Impera
XƏBƏR LENTİ
10:37Sabirabadda bələdiyyə sədri qoçuluq edir... - "Şəhid ailəsinin torpağını satıb, deyir ki..."10:21Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO10:02Sosial şəbəkədə vətəndaşları aldadan iş adamının istintaqı başa çatıb09:46"Azeri LT CIF" markalı neftin qiyməti cüzi qalxdı09:33Türkiyədə 5 min 778 terrorçu məhv edilib - Süleyman Soylu20:03“Meqafon” Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlışlığı aradan qaldırıb19:42İnternet provayderləri hüququmuzu belə pozur: - Qiymət baha, xidmət aşağı...16:09“Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin” - GİLEY15:24"Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...15:04Maliyyə Bazarlarına Nəzarət Palatası “İdrak Texnoloji Transfer ” MMC-ni cərimələyib14:33Şəkidə 9 nəfərlik ailənin sosial yardım dərdi... - GİLEY14:12Ermənilər Paravani gölünün sahilindəki qədim gürcü kilsəsindən tövlə kimi istifadə edərək təhqir edirlər - Rəsmi Tiflis isə susur13:58“Sipark” MTK-nın süründürdüyü 59 sakin prezidentdən kömək istəyir - FOTO13:20İnam Kərimov inhisarçılar qarşısında ağ bayraq qaldırıb... - İran kartofu Gədəbəydə lotuluq edirsə...12:56Dövlətdən oğurlama faktını aşkarladı və - Müraciət11:54Putinin Türkiyədə nəhəng qələbəsi11:34Şəki Xan Sarayında xəsarət alanlarla bağlı - son durum açıqlandı14:36Azərbaycanda yeni lizinq şirkəti yaradılıb14:33Bazar gününün hava proqnozu - Belə deyirlər...13:00Arvadına çoxsaylı bıçaq vurdu — Öldüyünə əmin olmaq üçün boğazını kəsdi13:00Arvadına çoxsaylı bıçaq vurdu — Öldüyünə əmin olmaq üçün boğazını kəsdi12:40Senatorlar Türkiyəyə qarşı sanksiyalar tələb edir12:20“YUĞ” qastroldadır12:00Xələfovdan sərhədlərin delimitasiyası bağlı - Açıqlama11:40İran-İngiltərə gərginliyi PİK HƏDDƏ: daha bir döyüş gəmisi hərəkətə keçdi - FOTO11:20Növbəti tədris ilinin tətil günləri açıqlanıb - SİYAHI11:00Ermənilər Ağdamda yanğın törətdilər17:51Vilayət Eyvazov prezidenti əmin etdi: - "Bu iş gələcəkdə də böyük əzmlə davam etdiriləcək"17:30BAKIDA ORQAN MAFİYASI: İran, Türkiyə və Gürcüstana qədər uzanan cinayət - FOTO17:17"Müasir Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir" - Əli Həsənov17:05Azərbaycanda deputat qəzaya düşdü — AÇIQLAMA16:36Kürdəmirin icra başçısı vətəndaşı dinləmək belə istəmir - "Ha sürünürəm, bir yerə çıxa bilmirəm..."16:21Eldar Əzizov keçmiş müavininə VƏZİFƏ VERDİ16:04"S-400"-lər bölgədə yeni vəziyyət yaradacaq - TƏHLİL15:20Cəlilabadda təhsil adına rəzalət... - İTTİHAM14:53Uşaq toyda partlayış törətdi: onlarla ölü və yaralı14:30"Həci qədər əzizlərinizin başına daş düşsün"14:03“Azərişıq” ASC rəhbərliyinə qarşı ŞOK İTTİHAMLAR - Obyektinə işıq çəkdirmək üçün “rüsum” ödədi, öz hesabına şalbanlar aldı, elektrik xətti çəkdi, transformator aldı, amma...13:47İcbari Sığorta Bürosu: I yarımildə 35 ölüm halına görə 138 min manat kompensasiya ödənilib13:33"Lotu Quli" Bakıdadır - Gəliş səbəbi açıqlanmır13:11Xocavəndin ərköyün icra başçısı... - İDDİA12:05“Oba” marketləri yükləri mağazaya niyə satıcı xanımlara daşıtdırır?11:48Azərbaycanda illik inflyasiya 2,7% olub - RƏSMİ11:33"Sonradan aydın oldu ki, məni aldadıblar..." - GİLEY11:19Şəki sakinləri prezidentdən kömək istədilər... - Müraciət11:02Hindistanda 400 mindən çox insan daşqın zonasında qalıb10:47“Araz” supermarket məhsulun bitmə tarixini dəyişdirir - FOTOFAKT10:24Vilayət Eyvazov kollegiya iclası keçirir09:56BNA-dan taksilərlə bağlı anlaşılmaz QƏRAR - "...bu əlavə vəsait, məsuliyyət tələb edən məsələdir"09:34Nazir müavini: "Kənd təsərrüfatının ÜDM-də payı hər il nəzərəçarpacaq dərəcədə artır"09:20Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 21 il keçir18:38Putin Zelenskinin görüş təklifinə BU CAVABI VERDİ18:2510 milyonluq dəftərxana “xərci” qalmaqalı böyüyür - YEYİNTİ17:57Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkətə yazdığı cərimə ləğv edilib17:45Azərbaycanın ən bahalı orta məktəbləri – İllik təhsil haqqı 61 min manat17:28Cəlilabadda təhsil sistemi "gül vurur"... - İTTİHAM17:07Yoldaş Şirəliyev elmlə biznesi məharətlə bir-birinə calaq eləyə bilib - “Sobsan” boyalarına boyanan Kardiologiya İnstitutu16:51"Azərbaycanda FETÖ-nün 14 liseyi və 1 universiteti..." - Səfirdən açıqlama16:21"Üç ildir gözümə yuxu getmir..." - VİDEOGİLEY16:09Tanınmış polis polkovnikinin oğlu özünü öldürdü - ŞOK İNTİHAR15:53"Bu qanunsuzluqlar hələ də aradan qaldırılmayıb..." - GİLEY14:35"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsəm də..." - GİLEY14:21Rüfət Dadaşovdan qol ötürməsi14:03DİQQƏT! “Araz” supermarketində əldəqayırma Çin yumurtası satılır - VİDEO13:31"Valideynlərinin pulu yoxdur deyə, heç kim yaxın durmur..." - GİLEY13:17İnam Kərimov Afrikaya gilas satmaqdansa, ölkədə gilasın qiymətini ucuzlaşdırsın... - İTTİHAM12:11Füzuli Şıxəliyev və işçisindən İmişlidə əndrəbadi qərar... - Müraciət11:57Nazirlik prezident sərəncamını 4 aydır icra edə bilmir - MÜƏMMA11:46"Onların var-dövləti və vəzifələri var..." - GİLEY11:35S-400 “Triumf” müəmması: - Rusiya təyyarələri yükü çatdırıbmı...11:26Prezidentdən SDU-nun rektoru ilə bağlı SƏRƏNCAM17:50Erməni hökuməti xalqa müraciət etdi: - Kondisionerləri söndürün17:32FETÖ-nün iş dünyasındakı yeni Azərbaycan “imam”ı: - Fətullahçıları kim necə gücləndirir?17:17Gömrüyün dana monopilisti meydan sulayır... - Özbaşınalıq16:45"Qızım İnstaqrama girə bilməz, telefon belə vermirəm" - Məleykə Əsədova16:31“Qarabağ”ın düşərgəsindən məyusedici xəbər – oyunu buraxırlar...16:16Ukraynanın Müdafiə Nazirliyi SOCAR-dan dizel yanacağı alışını 9 dəfə artırıb15:55Beyləqanda saxta əlillik davası... - İş böyüyür...15:37"Nə əkməyə imkan verirlər, nə biçməyə..." - GİLEY15:19Xətai rayonunda ağacları kimlər və niyə kəsdi…14:57Novruz Qartal: “Xalq artistini o dünyada verəcəklər...”14:03Azərbaycanda ən çox müavini olan nazir kimdir? - TAM SİYAHI13:44Sabah hava necə olacaq? - Yenə də külək, yağış...13:18Separatçı rejim polisi Xankəndidə aclıq edən ermənini döydü... - FOTO13:01Mədət Quliyev mərhum nazirin kadrını işdən çıxardı12:38Pomidor niyə bahalaşıb? - Ekspert açıqlayır12:14“My Beach” istirahət mərkəzi rəsmən qarətlə məşğuldur... - ŞOK qiymətlər...11:59“Kasıbıq deyə, başımıza oyun açılmalıdır?” - GİLEY11:39Keçmiş icra başçısı dünyasını dəyişdi11:16Bakıda 9 min manatlıq “yaxşı” qəbir yeri satılır: - Kimsə cavabdehlik daşımaq istəmir10:59Slavyansk şəhərində Qarabağda yaralanan azərbaycanlı əsgərlər üçün kurort? - ARMYANSKDAN OLAN KEÇMİŞ NAZİRİN İDEYASI18:18Nazirlik ölkə resurslarını niyə gəlirə çevirə bilmir?18:01Cahangir Hacıyevin Londonda daha bir şirkəti tapıldı – Aktivində 75 milyon olub…17:50Manatın məzənnəsi dəyişmədi17:36BAKIDA DƏHŞƏT: 18 yaşlı qız özünü 4-cü mərtəbədən atdı17:29Prezident İlham Əliyev və Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər17:11“Nəsimi” xalçası ətrafında müəmma: - “Bacım Nərminənin iddiasının əksinə olaraq...”17:02Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Qobustan Milli Tarix-Bədii Qoruğunda olub16:49Azərbaycanlı iri məmurların adlı-sanlı restoranları: - hansı dəbdəbəli yer kimindir?16:39"Zirə"də şok istefa - prezident getdi
BÜTÜN XƏBƏRLƏR

"Lüğətlərin tərtibində plagiat sözünü dilə gətirmək ən azı insafsızlıqdır" - QALMAQAL

08 Ock 2019, 16:30   
"Lüğətlərin tərtibində plagiat sözünü dilə gətirmək ən azı insafsızlıqdır" - QALMAQAL

Artıq bir müddətdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun "Terminologiya" şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi "İzahlı dilçilik terminləri lüğəti" kitabının plagiat olması ilə bağlı məlumatlar dolaşmaqdadır. Belə ki, iddialara görə, Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ.Adilov, Z.N.Verdiyeva və F.M.Ağayevanın birlikdə tərtib etdikləri "İzahlı dilçilik terminləri" Fəxrəddin Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış "Dilçilik ensiklopedaiyası"ndan köçürülüb.

Nəzərinizə çatdıraq ki, məsələ ilə bağlı bir neçə gün öncə azedu.az-a açıqlama verən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru İdris Abbasov plagiat faktının ortada olduğunu bəyan edib: "Məsələni daha dərindən araşdırmağı düşünürəm. Bu, mövcud qanunvericiliklə tənzimlənməlidir. Yəqin ki, mövzu barədə müvafiq addımlar atılacaq. Fakt ortada varsa, ona hüquqi qiymət verilməlidir". Beləliklə, görünən kəndə bələdçinin lazım olmadığını vurğulayan filologiya elmləri doktorunun sözlərinə görə, hər şey ortadadır: "Çox təəssüf edirəm və belə halı heç kimə arzulamazdım. Təəssüf ki, plagiat faktı var. Yəqin ki, bu barədə müvafiq addımlar atılacaq. Fakt ortada varsa, ona hüquqi qiymət verilməlidir. Plagiatlığın özü pis davranış, pis əməldir. Bütövlükdə plagiatlıq elmi geriyə aparır. Bu hadisə ən azı ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu araşdırıb ortaya çıxaran jurnalist olub. Jurnalistin alimin işini araşdırıb ortaya qoymasının özü kiçik məsələ deyil. Bu çox mətləblərdən xəbər verir. Eyni zamanda, ona əsas verir ki, biz işlərimizə tənqidi yanaşmağı bacaraq. Alim olaraq ancaq işləyib, heç kimi aldatmadan təmiz, elmi iş ortaya qoymalıyıq. Aldatmağın özü də xəyanətdir". İdris Abbasov hesab edir ki, bu cür halların qarşısı alınmazsa, elmin inkişafından söhbət gedə bilməz: "Hazırda gənc alimlərimiz yetişir. Plagiatla məşğul olmaq və bunla bağlı heç bir işin görülməməsi gənc nəsildə ümidsizlik yaradır və rəqabət mühitini tamamilə məhv edir. Yaxşı elmi işlə, pis elmi işi bir-birindən fərqləndirmək lazımdır. Yoxsa elmimizin gələcəyi olmaz və uçuruma doğru gedərik".

Bu arada, diqqətinizə çatdıraq ki, professor Sayalı Sadıqova ona qarşı ünvanlanan ittihamlara cavabında "İzahlı dilçilik terminləri lüğəti" kitabının plagiat olmadığını bildirib. Onun sözlərinə görə, heç bir köçürülmədən söhbət gedə bilməz: "Bir neçə ay əvvəl kitabın təqdimat mərasimi keçirilib və təqdimatda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibəyli də iştirak edib. Kitab bəyənilib və dövlət mükafatımızı almışıq. Kitabda hər hansı plagiatlıq olsaydı, indiyədək bunun səsi çıxardı. Fəxrəddin müəllim Veysəlli Dilçilik Ensiklopediyası yazıb, orada alman, rus, ingilis lüğətləri var. Bizim kitabımız isə sırf Azərbaycan qrammatikasında işlənən terminlərin lüğətidir. Buna isə heç kəs nə deyə bilməz. Bizim kitabın üzərində 6 nəfər işləyib, burada heç bir köçürülmədən söhbət gedə bilməz. Bizim yazdığımız kitab Azərbaycan dilinin qrammatikası əsasında ilk dəfə sanballı yazılmış izahlı dilçilik lüğətidir. Kitab yazılan zaman bizim qarşımızda Azərbaycan dilinin qrammatikası olub. Azərbaycanda hər 5 ildən bir termenoloji lüğət yenilənir. Bizim əlimizdə olan əsas mənbə isə Qəzənfər müəllimin kitabları olur. İndi bizim yazdığımız lüğətdə hansı köçürülmədən söhbət gedə bilər? Bu, qətiyyən ola bilməz".

Yeri gəlmişkən, məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 165-ci maddəsinə görə, müəllif hüququ obyektlərindən qanunsuz istifadə etmə, elmi-bədii və ya başqa əsərləri öz adıyla nəşr etdirmə, özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə və bu əməllər nəticəsində müəllifə 1000 manatdan artıq miqdarda ziyan vurma kimi hallar baş veribsə, cinayəti törədən şəxs 1000 manatdan 2000 manata qədər cərimə edilə bilər. Eyni zamanda 320 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırıla bilər.

Məsud Mahmudov: "Həmin kitabı görməmişəm və buna görə də bu barədə heç nə deyə bilmərəm"

Beləliklə, mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçi, filologiya elmləri doktoru Məsud Mahmudov bildirdi ki, professor Sayalı Sadıqovanın nəşr etdirdiyi "İzahlı dilçilik terminləri lüğəti" kitabı ilə tanış olmadığı üçün bu barədə hər hansı şərh vermək doğru olmazdı: "Həmin kitabı görməmişəm və buna görə də bu barədə heç nə deyə bilmərəm. Mən də bununla bağlı mətbuatdan oxumuşam, lakin o kitabla tanış deyiləm. Əgər kitabı görsəydim, o zaman nəsə deyə bilərdim. Ancaq indiki halda görmədiyim kitab haqda danışa bilmərəm".

Aynel Məşədiyeva: "Açığı, kitabı mənə də verib, lakin oxumamışam, içini yoxlamamışam"

Növbəti həmsöhbətimiz, Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri üzrə fəlsəfə doktoru Aynel Məşədiyeva da sözügedən kitabı oxumadığını qeyd etdi: "Açığı, kitabı mənə də verib, lakin oxumamışam, içini yoxlamamışam. Sözün düzü, heç buna vaxtımız da yoxdur. Ona görə də bu barədə heç nə deyə bilmərəm. Ancaq bununla bağlı gedən yazılardan məlumatımız var".

Nəriman Seyidəliyev: "Lüğət tərtib olunarkən müəyyən əsərlərdən, müəyyən lüğət və kitablardan istifadə olunur"

Adıçəkilən institutun baş elmi işçi, filologiya üzrə elmlər doktoru Nəriman Seyidəliyev isə lüğət tərtib olunarkən müəyyən əsərlərdən, lüğət və kitablardan istifadə olunduğunu vurğuladı: "Əslində, lüğətlər bir-birindən istifadə olunan bir şeydir. Yəni lüğətlərdə istifadə olunma halları olur. Lakin plagiat olub-olmadığını deyə bilmərəm. Bunun üçün hamısını bir-bir yoxlamaq lazımdır. Odur ki, bu barədə dəqiq bir söz deyə bilmərəm. Amma bir daha qeyd edirəm ki, lüğət tərtib olunarkən müəyyən əsərlərdən, müəyyən lüğət və kitablardan istifadə olunur".

İlham Tahirov: "Mən də sizin kimi bu barədə saytlardan oxumuşam, kitabla tanış deyiləm"

Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçi, filologiya elmləri doktoru İlham Tahirov da plagiat olduğu iddia edilən "İzahlı dilçilik terminləri lüğəti" kitabı ilə tanış olmadığını bildirdi: "Mən də sizin kimi bu barədə saytlardan oxumuşam, kitabla tanış deyiləm. Əgər tanış olsaydım, onda suallarınıza cavab verərdim".

Mayıl Əsgərov: "Ümumiyyətlə, lüğətin tərtibində plagiat haqqında danışmaq düzgün deyil"

İnstitutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Mayıl Əsgərovun sözlərinə görə, istənilən lüğət tərtib olunarkən daha əvvəl tərtib olunmuş lüğətlərdən istifadə etmək zəruriyyətdir: "Əgər bu terminlər lüğətidirsə, hər bir bir terminin konkret olaraq bir izahı var. O izahı isə dəyişmək mümkün deyil. Əgər söhbət isimdən gedirsə, istənilən lüğətə baxın, orda onun şərhi eyni cür olmalıdır. Bunu dəyişmək mümkün deyil. Odur ki, indi bunu biz götürüb hərfbəhərf tutuşdursaq, onda təbii ki, oxşarlıq taparıq. Bu, o demək deyil ki, bu adam köçürüb. İsmin bir tərifi var, ona ikinci tərif vermək mümkün deyil. İstənilən nitq hissəsinin istənilən termini də onun kimi. Hər terminin bir şərhi olar da, bunun 9 şərhi ola bilməz ki, bir kitab belə, digərində isə başqa cür verəsən".

Filologiya üzrə elmlər doktoru qeyd etdi ki, əgər eyni bir anlayış, eyni bir söz haqqında izahat verilirsə, o zaman onun hamı tərəfindən qəbul olunmuş bir elmi şərhi ola bilər: "Ümumiyyətlə, istər izahlı, istərsə də tərcümə lüğəti olsun, lüğətin tərtibində plagiat haqqında danışmaq düzgün deyil. Tərcümə lüğətləri də eynən bunun kimidir. Əgər bir dildəki sözün başqa dildəki qarşılığını verirsənsə, bunun ancaq bir qarşılığı var. Məsələn, "ana" sözü rus dilində "mat"dır. Bunu dəyişmək, əvəzinə başqa söz yazmaq mümkün deyil. Yəni lüğətlərin tərtibində plagiat sözünü dilə gətirmək ən azı insafsızlıqdır. Bu, düzgün deyil. Əgər yeni terminlər, yeni sözlər yaranıbsa, onda yeni tərtib olunan lüğətin borcu odur ki, yeniləri ora daxil etsin. Məsələn, lüğətin biri 70-ci ildə tərtib olunub. Axı, 70-ci ildən bu günə qədər 1000-dən artıq yeni termin yaranıb. Ona görə də yeni tərtib olunan lüğətə həm onlar, həm də yeni terminlər daxil ediləcək. Bunun başqa yolu yoxdur. Mən heç kimin dediyi nə təsdiq, nə də təkzib etmək istəyirəm. Sadəcə, elmin qaydası budur. Dil günbəgün inkişaf edir, yəni hər gün yeni anlayışlar, terminlər yaranır, formalaşır. Buna görə də yeni tərtib olunan lüğətin borcu ondan ibarətdir ki, təzə yaranmış terminləri köhnələrin üzərinə əlavə etsin. Əgər əvvəl verilmiş terminləri verməsə, onda o adama deyərlər ki, buna bax, lüğəti yarımçıq tərtib edib. Ona görə də o məcburdur ki, əvvəl verilmiş sözləri də ora daxil etsin, yeniləri də əlavə etsin. Tam şəkildə lüğət belə tərtib olunur". Bütün bunları nəzərə alaraq, professor Sayalı Sadıqovanın plagiatlıq etdiyini deməyin tərəfdarı olmadığını vurğulayan Mayıl Əsgərov yanaşmanın düzgün olmadığını bildirdi: "Kimlər deyirsə ki, bu adam mənim lüğətimdən köçürüb, onun lüğətini də daha əvvəl tərtib olunmuş lüğətlərlə müqayisə etdikdə görəcəyik ki, o da 90 faiz əvvəlki lüğətlərdən götürüb. Yəni lüğət tərtib etməyin başqa yolu yoxdur axı. Bu, mümkün olan bir şey deyil. Bir sözlə, əvvəl tərtib olunmuş lüğət birinci sayılsa da, lakin onun özü də özündən əvvəlki lüğətlərdən istifadə edib. Bundan başqa, onu da qeyd edim ki, lüğətin müəllifi olmur, tərtibçisi olur".

Möhsün Nağısoylu: "Bu lüğətdə əvvəlki lüğətlərdə olmayan 4200 yeni söz daxil edilib"

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu da birmənalı şəkildə qeyd etdi ki, bu sahə üzrə mütəxəssislərin yekdil fikrincə, lüğətdə plagiatçılıq olmur: "Çünki istənilən lüğət ondan əvvəlki lüğət əsasında hazırlanır. Məsələn, Axmanovanın izahlı dilçilik lüğəti var, Musa Adilovgilin hazırladığı lüğət də onun əsasında tərtib olunub. Buna görə də mənim şəxsi fikrimcə, burada plagiat məsələsi yoxdur. Əgər kimsə, Sayalı Sadıqovanın tərtib etdiyi lüğəti plagiat sayırsa, bunun üçün Müəllif Hüquqları Agentliyi var. Bu məsələni şişirtməyə ehtiyac yoxdur. Çünki ensiklopediyalarda və lüğətlərdə istər-istəməz üst-üstə düşmə məqamları olur. Turaq ki, ismin tərifini verirsən, bu zaman sən Amerika kəşf etməyəcəksən ki. Yazacaqsan ki, isim əşyanın adını bildirir, sualı budur və sairə. Onu da nəzərinizə çatdırım ki, bu lüğətdə əvvəlki lüğətlərdə olmayan 4200 yeni söz daxil edilib. Təsəvvür edin ki, 7500 sözdən 4200-ü əvvəlki lüğətlərdə yoxdur. Sadəcə olaraq, burda qərəzli mövqe var. Özü də əvvəlki lüğətləri tərtib edən müəlliflər durublar kənarda, qərəzli mövqedən yanaşan insanlar ortalığa düşüblər".

İsmayıl Məmmədli: "Qocaman lüğətçi kimi mənim fikrim odur ki, lüğətdə köçürmə, plagiat ola bilməz"

Adıçəkilən institutun tətbiqi dilçilik şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü, professor İsmayıl Məmmədli də hesab edir ki, lüğətdə plagiat məsəsi yoxdur: "Plagiat elmi əsərdə, monoqrafiyada olar. Lüğətin tərtibində isə plagiatçılıq olmur. Lüğət təkmilləşdirilir. Məsələn, Sultan Məcid Qənizadə "Azərbaycanca-rusca lüğət"i yazıb. Sonra isə Ruhulla Axundov, Heydər Hüseynov, Əliheydər Orucov və digərləri yazıb. Lüğət elədir ki, daim təkmilləşir. Yəni zənginləşdirilir, götürülür və onlara yeni sözlər, terminlər əlavə olunur. Odur ki, burda plagiatçılıq yoxdur. Mən özüm ensiklopediyadan bəri lüğətlə məşğulam. 1966-cı ildə ensiklopediyada, rəhmətlik Rəsul Rzanın yanında işləmişəm. İndi də Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin müdiriyəm. Deməyim odur ki, lüğətdə plagiat söhbəti ola bilməz. Plagiat odur ki, fikri oğurlayasan, nəyisə kimdənsə götürüb sitat verməyəsən və sairə. Bu, elmi əsərdə ola bilər. Odur ki, kim nə yazırsa, özü bilər, lakin mən plagiat məsələsi ilə şərik deyiləm. Yəqin ki, bu barədə müsahibə verənlərin çoxu da lüğətçilər deyil və ümumiyyətlə, lüğət işini yaxşı bilənlər deyil. Ola bilər ki, diletantdırlar. Qocaman lüğətçi kimi mənim fikrim odur ki, lüğətdə köçürmə, plagiat ola bilməz. Lüğəti yalnız zənginləşdirmək, təkmilləşdirmək olar".
Hurriyyet.org
OXŞAR MÖVZULAR