Cari vergi ödənişində yenilik - HESABLAMA QAYDASI

09:58 14.01.2019 505
Cari vergi ödənişində yenilik - HESABLAMA QAYDASI

Vergi Məcəlləsinə edilmiş dəyişiklikdən sonra aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər, eləcə də, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilməzlər.

Oxu.Az xəbər verir ki, 2019-cu il yanvarın 1-dən bu kateqoriyadan olan hüquqi şəxslər mənfəət, fiziki şəxslər isə gəlir vergisi ödəməlidirlər.

Həmin şəxslər mənfəət və gəlir vergisi bəyannaməsini və vergi məbləğini Vergi Məcəlləsinin 149-cu maddəsinə əsasən 2019-cu il bitdikdən sonra növbəti ilin (2020-ci ilin) mart ayının 31-nə kimi ödəməlidirlər.

Bu vergilərin ödənilməsi müddəti maksimum 15 ay olduğundan Vergi Məcəlləsinin 151-ci maddəsi ödəyicidən ödənilməli olan məbləğin avans olaraq ödənilməsini tələb edir. Bu əməliyyat Vergi Məcəlləsində mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəməsi adlanır.

İqtisadçı Emin Səttarov cari vergi ödəməsini misallarla izah edir:

“Təsəvvür edin ki, A MMC-nin I rüb, yəni yanvar, fevral və mart ayları ərzində ümumilikdə 10 min manat gəliri olub və həmin gəlirin əldə olunması üçün 8 min manat gəlirdən çıxılan xərc çəkib.

Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, cari vergi məbləği belə hesablanır:

1. 10.000-8.000=2.000 manat (mənfəət)
2. 2.000*20%=400 manat (mənfəət vergisi)
3. 400*75%=300 (mənfəət vergisi üzrə cari vergi ödəməsi) Vergi Məcəlləsi cari vergi ödəməsinin 75 faiz ödənilməsini tələb edir.
4. 300-75%=75 manat (mikrosahibkarlıq subyekti olduğu üçün cari vergi ödəmisinə 75 faiz azadolma tətbiq edilib).

A MMC-nin II rüb, yəni aprel, may və iyun ayları ərzində ümumilikdə 15 min manat gəliri olub və həmin gəlirin əldə olunması üçün 7 min manat gəlirdən çıxılan xərc çəkib. Cari vergi məbləğinin hesablanması zamanı Vergi Məcəlləsinin 151.5.1-ci maddəsinə xüsusi diqqət edilməlidir.

Həmin maddədə “artan yekun” ifadəsi qeyd olunub. Yəni ödəyici hər rüb üzrə gəlir və xərclərini toplamaqla cari vergi hesablanması barədə arayışı təqdim etdikdən sonra vergi orqanı əvvəlki rübdə hesablanmış vergi məbləğini çıxaraq aradakı fərqi şəxsi vərəqəyə işləyir.

Vergi Məcəlləsinin 151.5.1-ci maddəsinə görə, əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.

II rüb üzrə cari vergi ödəməsinin hesablanması

1. (10.000+15.000)-(8.000+7.000)=10.000 manat (mənfəət)
2. 10.000*20%=2.000 manat (mənfəət vergisi)
3. 2.000*75%=1.500 manat (mənfəət vergisi üzrə cari vergi ödəməsi). Vergi ödəyicisi 1.500 manat bəyan etməsinə baxmayaraq, vergi orqanı şəxsi vərəqədə 1.500-300=1.200 manat göstərəcək.

2019-cu ildən Vergi Məcəlləsinə əlavə olunmuş 102.1.30 və 106.1.20-ci maddələrinə əsasən, vergi ödəyicisi cari vergi ödəməsini hesablayarkən artan yekunla hesablanmış gəlirin (dövriyyənin) məbləği 200 min manatı keçmirsə, cari vergi məbləğinə 75 faiz azadolma tətbiq edə bilər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT