Komleks Qazma İşləri Trestinin rəhbəri haqda ilginc iddialar... - İTTİHAM

12:25 12.01.2019 577
Komleks Qazma İşləri Trestinin rəhbəri haqda ilginc iddialar... - İTTİHAM

Azərbaycanda məmurların vəzifədə uzun illər qalması artıq bir adətə çevrilib desək heçdə yanılmarıq. Dövlət qurumlarında uzun müddət vəzifədə işləyən məmurlarımızın bəziləri rəhbərlik etdikləri qurumları özlərinin şəxsi obyekti kimi idarə edirlər. Belə qurumlardan biridə Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəlidir. Bununla bağlı cumhuriyyət.az-a daxil olan məlumata görə Dövlət Neft Şirkətinin adı çəkilən idarəsinin müdiri vəzifəsində 20 ildən çoxdur işləyən İsgəndər Şirəli yaxın günlərdə vəzifəsi ilə vidalaşacaq. Buna səbəb isə İsgəndər müəllim haqqında şirkət rəhbərliyinə və ölkə mətbuatına davamlı olaraq ünvanlanan şikayət məktublarıdı. Bu arada isə İsgəndər Şirəlinin qanunsuz əməlləri ilə bağlı yeni faktlar məlum olub.
İsgəndər Şirəlinin trestin büdcəsi hesabına qızlarına dəbdəbəli qalereya açdığı, restoran biznesindən gəlir əldə etməsi üçün şərait yaratdığı iddia olunur. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, trest rəisinin qızı Leyla Şirəli “Ağ şəhər Rəsm Qalereyası”nın sahibidir. Qiyməti 100 minlərlə manatla ölçülən obyekt ailəyə məxsusdur. Qalereyanın təmirini İskəndər Şirəli şəxsən həyata keçirib. Təmir işləri İskəndər Şirəlinin göstərişinə əsasən tabeçiliyində olan trestin əməkdaşları tərəfindən aparılıb. Bəzən mal-materiallar idarəninin balansından başqa təyinatla silinərək qalareyanın təmirinə yönəldilb. Daxil olan məlumatda o da deyilir ki, rəsm qalereyasının açılışı, təqdimatı, dekorasiyaların qurulmasına xərclənən vəsait Leyla Şirəlinin məmur atasının şəxsi hesabına reallaşdırılıb.
İsgəndər Şirəli başçılıq etdiyi trestin rəhbər şəxlərini və bir sıra əməkdaşları qızının rəsm qalereyasının açılışında iştiraka vadar edib. Fotodan da görünür ki, “Kompleks Qazma İşləri Tresti”nin rəsinin geoloji məsələlər üzrə müavini Mehman Yusifov, iqtisadi məsələlər üzrə müavini Rəsul Quliyev də açılışda Leyla Şirəlinin yanında olublar.
Şirəli ailəsinə məxsus daha bir bahalı obyekt “Zabitlər bağı”nda yerləşən “Lunch Chef” restoranıdır. Bu obyekt İskəndər Şirəlinin digər qızı Nilufər Qarayevaya məxsusdur. İsgəndər Şirəlinin rəhbərlik etdiyi trestin bütün əməkdaşlarının yeməklə təminatını da bu restoran həyata keçirir. Bununla bağlı müqavilə də əlimizdədir və növbəti yazılarımızda onu da oxucuların diqqətinə çatdıracağıq. Trestdə fəhlələrin əmək haqlarının verilməsində gecikmələr müşahidə olunsa da restoranın ödənişlərində problem yoxdur. “Kompleks Qazma İşləri Tresti”nin 400 işçisi adambaşına gündəlik 5 manatlıq yeməklə təmin olunur. Beləliklə, İsgəndər Şirəli qızının restoranına idarə büdcəsindən hər gün 2000 manat (5 günlük iş həftəsinə görə ayda 44 min manat) vəsait ödəyir.
Dövlət Neft Şirkətinin (SOCAR) struktur bölmələrindən biri olan Kompleks Qazma İşləri Trestinə rəhbərlik edən İsgəndər Şirəliyevin ölkə xaricində biznes şəbəki qurması haqda da mediada məlumatlar yayılıb. Bununla bağlı cumhuriyyet.az bildirir ki, İsgəndər Şirəliyev 7-8 il öncə Türkiyədə biznes sahəsi qurmağa başlayıb. Həmin biznesin qurulmasında isə Fətullah Gülən hərəkatına bağlı və əslən azərbaycanlı olan şəxslərin köməkçi olduqları iddia edilir. Realliqinfo.az-a daxil olan məlumatda vurğulanır ki, SOCAR-ın trest müdiri Türkiyənin İstanbul və Antalya şəhərlərində otelçilik biznesi yaradıb. Hazırda biznesi Şimali Kipr Türk Cumhuriyyətində yüksək səviyyədə fəaliyyət göstərməkdədir.
Məlumatda İsgəndər Şirəlyevin oğlu Xəzər Şirəlinin Kiprin Türk tərəfində torpaq sahəsi alaraq böyük bir istirahət kompleksi inşa etdiyi deyilir. Trest müdiri Kiprdəki istirahət kompleksini hərəkata bağlı bir iş adamı ilə şərikli inşa etməsi də gəzən söz söhbətlər arasındadır.
***
Son illər isə trest müdirinin əsas vəzifələrdə işləyən adamlarının çoxalması idarədə ciddi şəkildə narazılığa səbəb olub. Çünki İsgəndər Şirəlinin “starteji” postlara təyin etdiyi qohum, əqrabalarının əksəriyyətinin ixtisası neft sahəsi ilə uzlaşmır. Ancaq buna baxmayaraq onlar neft-kimya sahəsinə illərini verib ali təhsil alan mütəxəsislərə rəhbərlik etməklə bərabər həmdə əmr sahiblərinə çevriliblər. Məhz Komleks Qazma İşləri Trestində baş verən qohum əqraba haqsızılığı Dövlət Neft Şirkəti rəhbərliyinində gözündən qaçmayıb. Çoxsaylı şikayətləri və mətbuatda təkzib olunmayan davamlı məlumatları nəzərə alan rəhbərlik İsgəndər Şirəli ilə vidalaşmaq qərarına gəlib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?