Bu gün ölkədən çıxışına, sabah azadlığına qadağa qoyula bilər - Məhşər ayağı...

11:13 28.12.2018 475
Bu gün ölkədən çıxışına, sabah azadlığına qadağa qoyula bilər - Məhşər ayağı...
Ötən gün Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının Azərbaycanın hüdudlarını tərk etməsinə qadağa qoyulması xəbəri gündəmə öz damğasını vurdu. Yayılan xəbərdə deyilirdi ki, Rüfət Aslanlı Yaponiyaya uçmağa hazırlaşsa da Bakı aeroportunda sənədlərin yoxlanılması üçün saxlanılıb.

Keçmiş məmura xəbərdarlıq edilib ki, onun Azərbaycanın hüdudlarından kənara çıxmasına qadağa qoyulub. Qadağanın səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Rüfət Aslanlının adı dəfələrlə müxtəlif korrupsiya qalmaqallarında iştirakda hallanıb. Daha əvvəl KİV keçmiş məmura aid olan bahalı saat və avtomobil kolleksiyaları haqda yazırdı. Rüfət Aslanlı həmçinin Fransada şəxsi üzümlük sahələrinə malikdir və orada öz adını daşıyan şərab buraxır.

Bu günsə etibarlı mənbələrdən Moderator.az-a daha bir ilginc məlumat daxil olub. Sən demə, Aslanlı həzrətləri Yaponiyaya uçmaq adı ilə iz adırmaq istəyirmiş. Qısa zamanda intəhasiz sərvət ələ keçirməyi bacaran R. Aslanlının əsas niyyəti isə vəsaitlərin idarə olunması üzrə dünyaca məşhur bir neçə fonda yatırdığı kapitalın mümkün olanını nağdlaşdıraraq gözdən-könüldən uzaq qitələrdə daşınmaz əmlak və turzim cənnətlərinə yatırmaq imiş. Qara zolağa düşdüyünü və rəsmi Bakının gec-tez onun mümkün gizli saxlanc yerlərini didik-didik arayacağından əndişələnən Aslanlı "aslan gedişi" edərək sərvətini mümkün qədər qorumaq üçün mümkün alternativlər axtarışında imiş, onun ölkəni hansı yolla olur-olsun bir neçə günlüyə tərk etməsi isə həyati önəm daşıyırmış. Amma onun ölkədən çıxışına qeyri-rəsmi "Stop" qoyulması Aslanlını çox pərt duruma salıb.

Xatırladaq ki, bu gün rəsmən təqsirləndiroiıən şəxs statusunda olmasa da "xəzinədarı və kassiri" hesab olunan Əmanətlərin Sığortalanması Fondunun sabiq icraçı direktoru Azad Cavadovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çoxsaylı cinayət maddələri ilə istintaqa çəkilməsinin tezliklə onu da öz cənginə alacağından vahiməyə düşərək önləyici tədbirlərə əl atması və bu baxımdan onun var-gəl etməsi də başadüşüləndir. Amma görünən odur ki, Rüfət Aslanlı çox gecikib və dar gün üçün gördüyü tədarük onun dadına çatmaya da bilər...

Yeri gəlmişkən, parlamentin ötən iclaslarının birində Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da hökumətə səslənərək Rüfət Aslanlı və Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin dövlətdən oğurladığı vəsaitlərin geri qaytarılması istiqamətində kəsərli tədbirlərin görülməsinin zəruruliyi barədə hüquq-mühafizə orqanlarına xitab etmişdi. Görünür, bu müraciət ünvanına çatıb və qeyri-rəsmi şəkildə Rüfət Aslanlını vaxtilə dırmaşdığı pilləkənlərlə aşağı dartılaraq məhşər ayağına çəkiləcəyi gün uzaqda deyil. Yəni bu gün ölkədən çıxışına qadağa qoylubsa, sabah azadlığına qadağa qoyula bilər, təbii ki, qarşısına qoyulan şərtlərə tərəddüd etmədən "baş üstə" deməsə... \\moderator.az\\
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...