İstanbulun Ataşəhər səmtində gecə klublarının birində silahlı insident baş verib.
Zamantv.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, gecə yerli vaxtla 03:30 radələrində müştərilərdən biri ilə klubun mühafizəçiləri arasında mübahisə düşüb.
Oradan ayrılan müştəri yarım saat sonra bir neçə nəfərlə geri qayıdıb. Silahlı qrupun klubu atəşə tutması nəticəsində 5 nəfər yaralanıb.
Zamantv.az