəsirova ilə telefon söhbətində o da, məlumatı təsdiqləmişdi. Əməkdaşımızın “sizə rayon rəhbərliyinin şikayətinizdən imtina edilməsi ilə bağlı təzyiqlərinin olduğu söylənilir” – sualına, “mən bu barədə danışmaq istəmirəm” – deyə cavab vermişdi. Göründüyü kimi Təranə xanım faktı ilk cümləsində nə təsdiq edir, nə də təkzib. Lakin sonradan yazmamaq şərti ilə “mənim iki övladım var, onları saxlamaq istəyirəm, mənimlə bağlı heç nə yazmayın” – deməsi həqiqətdə bu xanıma müəyyən instansiyalardan təzyiq edildiyi qənaətini yaradır. Onu da qeyd edək ki, münaqişənin ilk günlərində həmin şəxsin məhz Sumqayıt şəhər İHB-nin müavini Teymur Səmədov olduğu haqda məlumatlar dolaşırdı.
Ötən gün Conflict.az-a məktəbdəki mənbədən daxil olan məlumatda bildirlirdi ki, artıq Aytəkin Paşayeva və Təranə Nəsirovanın Həqiqət Abdullayeva ilə bağlı Sumqayıt şəhər prokurorluğuna etdikləri şikayətlər hər iki xanım tərəfindən geri götürülüb. Məlumatda o da qeyd edilir ki, bu məsələdə Teymur Səmədovun müstəsna rolu olub. Lakin mənbə əlavə olaraq onu da bildirdi ki, Təhsil nazirlyinə edilən şikayətlər hələ də qüvvəsindədir. Xatırladaq ki, müəllimələrdən biri – Yeganə Hüseynova şikayətini bir müddət əvvəl geri götürümüşdü. Mənbənin bildirdiyinə görə ona şikayətini geri götürmək üçün Sumqayıt şəhər təhsil şöbəsində çalışan bacısı vasitəsilə təzyiq edilib.
Oxucuların nəzərinə onu da çatdıraq ki, bir müddət əvvəl dərc edilən araşdırmada əməkdaşımızın münaqişə tərəflərindən biri olan Təranə Nəsirovaya:
- Redaksiyaya daxil olan məlumata görə müvafiq “razılaşma” əsasında yuxarı sinif şagirdlərinin bir neçəsi mütəmadi olaraq dərs prosesində iştirak etmirlər. Həmin şagirdlər ya repititor yanına, ya da müxtəlif hazırlıq kurslarına gedirlər. Bu fakt doğudurmu?
- Bunu DNİ-nin əməkdaşları özləri də gördülər və aktlaşdırdılar.
- Bizdə olan məlumata görə bu işdə Həqiqət Abdullayevaya “Kaspi” təhsil mərkəzində çalışan Kənan Quliyev adlı şəxs “kömək” edir. Bu doğrudurmu?
- Araşdırma davam edir. – deyə cavab vermişdi.
Deməli faktların bilavasitə şahidi olan xanım müavin, həmin faktların araşdırılması üçün də TN-ə müraciət edib. Digər tərəfdən özü etriaf etmişdi ki, nazirlyin Daxili Nəzarət idarəsinin əməkdaşları həmin faktların bilavasitə şahidi olublar və aktlaşdırıblar. Bəs elə isə Kənan Quliyev kimdir? Doğrudanmı o bu kimi işlərlə məşğul olur? Sözsüz ki, araşdırmalarımız hələ ki, davam edir. Lakin ötən gün redaksiayya daxil olan məlumatda olduqca maraqlı məqamlar ortaya çıxdı. Belə ki, Conflict.az-a məlumat verən mənbə DNİ əməkdaşlarının da şahidi olduqları hadisənin – dərs prosesində iştirak etməyən şagirdlərin adlarını və oxuduqları sinifləri redaksiyaya təqdim etdi.
1. İlknur Əlizadə - 10 c sinifi
2. Elşən Musayev – 10 c sinifi
3. Oruc Müslümzadə - 11 c sinifi
4. Xəqani Kərimli – 11 c sinifi
5. Rəşidə - 10 b sinifi
6. İsrail İsmayılov – 11 a sinifi
7. Türanə - 11 a sinifi
Xatırladaq ki, bu dərs prosesində mütəmadi olaraq iştirak etməyən şagirdlərin yalnız bir qismidir. Görəsən Təhsil naziri cənab Ceyhun Bayramov gündəlik mətbuatı izləyirmi? Əslində izləməsi şərtdir. Əgər ölkə Prezidenti cənab İlham Əliyev “Jurnalistlər mənim köməkçilərimdir. Mən ölkədə baş verən hadisələrlə bağlı məlumatı həm də mətbuatdan alıram və dərhal tədbirlər görülməsi üçün tapşırıqlarımı verirəm” – deyirsə, deməli cənab Bayramov üçün də bu məsələ olduqca vacibdir. Əgər məsələ artıq bir müddətdir ki, mətbuatın gündəm mövzusuna çevrilib və hadisə ilə bağlı müvafiq müraciətlər, araşdırmalar varsa, o halda nazirlik nədən hələ də seyriçi münasibətdədir? Nədən cənab nazir DNİ əməkdaşlarının apardıqları yoxlıamanın nəticələrini tələb etmir? Nə üçün münaqişə tərəfləri nazirliyə dəvət edilib, ədalətli araşdırma aparılmır? Sumqayıt şəhər 9 saylı məktəbin direktor əvəzi Həqiqət Abdullayevanın nazir və ya şəhər rəhbərliyi üçün özəlliyi nədir? Nə üçün məktəbədə rus dili fənnini tədris etməli olan Vüqar Abdullayevin işə çıxmadan hər ay əmək haqqı kartına dövlət büdcəsindən müvafiq vəsait köçürülür?
Mövzuya qayıdacağıq.
Redaksiya araşdırmada adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ