Cahangir Hacıyev Bakıda, Zamirə Hacıyeva Londonda hakim qarşısına çıxarılacaq - GƏLİŞMƏ

13:31 18.12.2018 552
Cahangir Hacıyev Bakıda, Zamirə Hacıyeva Londonda hakim qarşısına çıxarılacaq - GƏLİŞMƏ

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin və onun Britaniyada polis nəzarəti altına verilmiş həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə məhkəmə proseslərinin vaxtı məlum olub. Cahangir Hacıyevə yeni ittihamlar bu ilin əvvəlində verilib. O, bu dəfə keçmiş deputat Dünyamin Xəlilov və daha 18 nəfərlə birlikdə hakim qarşısında dayanacaq. Hazırkı cinayət işi Beynəlxalq Bankın Moskva filialı, xaricdəki kreditlərlə bağlıdır. İş üzrə məhkəmənin növbəti ilin yanvarında olacağı bildirlir. Yada salaq ki, bu ilin yanvarında Cahangir Hacıyevin ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər.

Sabiq bankirə bu dəfə də CM-in 179 (mənimsəmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Əvvəlki ittihamlar üzrə C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla kreditin götürülüb mənimsənilməsində suçlanır. Keçmiş deputat D.Xəlilov da C.Hacıyevlə dostluq münasibətlərindən yararlanaraq rəhbərlik etdiyi müəssisələrdəki işçilərinin adına böyük məbləğdə kreditlər götürüb mənimsəməkdə günahlandırılıb və 13 il həbs cəzası alıb. Apelyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldaraq 12 il 9 aya salıb. Barəsindəki ilk məhkəmə hökmü üzrə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb...

Cahangir Hacıyevlə bağlı 2-ci cinayət işi araşdırıldığı bir vaxtda Azərbaycan hüquq-mühafizə orqanları onun Britaniyada yaşayan həyat yoldaşı Zamirə Hacıyeva barəsində də araşdırmalara başlayıblar. 2016-cı ildə Azərbaycanın hüquq-mühafizə orqanları ona qarşı mənimsəmə ittihamı irəli sürüb. Məhkəmənin qərarına əsasən barəsində həbsli axtarış elan olunub. Britaniya hüquq-mühafizə orqanlarına Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası ilə bağlı müraciət göndərilib. Bundan sonra bu il noyabrın 2-də Z.Hacıyeva Londonda saxlanılıb. Həbsdəki bankirin 55 yaşlı xanımı Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub və sonradan 1 milyon 200 min manat girov qarşılığında ev dustaqlığına buraxılıb. Bu sərəncama əsasən, Hacıyeva var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Onun Londonda aldıqları və xərclədikləri isə hətta ən varlı ingilis ailələrinin də böyük marağına səbəb olub.

Zamirə Hacıyeva Londonda 11.5 milyon funt sterlinqə (15.13 milyon dollar) ev alıb. Evin hazırkı qiyməti isə 15 milyon funt sterlinq (19.74 milyon dollar) dəyərində qiymətləndirilir. O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bundan başqa, idman klubları alıb və s. Z.Hacıyevanın bilinən xərclərinin ümumi məbləği 109 milyon 140 min dollardır. Londonun Vestminster rayonunun Magistrat Məhkəməsi xanım Hacıyevaya bu varidatın mənbəyini açıqlamaq üçün gələn ilin iyun ayına qədər vaxt verib. 2019-cu ilin iyununda Z.Hacıyeva növbəti dəfə məhkəmə qarşısında dayanacaq. Həmin məhkəmənin qərarından asılı olaraq Z.Hacıyeva Azərbaycana göndərilə bilər.
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU