Yasamal RİH tikinti şirkəti ilə söz güləşdirir: palçığa isə vətəndaşlar batır…

16:00 18.12.2018 512
Yasamal RİH tikinti şirkəti ilə söz güləşdirir: palçığa isə vətəndaşlar batır…

Prezident İlham Əliyev aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məsələsini daim diqqət mərkəzində saxlayıb. Bu məqsədlə mütəmadi olaraq müxtəlif sosial yönümlü layihələr uğurla həyata keçirilib və vətəndaşlar tərəfindən böyük məmnunluqla qarşılanan həmin tədbirlər bu gün də davam etdirilir. Bu baxımdan artıq reallaşdırılmasına start verilən sosial mənzillərin tikintisi də təqdirəlayiq hadisədir.

Rubrika.az xatırladır ki, paytaxtın Yasamal rayonu ərazisində, “Qanlı Göl” adlanan məkanda yeni istirahət sağlamlıq mərkəzi və çoxmənzilli sosial binaların inşasına başlanılıb. Bildirək ki, sözügedən layihə Avropanın tanınmış memarları tərəfindən hazırlanıb. “Qanlı Göl” adlanan ərazinin şimal və şimal- qərb hissəsində, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən ərazi vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən güzəştli mənzillərin inşası üçün seçilib. Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin yerləşəcəyi ərazinin sahəsi 11,6 hektardır. İlkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzilin tikintisi nəzərdə tutulub.
Amma görünən odur ki, əhalinin böyük səbirsizliklə gözlədiyi sosial evlərin inşası eyni zamanda sosial problemlərin yaranmasına da səbəb olub. Hər halda bununla bağlı Rubrika.az-ın redaksiyasına şikayət məktubu ünvanlamış bir qrup sakinin yazdıqlarından belə anlaşılır. Sözügedən şikayət məktubunda bildirilir ki, Yeni Yasamal yaşayış massivi, “Qanlı göl” ərazisinin qərb sahilində, bir qədər də konkretləşdirsək “Stanopey” şirkətinin yaxınlığında yerləşən 350-yə yaxın evin sakinləri əsl cəhənnəm əzabı yaşayırlar:
“Bu ərazidə təxminən 350-yə yaxın fərdi ev var. Məlum olduğu kimi, ərazinin bu hissəsində 11 min kvadrat metr sahəni əhatə edən yerdə sosial evlərin tikintisinə başlanıb. Biz bu təşəbbüsü alqışlayırıq, amma tikinti aparan şirkət sanki bizim qəsdimizə durub. Onlar tikintiyə başlayandan sonra mövcud yolları dağıdıblar, əvəzində isə heç bir alternativ yol çəkilməyib. Yolsuzluq şəraiti isə sakinləri böyük çətinliklərlə üz-üzə qoyur. Hər gün yüzlərlə sakin uzunboğaz çəkmələrdə, palçığa bata-bata işə gedib gəlmək zorunda qalıb. Şikayətlərimizi isə eşitmək istəyən yopxdur”.
Şikayət müəllifləri daha sonra bildirir ki, yaranmış problemlə bağlı dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətində olublar: “Bir neçə dəfə sakinlərdən ibarət qrup sözügedən məsələnin müsbət həll olunması ümüdüylə Yasamal Rayon İcra Hakimiyyətində olub. Orada bizə deyiblər ki, sizə yol çəkilməlidir, amma bu iş onların yox, sosial mənzillərin tikintisini aparan şirkətin vəzifəsidir. Tikintini aparan şirkətdən isə bildirilir ki, sizə yolu Yasamal RİH çəkməlidir”.
Rubrika.az bildirir ki, sözügedən ərazidə tikintini Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) aparır. Yolu kimin çəkməli olduğunu dəqiqləşdirmək üçün isə həm Yasamal RİH, həm də tikintini reallaşdıran MİDA təmsilçilərinin rəsmi mövqeyini öyrənməyə çalışacağıq.

Rubrika.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu