Yeni muzey ünvanları, zənginləşən ekspozisiyalar

13:03 2.01.2019 498
Yeni muzey ünvanları, zənginləşən ekspozisiyalar

Bu il, mədəniyyətin digər sahələrində olduğu kimi, muzey sahəsində də yeniliklərlə yadda qaldı. Tarixi mədəni irsimizin saxlanc yeri olan muzeylərin kolleksiyaları yeniləndi, zənginləşdi, beynəlxalq səviyyəli tədbirlər, sərgilər, treninqlər keçirildi. Eyni zamanda muzeylərimizin beynəlxalq əlaqələri genişləndi, xarici ölkə muzeyləri ilə təcrübə mübadiləsi aparıldı.

AZƏRTAC xəbər verir ki, ölkəmizin ictimai-mədəni həyatında xidmətləri olan ziyalıların xatirəsinin əbədiləşdirilməsinə, onların yaradıcı irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət yetirilir. Görkəmli şəxsiyyətlərin ev-muzeyləri yaradılır, muzey binaları yenidən qurulur, fondları zənginləşdirilir.

Avqust ayında Şəki şəhərində Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi keçirildi. Muzeyin ekspozisiyası şairin ailəsi tərəfindən təqdim edilmiş kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar əsasında formalaşdırılıb. Burada ümumilikdə 700-dən çox eksponat nümayiş olunur.

Sentyabrda “Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı” çərçivəsində Şamaxı Rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni ekspozisiyanın açılışı oldu. Hazırda muzeyin 7 mindən çox eksponatı var. Heydər Əliyev Fondu tərəfindən Şamaxını təsvir edən XVII əsrə aid üç qravür hədiyyə olunması muzey üçün əlamətdar hadisədir. Bu nümunələr Avropa ölkələrindən əldə edilərək Azərbaycana gətirilib. Qravürlər məşhur alman səyyah və coğrafiyaçı Adam Oleariyə (1603-1671), niderlandlı səyyah Yan Jansen Streysə (1630-1694) və niderlandlı kitab naşiri Olfert Dapperə məxsusdur.

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin 100 illik yubileyi rəngarəng tədbirlərlə qeyd olundu. Oktyabrda paytaxtın Nizami küçəsində böyük musiqiçinin ev-muzeyinin açılış mərasimi keçirildi. Dünya şöhrətli bəstəkar gənclik illərini bu evdə yaşayıb, ilk əsərlərini, o cümlədən məşhur “Yeddi gözəl” baletini burada yaradıb.

Bu günlərdə isə Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış oldular. Təmir zamanı binanın memarlığı və qədimliyi saxlanılmaqla həm texniki, həm də texnoloji baxımdan lazım olan innovativ və yeni funksionallığı təmin edilib. Ekspozisiya zalları genişləndirilib, binanın seysmik davamlılığı artırılıb. On səkkiz mindən çox eksponatın saxlanıldığı Milli İncəsənət Muzeyinin üçüncü korpusunda 2 mindən çox eksponat nümayiş olunur.

İl ərzində Xalça Muzeyi, Muzey Mərkəzi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Milli İncəsənət Muzeyi ilə yanaşı, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində çoxsaylı sərgilər və tədbirlər reallaşıb.

İstiqlal Muzeyində “Cümhuriyyət” zalının və Türkiyənin Azərbaycandakı səfirliyi və Bakıdakı Yunus Əmrə İnstitutunun birgə ərsəyə gətirdiyi Qafqaz-İslam Ordusunun 100 illiyi münasibətilə sərgi açılıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi və mühazirələr keçirilib.

Xalça Muzeyinin kolleksiyaları yenilənib, ziyarətçilərin sayı artıb. 2017-ci ildə muzeyi 85 minə yaxın insan ziyarət etmişdisə, bu il bu göstərici 110 minə çatıb.

Heydər Əliyev Fondu muzeyin ən qiymətli eksponatlarına çevrilmiş XVII əsrin nadir xalçaları olan “Xətayi” (Əjdahalı), “Naxçıvan” və italiyalı kolleksioner Mirko Kattai XIX əsrə aid Qubanın möhtəşəm “Hacıqayıb” xalçasını muzeyə hədiyyə edib. Bundan əlavə, xaricdən vətənə qaytarılan iki xalça - XIX əsrə aid Quba qrupuna aid “Sırt-Çiçi” və Bakı qrupuna aid “Xilə-buta” satın alınaraq muzeyin kolleksiyasına daxil edilib. Muzeydə Beynəlxalq Muzeylər Şurasının (İCOM) iki beynəlxalq komitəsinin “Dekorativ sənət və interyer” adlı konfransı və “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu təşkil olunub. Həm ölkəmizdə, həm də xaricdə - müstəqil olaraq və müxtəlif yerli və xarici təşkilatlarla əməkdaşlıq çərçivəsində sərgilər (Bakı xalçalarının yeni çeşniləri, Tahir Salahovun portret xalçaları, qədim kəlağayılar, eləcə də Vyanada “Uçan xalça”, Moskvada “Yeddi gözəl” və s.) təşkil olunub. Muzeyin əməkdaşları Hindistan, Gürcüstan, ABŞ və Çində keçirilən elmi konfranslarda iştirak ediblər.

Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (İCOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irsi məlumat bazası üzrə ən yaxşı təcrübə, Avropa Muzey Forumu tərəfindən “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olunub, həmçinin ikinci il ardıcıl olaraq “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülüb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU