Üç ayların ilki olan Rəcəb
“təzim olunan” və
“hazırlanmaq” mənalarına gəlir. Cümlə Ümmətin Peyğəmbəri Hz. Muhamməd (s.a.v) bu aya girdikdə
“Allahım, Rəcəb və Şabanı bizim üçün mübarək eylə və bizi Ramazana qovuşdur” deyə dua edərdi. Bu ay içində eyni zamanda
Merac, Bəraət və
Qədr gecəsi kimi mübarək zamanların da müjdəçisi olan
“Rəqaib gecəsi” vardır. Rəqaib bol ehsan mənasına gələn rağibə kəlməsini cəm edir. Bu gecədə Allahu Təala sonsuz rəhmətilə təcəlli edib sonsuz məğfirətilə bağışladığı üçün gecəyə bu ad verilmişdir. Rəcəb ayının 27-ci gecəsi isə Merac qəndilidir. Meracın lüğəti mənası
“nərdivan”,
“yüksələcək yer”,
“ən yüksək məqam”dır.
Bu gecə bəşəriyyətin iftixar tablosu Rəsulullah (s.a.v.) möcüzə olaraq Məkkədəki Məscidi-Həramdan Qüdsdəki Məscidi-Əqsaya, oradan da göylərin ilahi dərinliklərinə doğru pərvaz edib ruhən və bədənən Allahın hüzuruna çıxmışdır.
Hazırladı: (İslam dini) İlahiyyat bölməsinin müdiri hafizi-Quran Elyaz Ağasəf oğlu
Zamantv.az