"AtaBank" məcburi köçkün ailəsinə necə problem yaradır... - GİLEY

11:38 29.12.2018 505
"AtaBank" məcburi köçkün ailəsinə necə problem yaradır... - GİLEY

Ağdam rayonundan olan məcburi kökçün, hazırda Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mk-r.n, Moskva prospekti, ev 70, mən.28-də müvəqqəti kirayədə yaşayan zərərçəkmiş, Cəfərzadə İfadə İsgəndər qızı prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, 01 fevral 1965-ci ildə Ağdam rayonun işğal altında olan Boyəhmədli kəndində anadan olmuşam, Ağdam rayonunun Qasımlı Ə/NPoladlı kəndində qeydiyyatdayam.

Hazırdab barəsində Nərimanov RPİ-də CM-nin 178.3.2 maddəsi üzrə cinayət istintaqı davam edən Əskərov Nazim Mahmud oğlu Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən və 5 sot torpağın üstündə tikilmiş 2 mərtəbəli mülkümü mənim razılığım və icazəm olmadan 08 noyabr 2013-cü ildə “Atabank” ASC-nin Xəzər filialınına illik 20 faiz olmaqla 48 ay müddətinə girov qoyulmuş evimin əvəzinə 95000 manat pul götürərək mənimsəmişlər.

Bu arada, yəni, 2015-ci ilin fevralında N.Əskərovun bank qarşısında öhdəlik götürdüyü pulun ödənmədiyini görən “Atabank” ASC-nin Xəzər filialının müdiri əvvəlcədən Nazim-Famil dəstəsilə gizli sövdələşdiyi kimi, ödənişin aparılmadığı 13-cü ayın başında məni və kredit alan Nazim Əskərovu Binəqədəi rayon məhkəməsinə iddia ərizəsi verərək əsas və faiz borclarının ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. İddia 15 sentyabr 2015-ci il tarixli qətnamə əsasında təmin edilmiş və 2016-cı ildən icraata yönəlmişdir. Mənə məxsus mülkün “Ata bank” tərəfindən açıq hərracda öz nümayəndəsinə formal sataraq borcun tam ödənilməsi üzrə icra işlərinə başlanılmışdır.

Yəni, Bank müdiri ilə N.Əskərov arasında olan sövdələşməyə əsasən 48 ay müddətinə verilmiş 95000 manat pulun bank müdiri tərəfindən 13 aydan sonra geri tələb edilməsi üçün əvvəlcədən planlaşdırılan plan üzrə real bazar dəyəri 400000 manat olan əmlakımın ələ keçirilmə məqsədi daşımışdır.

Bir daha xatırladım ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının müdiri, MSK-nın üzvü olan Fuad Cavadovun arvad qohumu dələduz Nazim Əskərov, “Atabank” ASC-nin “Xəzər” filialının sabiq müdiri Aydının və dostu Kamranın barəsində CM-nin 178.2.4 maddəsi üzrə Nərimanov RPİ-də 2017-ci ilin oktyabrından təzələnmiş istintaq işi hazırda 5-ci müstəntiq tərəfindən davam etdirilir.

Çox hörmətli cənab Prezident! Dələduz dəstənin rəhbəri N.Əskərov barəsində 03 dekabr 2015-ci ildən CM-nin 178.3.4 maddəsi üzrə cinayət işi başlanmış və hazırda Nərimanov Rayon polis İdarəsində aparılan istintqa işləri yekunlaşmaq üzrədir Və barələrində cinayət işi açılmış “Atabank” ASC-nin “Xəzəzr” filialının sabiq sədri Aydın, onun dostu olan və Nazim Əskərovun qohumu Kamran da cinayət məsuliyyətinə cəlb edilmişlər. Bu dələduz dəstə birlikdə gizli sövdələməyə gedərək mənə maddi və mənəvi zərbə vurmaq üçün“Ata bank” rəhbərliyini əvvəl sövdələşdiyi kimi, indi də Binəqədi rayon Məhkəməsinin hakimi cənab Fərrux Qasımovun 05 dekbr 2018-ci il tarixli, iş N-2(001)-8409/2018 saylı qətnamə qəbul edərək vaxtilə “Atabank” ASC-nin xeyrinə həll olunmuş 04 aprel 2016-cı il tarixli, 668 saylı saxta hərrac protokolunu və həmin protokol əsasında “Atabank” ASC-nin mülkiyyət hüququnu qeydə alınmasına dair qeyd və reyestrdən çıxarışı etibarsız hesab etmişdir. Lakin məhkəmə qərarından dərhal sonra “Atabank” ASC –nin rəhbərliyi qanunsuz hərəkətə yol verərək hazırda mənim mülkiyyətim hesab edilən bağ evimdə icazə verilməyən tikinti işləri aparmaqla məşğuldur. Konkret olaraq həyətyanı sahəni ikiyə bölərək hasarlama işləri aparır.

Çox hörmətli Prezident, Sizdən artıq dərəcədə xahiş edirəm, məhkəmə predmetinə daxil olmayan, ayrıca yeganə övladım üçün 5 sot torpaq üzərində tikdiyim otaqlardakı bütün şəxsi əşyalarımı, daşınar çoxsaylı mülklərimi “Atabank” ASC- rəhbərliyinin birbaşa göstərişi əsasında oğurlanmış və talan edilmiş bütün əşyalarımın dərhal yerinə qaytarılması, məhkəmə predmetinə daxil olan və nəticəsi ləğv edilmiş saxta hərraca görə özlərini mülkiyyət sahibi hesab edən “Atabank” ASC rəhbərliyinin hal-hazırda mənim mülkiyyətimdə apardıqları qanunsuz tikint-inşaat işlərinin dərahal dayandırılması və məhkəmə qətnaməsinə məhəl qoymayan şəxslər barəsində qanunamüvafiq formada tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm".

Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfi dinləməyə hazırıq... dia.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU