Cavid Qurbanovun başı “mühüm” işlərə qarışıb, tabeçiliyindəki qurumlarda isə dərəbəylik hökm sürür.

21:53 18.12.2018 675
Cavid Qurbanovun başı “mühüm” işlərə qarışıb, tabeçiliyindəki qurumlarda isə dərəbəylik hökm sürür.

Tez-tez sosyal şəbəkələrdə, yaxud televiziyalarda tikinti obyektlərində ehtiyatsızlıqdan həyati təhlükə ilə üz-üzə qalan, hətta həyatlarını itirən fəhlələrin ürəkdağlayan xəbərlərinə rast gəlirik. Şükürlər olsun ki, qanunlarımız onların hüquqlarını, təhlükəsizliyini nəzərə alıb. Qanuna əsasən bütün tikinti obyektlərində çalışan hər bir işçinin əmək müqaviləsi, sosyal sığortası və xüsusi təhlükəsizlik geyimləri, təhlükəsizlik kəmərləri nəzərdə tutulur. Çox təəssüflər olsun ki, bir sıra obyektlərdə bu qaydalar kobudluqla pozulur. 16 dekabr 2018-ci il tarixində Sabunçu rayonunda “stansiya” adlanan ərazidə olarkən, orada aparılan tikintidə fəhlələrin xüsusi təhlükəsizlik qaydalarına riayət etmədən hündürlükdə işləməsi diqqətimizi çəkdi. Gördüyümüz “mənzərə” bizi çox narahat etdi.
Cavid Qurbanovun başı “mühüm” işlərə qarışıb, tabeçiliyindəki qurumlarda isə dərəbəylik hökm sürür.
Axı orada çalışan fəhlələrin hərəsi bir ailənin başçısı, bir evin çörəku gətirənidir. Biz narahatçılığımızı bildirmək və yaranan suallarımıza cavab almaq üçün tikinti ərazisinə yaxınlaşdıq. Bizi görən kimi dərhal fəhlələrdən biri bizə yaxınlaşdı. İsrarla tələb edərək, bizi ərazidən uzaqlaşdırmağa çalışdı: - “çox xahiş edirəm gəlin bayıra çıxaq, bura olmaz, kamera çəkir”. Biz hazırda işə və işçlərə nəzarət edən cavabdeh şəxsi soruşduqda, nəzarətçi özünün olduğunu dedi. Adını soruşduq, nədənsə özünü təqdim etməyə çəkindi. Sizin və digər burda çalışanların təhlükəsizliyi niyə təmin edilməyib? sualını verdiyimizdə isə: “onu mən bilmərəm, özləri sizə deyərlər. Bu gün burda yoxdurlar, istirahət edirlər” - dedi. Fəhlə ilə söhbətimiz zamanı bir cavan oğlan bizə yaxınlaşıb, gəlişimizin səbəbini soruşdu. İsrarlı təkidimizdən sonra adının Zaur olduğunu dedi. Eyni sual ilə Zaura da müraciət etdik, o da eyni cavabı verdi ki, “bu gün bazar günüdür, burda heç kim yoxdur. Sonra gələrsiz özləri cavab verər. Mən sürücüyəm.”

Bəs bazar günü işçilər niyə işləyir, əyər iş gününüz deyilsə? Cavabında: “onlar çastnı işləyənlərdir. Özləri bilər. Biz onlara gəlmə deyə bilmərik” Onu da deyim ki, iki dəqiqə ərzində orada xeyli adam başımıza toplaşdı, amma yarısı özünü fəhlə, yarısı sürücü kimi təqdim etdi. Bir nəfər belə məsul şəxs kimi qarşımıza çıxmadı.

Deyirsiniz çastnı işləyirlər. Belə çıxır ki, onların əmək müqaviləsi də yoxdur? Sualımız isə ordakı hər kəs tərəfindən gülümsəyən simaların sükutu ilə cavablandırıldı. Artıq, bu sualımız da öz cavabını tapmışdı. Biz yenə də qarşı tərəfin mövqeyini öyrənməli olduğumuz üçün cavabdeh şəxsin adını israrla soruşduq. Aldığımız cavab bütün suallarımıza qəti nöqtə qoydu.”Suallarınızı Cavid Qurbanova verə bilərsiniz”.
Biz sözügedən qanunsuzluqlarda Cavid Qurbanovun adının çəkilməsinin nə dərəcədə doğru olub, olmadığını deyə bilmərik. Amma, əlahəzrət fakt bundan ibarətdir ki, adıçəkilən tikintidə əməlli-başlı dərəbəylik hökm sürürdü. Tikinti meydançasında asılan məlumat lövhəsində Bakı sərnişin – Sabunçu – Pirşağı – Sumqayıt sərnişin – Xırdalan – Biləcəri – Bakı sərnişin – dairəvi dəmir yolunun yenidən qurulması layihəsi çərçivəsində işlərin aparıldğı qeyd olunur.
Cavid Qurbanovun başı “mühüm” işlərə qarışıb, tabeçiliyindəki qurumlarda isə dərəbəylik hökm sürür.
Sifarişçi “Azərbaycan Dəmir Yolları” QSC-dir. Podratçı təşkilat kimi isə “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin adı lövhədə yer alır. Ona görə də adıçəkilən MMC ilə telefon əlaqəsi yaratdıq. Çox çətinliklərdən sonra 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin Əmirxan adlı iş icraçısı ilə əlaqə qura bildik. Onunla söhbətimiz zamanı aydın oldu ki, podratçı təşkilat hündürlükdə aparılan tikinti işlərini “Murov” MMC-yə həvalə edib.

Anlaşılmaz gedişləri ilə ictimaiyyəti təəccübləndirməyi bacaran Cavid Qurbanovun rəhbərlik etdiyi qurumun mətbuat xidməti isə heç bir sualımızı cavablandırmadı. Yaranmış mənzərə çox acınacaqlıdır. Görünən odur ki, tikintidə çalışan kasıb fəhlələrin aqibəti heç kimi maraqlandırmır. Dəmir Yolu “Şef”i daxil olmaqla isti kabinetlərində oturan digər məmurlar, soyuq və yağmurlu havalarda ailəsinə çörəkpulu aparmaq üçün min bir əzab - əziyyətlərə qatlanaraq, həyatlarını risqə atan fəhlələrin taleyi ilə qətiyyən maraqlanmırlar. Əgər maraqlansaydılar israrlı telefon zənglərimizə reaksiya verərdilər.

Xatırladaq ki, son vaxtlar Cavid Qurbanovun adı qumar oyunlarında və “Topaz”ı almaqda hallanır. Mətbuatda yer alan bu tip məlumatlar nə təsdiq, nə də təkzib olunur. Adi suallarımızı cavablandırmağa “Azərbaycan Dəmir Yolları” QSC-də məsul şəxs tapılmırsa, onda yuxarıda adı çəkilən layihəyə dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitin hara xərclənməsi ilə bağlı araşdırma aparmağımızın mümkünsüzlüyü göz önündədir. Görəsən C.Qurbanovun diqqəti hansı mühüm işlərə yönəlib ki, bu işlər onunçün insanların taleyindən də önəmlidir?!...

Təəssüflər olsun ki, tikinti meydançasında təzyiqlərlə üzləşən əməkdaşımız oradakı dözülməz mənzərəni əks etdirən daha önəmli fotoşəkilləri əldə edə bilməyib. İstənilən halda biz araşdırmalarımızı sona qədər aparmaq niyyətindəyik.

Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Stimulxeber.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT