Rob Sobhani: "Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın müstəqilliyinin qorunmasının vacib amilidir"

12:36 23.12.2018 466
Rob Sobhani: "Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın müstəqilliyinin qorunmasının vacib amilidir"

Azərbaycan dünya arenasında tanınan və mühüm oyunçudur.

Zamantv.Az bildirir ki, bunu Trend-ə "Caspian Group Holdings"in baş direktoru Rob Sobhani deyib.

R.Sobhani qeyd edib ki, Azərbaycanın son bir neçə il ərzində nailiyyətlərini xatırlayarkən ilk ağıla gələn "mühüm", "tarixi", "heyrətamiz" və "yenilikçi" sözləridir.

O bildirib ki, statistika hər şeyi göstərir: "Məsələn, Dünya Bankının məlumatları da təsdiq edir ki, Azərbaycanda ÜDM son bir neçə il ərzində orta hesabla ildə 7 faiz artıb, yoxsulluq səviyyəsi kəskin azalıb, orta təbəqə isə artır".

Ekspert əlavə edib ki, bu, gənc dövlət üçün böyük nailiyyətlərdir: "Azərbaycan Prezidenti İlham Əliyevin bütün ölkələrlə dostluq münasibətlərinə əsaslanan xarici siyasəti Azərbaycanın müstəqilliyinin qorunmasının vacib amilidir. Bundan başqa, Prezident İlham Əliyev enerji ehtiyatlarının ixracatçıları arasında Azərbaycanın mövqeyini gücləndirib".

Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan irimiqyaslı enerji layihələri sayəsində yaxın illərdə Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayacaq:

"Nə qədər ki, Avropa enerji resurslarının idxalı mənbələrinin şaxələndirilməsi yollarını axtarır, Azərbaycanın rolu artacaq. Bundan başqa, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin edildikcə müştərilər qaz ixracı prosesini siyasiləşdirən ölkələrdən deyil, Azərbaycandan qaz alacaqlar".

R.Sobhani xatırladıb ki, bir müddət əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Bakıya səfəri zamanı Azərbaycanın mühüm nəqliyyat qovşağı kimi rolunu vurğulayıb:

"Azad bazar iqtisadiyyatı bütün xalqların uğurunun rəhnidir. Sovet İttifaqının dağılmasına səbəb mərkəzləşdirilmiş iqtisadi sistem idi, ABŞ isə 240 illik tarixi ilə dünyada ən böyük iqtisadiyyata malikdir. Azərbaycan düzgün dayanıqlı iqtisadi inkişaf yolundadır. Azərbaycanda azad bazar iqtisadiyyatı formalaşsa da, dövlət nəzarəti saxlanılır ki, bu da çox vacibdir. Məsələn, borcun ÜDM-ə nisbəti 22 faizdir - bu, Azərbaycan hökuməti üçün böyük nailiyyətdir. Bu o deməkdir ki, ölkə öz vəsaitləri hesabına yaşayır, beynəlxalq maliyyə institutlarından əldə edilən borcların həcmi isə tamamilə münasib səviyyədədir".

Onun sözlərinə görə, qeyd etmək vacibdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət yüz minlərlə iş yeri yaratmaqla Azərbaycanın orta təbəqəsinə böyümək imkanı verdi:

"Hər bir insanın işləmək haqqı var, çünki məhz iş insanın layiqli yaşayışını təmin edir və ona cəmiyyətdə faydalı olmağa imkan verir. Azərbaycan öz vətəndaşlarına iş yerləri təqdim etməklə insan hüquqlarını müdafiə edir. Bu, ölkədə yoxsulluğun səviyyəsinin daha da azaldılmasına imkan verir".

R.Sobhani Azərbaycanda cəmiyyətin tolerantlığını xüsusi vurğulayıb: "Azərbaycanın dini və mədəni dözümlülüyə son dərəcə sadiqliyi təkcə müsəlman ölkələri arasında deyil, həm də dünya arenasında unikaldır. Azərbaycan yəhudi icması rəhbərinin "dünyada hansısa yəhudi təqiblərdən qorxursa, Azərbaycanda yaşamalıdır" sözləri sübut edir ki, dini dözümlülük Azərbaycanda həyat tərzidir. Hətta digər ölkələrdə bəhai dininin nümayəndələrini təqib etsələr də, bui icmaya Azərbaycanda hər hansı maneə olmadan öz dinlərinə etiqad etməyə icazə verilir".

Ekspert əlavə edib ki, etiqad azadlığı insan hüquqlarının əsasıdır və Azərbaycan bütün azərbaycanlıların azad şəkildə etiqad etməsinə imkan verməklə öz vətəndaşlarının hüquqlarını təşviq edir.

O vurğulayıb ki, eyni zamanda bütün azərbaycanlıların bu müsbət imicin dünyada təbliği üçün səfir rolunu oynaması çox vacibdir: "Sosial şəbəkələr, radio və televiziyalar vasitəsilə Azərbaycan cəmiyyətində dini tolerantlığın möhkəmlənməsi faktını daha çox təbliğ etmək lazımdır".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ